İXTİSASA GİRİŞ 2018-2019

Страница 1 из 2 1, 2  Следующий

Перейти вниз

İXTİSASA GİRİŞ 2018-2019

Сообщение автор Dilshad Panahova в Пн Ноя 19, 2018 11:21 am

KURSUN TƏSVİRİ
Fənn tərcümənin və tərcüməçilik peşəsinin icrası ilə bağlı ilkin nəzəri məsələləri, həmçinin onların tətbiqinə dair problemləri əhatə edir. ADU-nun Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin bakalavriatura səviyyəsi üzrə bu fənn üçün I semestrdə 30 saat dərs yükü nəzərdə tutulur. Dərslər I növbədə təşkil olunur və fənnin tədrisi 1 dəfə həyata keçiriləcək. Dərs cədvəli və dərs otaqları barədə məlumat Fakültə dekanlığı tərəfindən təqdim olunur. Dərs saatlarının və ya auditoriyaların məqsədyönlü və ya üzrlü səbəblərdən dəyişdirilməsi tələbələr və dekanlıq ilə razılaşdırma yolu ilə gerçəkləşdirilir. Fənnin tədrisi Azərbaycan dilində yerinə yetirilir. Lakin ixtisas nəzərə alınaraq italyan dilində tədris və qiymətləndirilmə qaçılmazdır. Dərsə davamiyyət nəzarət altında saxlanılacaq. Tələbələr tərəfindən fənnin və tədrisin qiymətləndirilməsi məqsədi ilə kursun əvvəlində və sonunda sorğu keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə təqdim olunacaq sorğu formasının doldurulmasına tələbələrin məsuliyyətlə yanaşması tələb olunur. 2018-2010-cu tədris ilinin birinci kurs tələbələri üçün cari fənn Tərcüməşünaslıq elminin fundamental nəzəriyyəsindən bəhs edən ilk kurs olduğuna görə tələbələrin aidiyyatı bilik səviyyələri sıfıra bərabər ola bilər. Fənnin tədrisinə dair bəzi məqamlar, bəzi informasiya mübadiləsi auditoriya ilə bərabər virtual məkanda (http://adu-traduzione.forumotion.me/t7-topic) online şəkildə gerçəkləşdiriləcək.


KURSUN MƏQSƏDİ

Tərcümə nəzəriyyəsi fənninin məqsədi aşağıdakılardır:
- tərcümənin mahiyyəti, əhəmiyyəti, tərcümənin iki böyük qolu olan yazılı və şifahi tərcümənin oxşar və fərqli cəhətləri, tərcümə prosesinin mərhələləri, tərcümənin keyfiyyətliliyini təmin edən şərtlər, tərcüməçinin iş şəraiti, mühiti, tərcüməçinin davranış qaydaları və s. barədə zəruri, ümumi biliklər vermək;
- tərcüməçilərin və dilmancların iş prosesində qarşılaşdıqları ümumi problemlər və tərcümə nəzəriyyəsində və praktikasında tez-tez işlədilən spesifik terminlər haqqında məlumat vermək;
- onları peşəkar səviyyədə tərcümə zamanı ortaya çıxa biləcək çətin və həlledici məqamlarda necə davranmalı olduqlarını öyrətmək;
- Tərcüməşünaslıq və ona köməkçi olan Dilçilik elminə dair ən son elmi-praktik nəticələrin ümumi meyarları barədə tələbələrə məlumatlar vermək;
- tələbələrin əqli qüvvələrinin, həmçinin özünütəşkil və özünütəhsil vasitələri ilə yiyələnməsi bacarıqların inkişaf etdirmək.
Kursun məzmununun müfəssəl təsviri təqvim planı və cədvəlində qeyd olunmuşdur.


KURSUN TƏDRİSİNƏ DAİR TƏLƏB OLUNAN BİLİK VƏ BACARIQLAR
Sərbəst işləmək, axtarış və tədqiqat aparmaq, müqayisə etmək və nəticə çıxarmaq, həmçinin fikrini yığcam və əsaslı çatdırmaq bacarıqlarına malik olmaq və onları inkişaf etdirmək tələbələrdən tələb olunan bacarıqlar siyahısına aiddir. Tədris dili ana dilindədir, lakin italyandilli xüsusi elmi materialların istifadəsi zəruriyyətini nəzərə alaraq xarici dildə komunikasiya səviyyəsi QCER üzrə B2-dən az olmamalıdır. Lakin I kurs tələbələrinin başlanğıc səviyyədə olduğunu nəzərə alaraq qeyd etmək lazımdır ki, istifadə olunacaq materiallar onların dil səviyyələrini üstələməyəcək. İtalyan dilindən istifadə əsasən praktik tərcümə işi ilə bağlı olacaq. Cari kursun tədrisi məqsədilə öncədən tədrisi zəruri olan (prerekvizitlər) fənn yoxdur. Bu kurs ilə eyni zamanda digər bir fənlərin tədris olunmasına (korekvizitlər) ehtiyac da  yoxdur.

ƏDƏBİYYAT:
1. Novruzov R. M., Tağısoy N., Kamal R.,  İzahlı tərcüməşünaslıq terminlərı lüğəti. Mütərcim, Bakı, 2010, 164 səh.
2. Afad Qurbanov “Ümumi dilçilik” I-II cildlər, Bakı, 2014
AÇAR SÖZLƏR
Qeyd olunan açar sözlər müxtəlif axtarış sistemlərinin vasitəsi ilə genişləndirilməlidir. Bunun üçün Google və digər sistemlərdə qeyd olunan açar sözlər həm italyan, həm də Azərbaycan dilində axtarışa verilməli və ən azı nəticə kimi üzə çıxan 5 səhifədəki mənbələr tələbələr tərəfindən nəzərdən keçirilməlidir. Nəzərdən keçirməklə kifayətlənmədən xahiş və tələb olunur ki, maraqlı, zəngin və diskussiyaya səbəb ola biləcək materiallar, mənbələri göstərilməklə elektron və ya kağız formatında qeydə alınsın və bütün qrup tərəfindən müzakirə məqsədi ilə müəllimə təqdim edilsin. Həmçinin kurs boyunca toplanılan məlumatlardan yaradılan toplu tələbələrin semestr sonundakı yekun hazırlığı üçün qiymətli materialdır. Bu məqsədlə fayllardan ibarət papkalardan yararlanmaq olar. Əldə olunan məlumatların mənbələrini göstərmək üçün mətnin adı, müəllifi və yerləşdiyi saytın linki qeyd edilməlidir. Mənbə kitab olduğu halda müəllif, ad, nəşriyyat evi və ili göstərilməlidir (Abdullayeva F., Peşəkar tərcümənin əsasları. UniPrint, Bakı 2010). Hər mövzuya dair açar sözlər ev tapşırığı kimi tələbələrə təqdim olunacaq. Bəzi hallarda bu tapşırıqlar sərbəst iş kimi qiymətləndiriləcək.
Kursa dair ən əsas 5 açar söz aşağıdakılardır:
tərcüməşünaslığın problemləri, italyan dilindən Azərbaycan dilində tərcümə, mədənniyyətlərarası ünsiyyət və tərcümə, Azərbaycan tərcüməçiləri, tərcüməçinin yalançı dostları

TƏDRİS VƏ TƏLİM METODLARI
Kurs məqsəd və hədəflərinə uyğun olaraq aktiv tədris metodlarından geniş istifadə nəzərdə tutulur.  Tədris zamanı dərketmə fəaliyyətinə töhfə məqsədilə izahlı-illüstrativ, reproduktiv, problemli şərh, qismən axtarış və evristik tədqiqatçılıq metodlarına müraciət olunacaq. İstifadəsi nəzərə tutulan təlim və tədris metodları aşağıdakılardır:
 Mühazirə və sinifdə fəaliyyət
 Qrup işi
 Mütaliə
 Ev tapşırıqları
 Seminar
 Sərbəst işlərin yazılması

TƏLİM RESURSLARI
Proyektor vasitəsilə PPT slayd təqdimatlarının nümayişi nəzərdə tutulur. İstifadə olunacaq resurslara eyni zamanda fərdi forumda (http://adu-traduzione.forumotion.me/t7-topic) yaradılmış müvafiq mövzu  da daxildir. Forum eksperiment xarakteri daşıdığı üçün iştirak ilə bağlı öncədən müəyyənləşdirilmiş konkret tələblər yoxdur. Lakin müəllim tərəfindən forumda bölüşülən oxu mətnləri keçirilən mövzulara dair həm əsas, həm də köməkçi məlumat daşıyıcıları olduğuna görə hər bir tələbənin gündəlik olaraq forumu izləməsi və orada müəllim tərəfindən qeyd edilmiş tapşırıqları yerinə yetirməsi MÜTLƏQDİR! Online şəkildə forumda tələb olunanlar, canlı dərslərdəki tələblərdən qətiyyən qüvvə azlığına malik deyillər və tələbələrin forumda iştirakı da onların semestr qiymətləndirilməsinə təsir edir.


DAVRANIŞ VƏ DAVAMİYYƏTƏ VERİLƏN TƏLƏBLƏR:
Mobil telefondan istifadə etmək, gecikmək, başqalarının diqqətini yayındırmaq, dərs zamanı auditoriyadan səbəbsiz çıxmaq və bunun kimi digər dərs gedişatına mane olan hallar qadağandır. Tələbə müəllim və tələbə yoldaşları ilə mədəni davranmalı, ictimai nəzakət qaydalarına əməl etməli və universitetə maddi ziyan vurmamalıdır. Hər hansı bir sual və ya problem olduğu halda Dekanlığa müraciət edə bilər.
Dərslərdə müntəzəm iştirak etmək mütləqdir. Tələbənin dərs yükünü yerinə yetirməsi, həmçinin imtahan suallarına hazırlığı onun dərslərə davamiyyəti ilə sıx bağlıdır. Çünki fənnin tədrisi zamanı müəllimin təqdim etdiyi şifahi izahat və göstərişlər müvəffəqiyyət nəticələri ilə düz mütanasibdir. Tələbənin zəngdən sonra maksimum 5 dəqiqə ərzində auditoriyada olması MÜTLƏQDİR! Əks halda qrup jurnalında dərsdə iştirak etməməyə dair müvafiq qeyd-qaib yazılacaqdır. Dərslərdə iştirak etməmək niyyətiniz olduğu  halda tələb olunur ki, xahiş və ya başqa formada qaibin qeydə alınmaması üçün müəllimə müraciət edilməsin. Buna dair üzrlü səbəblər yalnız dekanlıq tərəfindən rəsmi şəkildə müəllimə bildirilməlidir. Digər hallarda müəllimə müraciət etməməyiniz xahiş və tələb olunur. Tələbələrin dərsdə iştirakı onların həm bilik səviyyələrini, həm insani keyfiyyətlərini, eyni zamanda psixoloji durumlarını əks etdirdiyinə görə müəllimin bu meyara daha çox diqqət yetirməsi, lazımı hallarda müdaxilə edərək tələbələri düzgün istiqamətləndirməsi əsas şərtlərdən biridir. Dərs zamanı tələbə mənəvi qaydaları pozmadan tam sərbəst şəkildə öz fikrini ifadə edə bilər. Eyni zamanda, kursun proqramı ilə bağlı arzu və təkliflərini həm şifahi, həm də yazılı formada müəllimə təqdim etməkdən çəkinməməlidir.

QİYMƏTLƏNDİRMƏNİN MEYAR VƏ PROSEDURLARI
ADU-da qiymətləndirmə 100 ballı sistem üzrə aparılır. 50/50 prinsipinə  uyğun olaraq semestr və imtahan ballarına bölünür və onların cəmi 50 baldan aşağı olduğu halda qiymətləndirmə “qeyri-kafi” hesab olunur.
Semestr ərzində toplanmalı 50 seminar balının komponentləri aşağıdakı kimidir:
Semestr ərzində 3 dəfə yazılı formada yoxlama/sınaq yazı işi keçirilir. Hər sınaqda cavab 10 ballıq sistemlə qiymətləndirilərək jurnalda qeyd olunur. Yoxlama işi 3 və daha artıq nəzəri və/və ya praktik  sualın yazılı cavablandırılmasından ibarətdir. Tələbənin dərs prosesində mövzu ilə bağlı olan müzakirələrdə iştirakı, suallara verdiyi cavabların qənaətbəxşliyi və elmi məsələlərə öz münasibətini bildirməsi əlavə qiymət kimi jurnala qeyd olunur. Sərbəst işə görə tələbənin qazandığı qiymət 10 ballıq sistemlə qrup jurnalında yalnız bir dəfə öz əksini tapır. Qeyd etmək lazımdır ki, tələbələrin çalışqanlığı və səyləri qiymətləndirmədən kənar qalmayacaq. Evə verilmiş yazı  tapşırıqları müəllimin göstərişlərinə uyğun, onun rəhbərliyi altında sərbəst şəkildə tələbə tərəfindən əl yazısı və ya elektron variantda yerinə yetirilməlidir. Ev tapşırıqları əksər hallarda tələbələrin sərbəst işləri  kimi qiymətləndirilir. Tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsi gündəlik qiymətləndirməyə təsir edir, ev tapşırıqları, yazı işləri vaxtında təhvil verilmədikdə “0” bal ilə qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, hər bir kursun tədrisi zəncirvari şəkildə bir-birinə bağlı olan, öncədən müəyyənləşdirilmiş məqsədyönlü bir strateji xətt üzərində qurulmuş mövzulardan ibarətdir. Kursun bir auditoriya dərsinin tələbləri yerinə yetirilmədikdə növbəti mövzunun mənimsənilməsi üçün problemlər yarana bilər. Eyni problemi yaradan hal verilmiş tapşırıqların yerinə yetirilməməsidir. Həmçinin, qrup işləri zamanı tələbələrin komanda daxilində işləmə bacarıqlarının da qiymətləndirilməsi işi yerinə yetiriləcək.
Biliklərin qiymətləndirilməsi meyarları aşağıdakılardır:
10 bal - tələbə keçilmiş materialı dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir. Fərdi şəkildə mövzuya dair tapdığı əlavə oxu materialları ilə də öz fikrini əsaslandırır;
9 bal - tələbə keçilmiş materialı tam başa düşür, cavabı dəqiqdir və mövzunun məzmununu aça bilir;
8 bal - tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
7 bal - tələbə keçilmiş materialı yaxşı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandıra bilmir;
6 bal - tələbənin cavabı əsasən düzgündür;
5 bal - tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir;
4 bal - tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir;
3 bal - tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırmağı bacarmır;
1-2 bal - tələbənin mövzudan qismən xəbəri var;
0 bal - suala cavab yoxdur.
Tələbənin imtahandan topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semestr ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur. Tələbələrin imtahan-yazı işləri fənnin tədrisi başa çatdıqdan sonra bir semestr saxlanılır.
Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbələrin biliyi aşağıdakı kimi qiymətləndirilir:
51 baldan aşağı       –   “qeyri-kafi”     -  F
51-60 bal                 –     “qənaətbəxş”   -  E
61-70 bal                 –     “kafi”         -  D
71-80 bal                 –      “yaxşı”     -  C
81-90 bal             –      “çox yaxşı”   -  B
91-100 bal     –       “əla”             -  A
avatar
Dilshad Panahova
Admin

Сообщения : 133
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

Re: İXTİSASA GİRİŞ 2018-2019

Сообщение автор Dilshad Panahova в Пн Ноя 19, 2018 11:23 am

Mövzular

İxtisasa giriş fənninin obyekti və predmeti
Dilçilik və tərcümə
Açıq mətn, qapalı mətn
Tərcümə və Kommunikasiya, Diskurs təhlili
Tərcümə və Kommunikasiya, Mədəniyyətlərarası ünsiyyət
Məxəz dil, həfəd dil. Məxəz mətn, hədəf mətn
İmplisit və esplisit müəllif, İmpisit və esplisit oxucu. Oxucu modeli
Tərcümənin növləri
Tərcüməçinin yalançı dostları
İdiomatik ifadələrin tərcüməsi
Tərcümə və leksikologiya
Tərcümə və üslubiyyat
Qrammatikanın tərcümədə rolu. İtalyan dili artikllarının tərcüməsi
Yazılı və şifahi tərcüməçi
Tərcüməçinin köməkçi vasitələri

avatar
Dilshad Panahova
Admin

Сообщения : 133
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

Re: İXTİSASA GİRİŞ 2018-2019

Сообщение автор Dilshad Panahova в Пн Ноя 19, 2018 3:58 pm

Zəhmət olmasa ev tapşırığına verilmiş mətnin tərcüməsini buraya post edin. Öncədən təşəkkür!

Tapşırıqlar dərsdən öncə artıq yüklənmiş olmalıdır!
avatar
Dilshad Panahova
Admin

Сообщения : 133
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

İZAHLI TƏRCÜMƏŞÜNASLIQ TERMİNLƏRİ LÜĞƏTİ

Сообщение автор Dilshad Panahova в Пн Ноя 19, 2018 6:48 pm

avatar
Dilshad Panahova
Admin

Сообщения : 133
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

Re: İXTİSASA GİRİŞ 2018-2019

Сообщение автор Aytaj Zamanova в Вт Ноя 20, 2018 9:06 pm

Canni: Salam Karla, necəsən?
Karla: Salam Canni. Yaxşı, çox sağ ol. Bəs sən?
Canni: Yaxşı. Qulaq as, şənbə günü axşam evimdə balaca bir yığıncaq təşkil edirəm. Gəlirsən?
Karla: Şənbə günü axşam... Hə, əlbəttə! ...Amma harada yaşadığını bilmirəm.
Canni: Cotto küçəsi, 44.
Karla: ...Cotto küçəsi... Haradadır, mərkəzdə?
Canni: Xeyr, şəhər kənarında, stadiona yaxındır. Avtobusla gəlirsənsə 60 nömrəliyə min.
Karla: Hə, 60. Bəs mənzildir yoxsa ev?
Canni: 5-ci mərtəbədə bir mənzildir.
Karla: Ümid edirəm, lift var! Bəs necədir?
Canni: Rahat və işıqlıdır, böyük bir balkonu var.
Karla: Onda şanslısan. Mənim mənzilim kiçikdir: yataq otağı, mətbəx və vanna otağı. Və təsəvvür et ki, 400 avro kirayə ödəyirəm. Sən çox ödəyirsən?
Canni: Ayda 650 avro, amma buna dəyər. Görəcəksən, bina yeni və müasirdir.

Отправлено через Topic'it

Aytaj Zamanova

Сообщения : 2
Дата регистрации : 2018-11-20

Посмотреть профиль

Вернуться к началу Перейти вниз

Re: İXTİSASA GİRİŞ 2018-2019

Сообщение автор Yusif в Вт Ноя 20, 2018 10:21 pm

Canni:Salam Karla, nə var nə yox?
Karla:Oh, Salam Canni, yaxşı, çox sağol, sən?
Canni:Yaxşı. Qulaq as, Şənbə günü axşam evimdə kiçik bir yığıncaq edirəm. Gəlirsən?
Karla:Şənbə günü axşam... Hə! Əlbəttə! Amma bilmirəm ki, harada yaşayırsan.
Canni:Cotto küçəsi 44 də.
Karla:Cotto küçəsi... Haradadır? Mərkəzdə?
Canni:Yox, şəhər kənarında, stadionun yanındadır. Avtobusla gəlsən 60-a min.
Karla:Ah, 60. Bəs həyət evindədir yoxsa mənzildə?
Canni:5-ci mərtəbədə bir mənzildir.
Karla:Yəqin ki lift var! Bəs necədir? Canni:Rahat və işıqlıdır, böyük balkonu var.
Karla:Şanslısan. Mənim mənzilim kiçikdir:yataq otağı, mətbəx və vanna otağı. Və təsəvvür elə ki, 400 avro ödəyirəm.Sən çox ödəyirsən?
Canni:Aylıq 650 avro, amma buna dəyər.Özün görəcəksən, bina yeni və müasirdir.

Отправлено через Topic'it
avatar
Yusif

Сообщения : 2
Дата регистрации : 2018-11-06

Посмотреть профиль

Вернуться к началу Перейти вниз

Re: İXTİSASA GİRİŞ 2018-2019

Сообщение автор Abdullayeva Fatma в Вт Ноя 20, 2018 11:00 pm

Gianni: Salam Carla, necəsən?
Carla: Oo, salam Gianni. Yaxşı, təşəkkür edirəm bəs sən?
Gianni: Yaxşı. Qulaq as, şənbə günü axşam evimdə kiçik bir yığıncaq təşkil edirəm. Gəlirsən?
Carla: Şənbə günü axşam... Hə, əlbəttə!... Ancaq ki məm bilmirəm sən harada yaşayırsan
Gianni: Giotto küçəsi 44-də
Carla: ... Giotto küçəsi ...Haradadır, mərkəzdə?
Gianni: Yox, şəhər ətrafında, stadiona yaxındır. Əgər avtobusla gəlməy istəsən 60 nömrəyə min
Carla: Ah, 60. Bəs evdi yoxsa mənzil?
Gianni: Beşinci mərtəbədə bir mənzildir
Carla:Liftlə ümid edirəm! Bəs necədir?
Gianni: Geniş bir balkonlu, rahat və işıqlıdır
Carla: Onda şanslısan. Mənim mənzilim balacadır: yataq otağı, mətbəx və hamam. Təsəvvür etki 400 avro kira ödəyirəm. Sən, çox ödəyirsən?
Gianna: Ayda 650 avro, amma buna dəyər. Görərsən, bina yeni və müasirdir

Отправлено через Topic'it


Последний раз редактировалось: Abdullayeva Fatma (Ср Ноя 21, 2018 1:30 pm), всего редактировалось 1 раз(а)

Abdullayeva Fatma

Сообщения : 2
Дата регистрации : 2018-10-30

Посмотреть профиль

Вернуться к началу Перейти вниз

Re: İXTİSASA GİRİŞ 2018-2019

Сообщение автор sevinc416 в Вт Ноя 20, 2018 11:16 pm

Canni:Salam Carla,necəsən?
Karla:Salam Canni,Yaxşiyam,sağol,bəs sən?
Canni:Yaxşiyam,Qulaq as,şənbə günü axşam evimdə kiçik bir qonaqliq təşkil edirem.Gəlirsən?
Karla:Şənbə günü axşam... Hə,əlbəttə!.. Amma harada yaşadiğini bilmirəm.
Canni:Cotto küçəsi,44
Karla:Cotto küçəsi..Harada,mərkəzdə?
Canni:Yox, şəhər kənarinda,stadionun yaxinliğindadir.Əgər avtobusla gəlsən,60 nomrəyə min.
Karla: Yaxşı 60.Bəs evdir,yoxsa mənzil?
Canni:Beşinci mərtəbədə bir mənzil.
Karla:Yəqin ki,lift var! Bəs ev necədir?
Canni:Böyük balkonlu,işıqlı və rahatdir.
Karla:Onda şanslisan.Mənim mənzilim 400 avro kirayə ödədiyimi düşünəndə kiçikdir:yataq otaği,mətbəx və vanna otaği.Sən çox ödəyirsən?
Canni:Ayda 650 avro,amma buna dəyər.Binanin yeni və müasir olduğunu görəcəksən.

Отправлено через Topic'it

sevinc416

Сообщения : 2
Дата регистрации : 2018-11-19

Посмотреть профиль

Вернуться к началу Перейти вниз

Re: İXTİSASA GİRİŞ 2018-2019

Сообщение автор Akhelvin в Ср Ноя 21, 2018 12:00 am

Canni:Salam Karla, necəsən?
Karla:Oh, Salam Canni, yaxşıyam, çox sagol, bəs sən?
Canni:Yaxşı. Qulaq as, şənbə günü axşam evimdə kiçik bir yığıncaq təşkil edirəm. Gəlirsən?
Karla:Şənbə günü axşam....Hə, əlbəttə! Yalnız harada yaşadığını bilmirəm.
Canni:Cotto küçəsi, 44.
Karla:Cotto küçəsi.....Haradadır, mərkəzdə?
Canni:Yox, şəhərkənarında, stadionun yanındadır. Əgər avtobusla gəlmək istəsən, 60 nömrəliyə min.
Karla:Ah, 60 nömrəli. Bəs evdir yoxsa mənzil?
Canni:5-ci mərtəbədə bir mənzildir.
Karla:Ümid edirəm lift var! Necədir?
Carla:Rahat və işıqlıdır, böyük bir balkonu var.
Karla:Şanslısan. Mənim evim balacadır: yataq otağı, mətbəx və vanna otağı. Təsəvvür elə ki, aylıq 400 euro kirayə ödəyirəm. Bəs sən çox ödəyirsən?
Canni:Ayda 650 euro, amma buna dəyər. Görəcəksən, bina yeni və müasirdir.

Akhelvin

Сообщения : 1
Дата регистрации : 2018-11-20

Посмотреть профиль

Вернуться к началу Перейти вниз

Re: İXTİSASA GİRİŞ 2018-2019

Сообщение автор Irade Ibrahim в Ср Ноя 21, 2018 9:13 am

Gianni: Salam Carla, ne var ne yox?
Carla: Oh, salam Gianni. Yaxşı, sağol sende?
Gianni: Yaxşı. Qulaq as, 6-cı gün axşam mənim evimdə qonaqlıqdır. Gələrsən?
Carla: 6-cı gün axşam... Hə, əlbəttə!... Sadəcə harda yaşadığını bilmirəm.
Gianni: Giotto küçəsi,44.
Carla: ... Giotto küçəsi... Hardadır, mərkəzdə?
Gianni: Yox, şəhər kənarında, stadiona yaxın. Əgər avtobusla gelsen, 60nömrəli avtobusa min.
Carla: Ah, 60. Bəs həyət evidir yoxsa bina?
Gianni: Bina evi, 5ci mərtəbə.
Carla: Yəqin ki lift var da! Bes evin necədir?
Gianni: Rahat və işıqlıdır, böyük balkonu var.
Carla: Lap yaxşı, şanslısan. Mənim evim balacadır: qonaq otağı, mətbəx ve hamam. Və təsəvvür elə 400 euro kirə ödəyirəm. Sen çox ödəyirsən?
Gianni: Aya 650 euro, amma buna dəyər. Bax, ev təzədir ve müasirdir.

Отправлено через Topic'it
avatar
Irade Ibrahim

Сообщения : 3
Дата регистрации : 2018-11-21

Посмотреть профиль

Вернуться к началу Перейти вниз

Re: İXTİSASA GİRİŞ 2018-2019

Сообщение автор Dilshad Panahova в Чт Ноя 22, 2018 11:38 am

Fialə Abdullayeva
"Peşəkar tərcümənin əsasları"

http://lib.bbu.edu.az/files/book/619.pdf
avatar
Dilshad Panahova
Admin

Сообщения : 133
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

Skopos nəzəriyyəsi: əsas prinsiplər və çatışmazlıqlar

Сообщение автор Dilshad Panahova в Чт Ноя 22, 2018 11:54 am

Cavad Kadgim Cabirin "Skopos nəzəriyyəsi: əsas prinsiplər və çatışmazlıqlar" adlı elmi məqalə



http://artkaspi.az/az/skopos-nezeriyyesi/#.W_ZgNDgzaUl

 "Mədəniyyət məktəbi” dərgisi

 1. Abstrakt.

 Skopos nəzəriyyəsi əsası 1978-ci ildə alman tərcüməçi Vermer tərəfindən qoyulub. Bu nəzəriyyənin əsas müddəasına görə, tərcümə prosesi tərcümə olunan mətnin məqsəd və istifadə yerinə görə dəyişir. Onun məqsədi, istifadə yeri isə xitab olunan auditoriya ilə müəyyənləşir. Bir sözlə, bu nəzəriyyə mənbə mətnin (ST-source text) əhəmiyyətini gözardı edən funksional yanaşmalardan biridir. Skopos nəzəriyyəsi tərcümə prosesində hədəf mətnin (TT-target text) yaradıcısı kimi tərcüməçinin rolunu ön plana çıxarır və yeni bir mətnin meydana gəlməsinə geniş imkan yaradır. Burada funksionalizm linqvistik ekvivalentlikdən çıxıb funksional uyğunluğa yerdəyişmək üçün əsas çıxışdır. Beləliklə, bu nəzəriyyəyə görə tərcümə əsasən mədəniyyətlərarası kommunikasiya prosesi hesab edilir. Əsas odur ki, ərsəyə gələn mətn hər iki kult üçün xüsusi situasiyalar və istifadə edildiyi yerin kontekstində mənbə mətni tamamilə əvəzləyə bilsin.
 "Skopos” yunan sözüdür, mənası "məqsəd” deməkdir. Skoposa görə, tərcümə prosesinin gedişatını müəyyənləşdirən əsas prinsip tərcümə aktının başlamasındakı məqsəddir. Hər hansı işə başlamaq niyyətinin altındakı ideya istənilən fəaliyyətin ən qəti tam təqdimatıdır.
 Bu yazının məqsədi isə skopos nəzəriyyəsinin əsas prinsiplərini və çatışmayan cəhətlərini araşdırmaqdır. Aparılan saysız müzakirələr axınında funksionalist və qeyri-funksionalist yanaşma arasındakı fərqlər belə hardasa müəyyən aspektdə gəlib birləşir. Belə bir fərziyyə irəli sürülür ki, bu nəzəriyyənin mənbə mətnlə heç bir əlaqəsi yoxdur, ümumiyyətlə, əsas mətn görməzdən gəlinir. Nəzəriyyə tamamilə tərcümə prosesinin məqsədinə köklənir. Hər bir nəzəriyyənin özünəməxsus çatışmazlıqları, dezavantajları olduğu hamıya məlumdur. Skopos nəzəriyyəsi də bu baxımdan istisna hal təşkil etmir.




 2. Skopos və əlaqədar məfhumlar.

 Təqdimatdan bir az uzaqlaşası olsaq, skoposun bir parça tərcümənin məqsədi və ya hədəfini göstərmək üçün seçilmiş texniki məfhum kimi qəbul edə bilərik. Vermerin nəzəriyyəsində məqsəd və qayə məfhumları arasında ciddi fərq olduğu göstərilir. Bu fərq sonralar nəzəriyyə üzərində dərindən işləmiş Nord (Kristian Nord alman tərcüməçi – XX əsr – red.) tərəfindən izah edilib. Vermerin mübahisəsinin mahiyyəti təxminən belə açılır. Qayə iş görənin məşğul olduğu fəaliyyət yolu ilə sonda əldə etmək istədiyi nəticədir, məqsəd isə qayəyə nail olmaq üçün keçilən müvəqqəti mərhələdir.
 Funksiya isə burada tamamilə başqa məna ifadə edir. Mətnin məğzinə işarə edən anlayışdır. Daha doğrusu, mətnin alıcı, oxucu tərəfindən qəbul edilən mənası, mahiyyətinə aid edilən anlayışdır. Skopos nəzəriyyəsi ilə bağlı bir digər məfhum isə niyyətdir, bu da hardasa qayə ilə eyni hesab edilir. Ötürücü və qəbul edənin hər ikisi tərəfində işin planlaşdırılmış gedişatı. Bu, mətni istehsal etmək və anlamağın münasib bir yolunu tapmağa işarədir.
 Plan və funksiya arasındakı müxtəlifliyin izahında bu tip mübahisəli nəticələnməni aradan qaldırmaq üçün Nord bu iki məfhumu kəskin keçidlərlə ayırmağı təklif edib. Ötürücü (yazıçı-red.) planı, niyyəti müəyyənləşdirməkdə və mətndən istifadə edərək məqsədə nail olmaqda məsuldur. Alıcı (tərcüməçi – red.) isə bu mətni ötürücüdən heç bir asılılığı olmadan öz gözlənti və ehtiyaclarından, aldığı təhsil və mövcud vəziyyətindən asılı olaraq, xüsusi funksiya üçün istifadə edir.
 Bu ayırım tərcümə sahəsi üçün çox əhəmiyyətli hesab olunur. Çünki ötürücü ilə alıcı tamamilə müxtəlif mədəniyyətlərə və statuslara aid olur. Bəziləri deyir ki, tərcümə mədəniyyətlərin tərcüməsidir. Odur ki, niyyət və funksiya iki müxtəlif bucaqdan analiz oluna bilər. Birinci aspektdə yazarın baxış bucağı əsas götürülərkən, ikinci aspektdə proses tərcüməçinin baxışı ilə izlənməlidir.




 3. Skopos və tərcümə haqqında xülasə

 Yuxarıda da qeyd olunduğu kimi skopos qaydası göstərir ki, tərcümə işi birbaşa onun məqsədindən asılıdır. Bir sözlə, "məqsədə aparan hər yol müqəddəsdir”. Bundan başqa Vermer skoposun qaydasını belə izah edir: "Hər bir mətn xüsusi bir məqsəd üçün istehsal edilir və yalnız həmin məqsədə xidmət edir. Bu mənada skoposun təqdimatını aşağıdakı kimi vermək olar: "Əlinizdəki mətnin tərcümə olunduğu məqsədə uyğun yerlərdə bütöv formada funksiyalarını yerinə yetirə biləcəyi, hədəflənən auditoriyada hamının umduğunun qarşısında onu əvvəl oxuyanların gözləntilərinə cavab vermək üçün yerinə yetirdiyi funksiyanı icra edə biləcəyi şəkildə tərcümə olunması, şərh olunması və yazıya alınması”.
 Əksər tərcümə prosesində skoposun müxtəlif formalarına icazə verilir. Bu tip skoposlar bir-birləri ilə iyerarxik sıralama ilə bağlanmış ola bilər. Tərcüməçilərin öhdəsinə düşən isə mətndə göstərilən situasiyaya ən çox uyğun olan formanı seçə bilməkdir. Xüsusi tərcümə tapşırığının skoposu bəzən "sərbəst”, "adil” tərcümə də tələb edə bilər. Bu zaman qərar vermək birbaşa mətnin hansı məqsədlə tərcümə olunduğundan asılı olur. Bu zaman haqlı olaraq, mətnin tam aydın məğzində çatdırılması üçün məqsədinin dəqiqləşdirilməsində tərcüməçinin rolu əsasdır. Kanqarionun "Poeziyanın tərcüməsi zamanı duyğunun ötürülməsi” ("Sense transferring through poetry translation”) adlı məqaləsində vurğulayır ki, artıq bu prosesin içində yeni əlaqədar tərəflər var: "hədəf oxucu kütləsi, tərcüməçinin qaçılmaz subyektiv təsviri, tərcümə mətninin məqsədi, mətnin yekun formasının qəbuledilənliyi və işləkliyi”. Məsələn, tanınmış ədiblərdən Xiaoşu və Donqminq yazılarında qeyd edilər ki, ədəbi tərcümənin əsas vəzifəsi orijinal mətnin ruhu və xüsusiyyətlərinin reproduksiyasıdır. Bununla yanaşı, onlar hətta bu prosesdə tərcüməçinin bədii səhnələr yaratmasını da qəbuledilən sayırlar. Bu tərcüməçilərin fikrincə, əsas məsələ yekun mətnin orijinal mətnin oxucunun diqqətini çəkdiyi qədər çəkə bilməsini təmin etməkdir. Odur ki, tərcüməçi skopos - hədəf mətnin müəyyənləşdirilməsində əsas faktordur. Eyni mətnin içində oxşar və yaxınfunksiyalı ədəbi tərcümələrin də tələb olunduğu hallar çoxdur. Məsələn, nigah şəhadətnaməsi və ya sürücülük vəsiqələrinin tərcüməsi, qanuni, hüquqi mətnlərin tərcüməsi. Bu hallar uyğun məqsədlər və birbaşa işarələrlə qeyd olunduğuna görə qəzet materialı dəqiqliyində tərcümə olunur.
 Bunu da qeyd etmək lazımdır ki, tərcümə bir qayda olaraq "müqavilə” əsasında edilir. Müştərinin xüsusi bir məqsədlə bağlı mətnin tərcüməsinə ehtiyacı olur və o, əlindəki mətnin tərcüməsi üçün tərcüməçiyə müraciət edir. Bu şəxs tərcümə prosesini başladandır, "səbəbkar”dır. Səbəbkar mənbə mətnin tərcümə olunmasına ehtiyacı olduğu üçün tərcümə prosesinin başlaması haqqında göstəriş verən şəxsdir. Bu şəxs əsas mətnin müəllifi də ola bilər, hədəf mətnə ehtiyacı olan şəxs də, tərcüməçinin özü də, özəl şirkət də, xüsusi dövlət agenti də və s. Nümunə üçün bu hala diqqət yetirək. İraq müstəmləkəsi olan dövlətlər bəzi tərcümə işlərinin başlamasının "səbəbkarı” hesab olunurlar. Bu zaman xüsusi idarələrin ləvazimatla təchizatı, məktəb və xəstəxanaların yenidən qurulması üçün layihələr hazırlanır. Bu sənədlər qiymət təyin edilməsi üçün İraq podratçılarına təqdim edilir. Layihələrin qısa təqdimatı olan bu bukletlər ərəb dilinə, qiymətləndirmələrin yer aldığı vərəqlər isə yenidən ingilis dilinə çevrilməlidir. Bu cür tərcümənin məqsədi nə edildiyini, nə planlaşdırıldığını bilməkdir, nəzərdə tutulan iş üçün ayrılmış vaxtı, işin keyfiyyətini müəyyənləşdirməkdir. Nord tərəfindən təklif edilən ən ideal variantda müştərinin mətnin içində məqsədini tamamilə aydınlaşdıracaq detalları mümkün olduqca çox verməsi məsləhət görülür. Ünvanları, zamanı, yeri, tədbirlərin kütləviliyini və ortalama göstəriciləri tərcümə ediləcək mətndə mümkün qədər aydın izah etmək lazımdır. Bu məlumat tam dəqiq bir tərcümə xülasəsi üçün əsas rol oynayacaq. Tərcümə xülasəsi məfhumunun alman dilində ekvivalenti "ubersetzung sauftrag” ifadəsidir. Bu qısa məlumat vərəqi tərcüməçiyə vəzifəsini tamamilə anlamaq və tamamlamaq üçün ən çox lazım olan vasitədir.
 Amma alman dili bəzi terminlərdə olduğu kimi bu ifadənin də tərcüməsində problemlər yaşayır – tərcümə işi və ya tərcümə öhdəliyi. Nord təklif edir ki, başqa dillərə tərcümə edərkən tərcümə instruksiyaları ifadəsindən istifadə edilsin. Alman dilindəki "ubersetzung sauftrag” ifadəsinin qarşılığı kimi "brifinq, xülasə” sözlərini işlədən yeganə müəllif Janet Freyzerdir. Tərcüməçi lazım olan təməl məlumatı və instruksiyaları qəbul edir, lakin sonra bu instruksiyaların istifadəsində sərbəstdir. Brifinqdə yer alan instruksiyalar hardasa müəyyən mənada tərcümə mətninin hədəfini və məqsədini də müəyyənləşdirir. Bəzən tərcüməçi mənbə mətndə verilən informasiyanı "hədəflənən istiqamətdə tələb olunan şərtlərə görə, ən uyğun xüsusiyyətlərin olduğu kimi verilməsi üçün ifadələri maksimum diqqətli seçmək”lə şərh etməli olur. Qısaca, tərcümənin skopos versiyasında belə verilən mətn üzərində müştəri və tərcüməçi tərəfindən qarşılıqlı qərarlar verilir.

 4. Skopos mətndaxili və mətnlərarası əlaqədə

 Skopos nəzəriyyəsində qısa informasiya bukletinin işləkliliyi hədəf mətnin oxunacağı mədəniyyətə əsaslanır. Mənbə mətn isə həmin bukletin bir parçasıdır, tərcümə üçün lazım olan instruksiyalardır. Tərcüməçilər skoposun şərtlərinə əməl etməklə həmin mətnin daha mənalı olmasına kömək edirlər. Burada diqqət edilməli başqa bir amil də var – ayrı-ayrı tərcüməçilər mənbə mətn tərəfindən ötürüləndən fərqli mənalar çıxarırlar.
Skopos nəzəriyyəsinin yanaşmasında hər bir mətn informasiya təklifi kimi qəbul edilir. Bu təklif mətnin istehsalçısından tərcüməçisinə birbaşa edilir. Tərcümə isə bir dildən başqa bir mədəniyyətə ötürülmüş, orijinal mətnin ikinci əl formasında olan informasiyanın təklifidir. Tərcüməçilər kifayət qədər yaxşı bilirlər ki, hədəf dilin normalarının mənbə dildəki mətnin hansısa hissəsində yer almış bölmə ilə uyğunlaşması vacib deyil. Ona görə də hədəf mətnin hansı şərait üçün hazırlandığını bilmək skoposçulara görə əhəmiyyətlidir, çünki problemin həllinə ancaq bu cür yaxınlaşmaq olur. Bəzən hədəf mətn mənbə dil və mədəniyyət tərəfindən təklif olunmuş informasiyanın hədəf dil və mədəniyyətə çevrilərək tərcüməçi tərəfindən xırdalıqlarına qədər açılmış forması olur. Bu halda tərcüməçinin bircə vəzifəsi var – hədəf auditoriyanın oxucuları üçün mənalı bir mətn istehsal etmək. Vermerin təsdiqlədiyi şərtlərə görə, hədəf mətn "intratekstual uyğunluq” standartına cavab verməlidir. Bu məsələyə Reislə (Katarina Reis – XX əsrdə yaşamış alman dilçi – red.) birgə yazdığı kitabında geniş aydınlıq gətirilir. Mətn mütləq kommunikativ və anlaşılan olmalıdır, oxucunun mövcud situasiyası ilə uyğunluq təşkil etməlidir. Burada "uyğun olmaq”, oxucuların vəziyyətinin bir parçası olmaq və istifadə yerinin kontekstini tamamlamaqla sinonimlik təşkil edir.
 Maraqlısı odur ki, bu halda mənbə mətnlə hədəf mətn arasında əlaqə özünü göstərir. Vermer bu əlaqəni "mətndaxili uyğunluq” və ya "ahəng” adlandırır. Mətndaxili uyğunluq əlaqəsi mənbə və hədəf mətni birləşdirir. Bu uyğunluğun forması isə asılıdır:
 a.Tərcüməçinin mənbə mətni interpretasiyasından;
 b.Tərcümə skoposdan.
Mətndaxili uyğunluğun ən uğurlu nümunələri isə mənbə mətnə qarşı ədalətli yanaşılmasından alınır.  Məsələn, bədii tərcümə bunun ən yaxşı nümunəsidir. Belə ki, burada mənbə mətnə sadiq qalınması şərti hər bir bədii tərcüməçinin nail olmaq istədiyi nəticədir. Hamıya məlumdur ki, dil tərcümə haqqında gedən istənilən müzakirənin nüvəsində dayanır. Baxnayaraq ki, tərcümə prosesində ənənəvi sahənin insanlarının istifadə etdiyi bir çox müəyyən element var. Lakin dil və ondan yüksək istifadə imkanları məhz bədii tərcümədə özünü daha qabarıq şəkildə göstərir. Bədii tərcümə bütövlükdə tərcümə sahəsinin ən ədviyyatlı bölməsidir. Digər tərəfdən bədii tərcümə ilə məşğul olanlar sonda mənbə mətnin əhval-ruhiyyəsini, nəbzini, ritmini, tələblərini və s. çatdırmaq üçün rahatlıqla "bədii köçürmələr” edə bilirlər. Lakin bu əsla skopos demək deyil.




 5. Skopos nəziryyəsinin çatışmazlıqları

 Skopos nəzəriyyəsi tərcümə prosesində yekunda alınan nəticə üçün hər cür vasitəyə icazə verdiyi üçün yarandığı ilk gündən tənqidlərlə üzləşib. Belə ki, bu cür tərcümənin mətnin uyğunsuz çevrilməsi olduğunu hesab edənlər qətiyyən bu nəzəriyyəni qəbul etmirlər. Nə bədii tərcümədə, nə də ənənəvi tərcümədə mütəxəssislər orijinal mətnin müəllifinin fərdi niyətinin geniş planda pozulmasının hansısa nəzəriyyənin tələbi olması ilə barışır. Nyumark bu nəzəriyyəni tənqid edərkən yazır: "Məqsəd sözünü qədim yunan dilinə tərcümə edib, orda olan bir sözün üstündən nəzəriyyə yaratmaq, üstəlik bununla tərcümə kimi dərin və kəskin sərhədləri olan bir sahədə inqilabi dəyişiklik edəcəyini gözləmək axmaqlıqdır. Mətnin hakiminin bütün ruhi vəziyyətini öz istədiyin kimi dəyişməyi qəbul edən nəzəriyyə nəyə xidmət edə bilər? Vermer bu üsulla təcrübələrinin çoxluğuna güvənərək məşğul olmaq istədi, amma nə məqsədlə yaratdığını bilmədiyi nəzəriyyə onun elə öz ayaqlarına da dolandı”.
 Lakin xanım Nord Vermerdən sonra bu nəzəriyyə ilə bağlı səsləndirilmiş bütün tənqidlərə ömrünün sonuna qədər qarşı çıxmış və Vermerin fərziyyələrini sübut etməyə çalışmışdır.
 Nəzəriyyə haqqında səsləndirilmiş birincidərəcəli vacib tənqid odur ki, bu nəzəriyyədə tələb olunan şərtlərin çoxunun bir niyyəti, məqsədi yoxdur. Hansısa nəzəriyyənin təriflərini isə sorğulamadan qəbul etmək olmur.
 İkinci məsələ nəzəriyyənin üstündə şiddətlə dayandığı niyyət, məqsəd məsələsidir. Tərcüməçilər belə bir alternativ irəli sürür ki, bəzən tərcümənin məqsədinin tərcüməçi ilə heç bir əlaqəsi olmur. Bədii mətnlər üçün pul ödənilir, tərcüməçi isə onu çevirir. Bəzən isə mətnin öz içində canlandırılan səhnələrin, təsvirlərin hansısa xüsusi məqsədi olmur. Bu sadəcə müəllifin o ankı əhvalının və ya xüsusi yerə olan bağlılığının nəticəsi olur. Deməli, onda tərcüməçi həmin hissəni tərcümə etmədən keçməlidir. Üstəlik hər bir mətn məqsədli tərcümə olunmur. Bəzən mənbə mətn üzərində işləyərkən tərcüməçi bu prosesdən mexaniki keçir, yəni beynində xüsusi məqsəd olmadan işləyir. Tərcümə mətnlərinə xüsusi məqsəd şərtinin qoyulması bu işi məhdudlaşdırmaqdır. Bu isə hədəf mətnin içindəki interpretasiyaları, tərcümə prosedurlarını məhdudlaşdırmaq deməkdir.
 Üçüncü məsələ, tərcüməçilər iddia edir ki, mənbə mətnlərdə faktlar və təsvirlər hər zaman tamamilə oxucuya aydın ötürüldüyü üçün orada funksionallıq var. Amma skopos tərcümədən keçmiş mətndə heç nə dəqiq və aşkar deyil. Bu halda, həmin mətnlərdə funksionallıqdan və bu nəzəriyyədə orijinallıqdan söhbət gedə bilməz. Piter Nyumark: "Bir şeyi yaxşı icra etmək üçün sən onu niyə icra etdiyini bilməlisən. Yalnız bu halda dərk eləyirsən ki, sabun reklamının mətni ilə respublika himninin mətnini eyni üsullarla tərcümə etmək olmaz”.
 Skopos nəzəriyyəsi aşağıdakı səbəblərdən özünü doğrulda bilmədi:
a.Mətnin funksionallığını təmin etmək üçün yararlı üsul təklif edə bilmədiyi;
b.Tərcümə prosesinin yekunu orijinal mətnlə əvəzləşə bilmədiyi və ya ona adekvat olmadığı;
c.Dil vasitələrinin hədəf mətndə tam işləkliliyi ilə reallaşa bilməməsi;
d.Tərcümənin məqsədini qabartmaqla, mənbə mətni sadə və quru informasiya toplusu kimi qəbul etməsi.
e.Nəticə

Skopos nəzəriyyəsi özünü ümumi və universal tərcümə sahəsi kimi təqdim edir. Nəzəriyyənin nüvə ideyası "tərcümənin məqsədinin tərcümə prosesini idarə etməsi” kimi şərh etmək olar. Əgər orijinal mətnin müəllifinin kommunikativ qayəsi ilə ortaq bir xətt təklif etsəydi, bu ideyanı haradasa müəyyən mənada qəbul etmək olardı. Tərcümə hansı üsullarla aparılırsa, aparılsın, onun əsas mətnlə əlaqəsinin qoparılmaması əsasdır. Biz onun hakimliyini əlindən ala, əhəmiyyətliliyini görməzdən gələ bilmərik. Bu cür davranmaq nəinki tərcümə prosesinə mənfi təsir göstərər, eləcə də tərcüməçinin peşəkar nüfuzuna da xələl gətirər.

 Bəzən nəinki tərcüməçinin, hətta oxucunun belə dönüb orijinal mətnə nəzər salmağa ehtiyacı olur. Vermer birmənalı şəkildə tərcüməçini yeni mətn dizayneri kimi qəbul edir. Əlindəki mətni hədəfləndiyi auditoriyanın mədəni xüsusiyyətlərinə uyğunlaşdırmaqla vəzifələndirilmiş dizayner. Lakin bu elə başqasının ideyaları, təsvirləri və duyğuları üstündə yeni bir əsər yazmaqdır. Bu ya uğursuz tərcümədir, ya da plagiat əsər.

 Tərcümə etdi: Elcan Salmanqızı
avatar
Dilshad Panahova
Admin

Сообщения : 133
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

Re: İXTİSASA GİRİŞ 2018-2019

Сообщение автор Dilshad Panahova в Чт Ноя 22, 2018 11:57 am

Keçən semestr (2017-2018) İxtisasa giriş fənnindən olan imtahan sualları



1. Xüsusi isimlərin tərcüməsinə dair hansı fikirlər, üsul və prinsiplər mövcuddur? (10 bal)
2. Qrammatika tərcümə prosesinə hansı formada təsir edə bilər? Fikrinizi italyan dilindən Azərbaycan dilinə tərcüməyə aid misal əsasında izah edin. (10 bal)
3. Dialoji nitqin tərcüməsi zamanı hansı amillərə fikir vermək lazımdır? (10 bal)
4. Mədəniyyət və tərcümə. İtaliya mədəniyyəti və italyan dilindən tərcümə işi. Sizcə mədəniyyətlə bağlı fon bilikləri tərcümə işinə hansı formada öz töhfəsini verir? Fikirlərinizi misallarla əsaslandırın. (10 bal)
5. Tərcümə etməli olduğumuz bədii mətn ilə bağlı hansı növ məlumatlar tərcümə işinə öz töhfəsini verə bilər? (10 bal)
6. Xüsusi isimlərin tərcüməsinə dair tarixi prinsip deyəndə nə anlayırsınız? (10 bal)
7. İtalyan dilində artikl kateqoriyasının mövcud olması Azərbaycan dilinə tərcümə zamanı hansı problemlərə səbəb ola bilər? Bu problemləri siz hansı üsullarla həll edərdiniz? Fikrinizi misallar ilə əsaslandırın. (10 bal)
8. Sizcə peşəkar tərcüməçi olmaq üçün hansı hazırlıqları keçmək, hansı bilik və bacarıqlara malik olmaq mütləqdir? (10 bal)
9. Dialoji nitqi səciyyələndirən hansı xüsusiyyətlər tərcümə zamanı nəzərə alınmalıdır?
10. Xüsusi isimlərin tərcüməsində tranliterasiyanın mühümlüyü nədən ibarətdir? (10 bal)
11. Azərbaycan dilində cins kateqoriyasının olmaması italyan dilinə tərcümədə hansı problemlərə səbəb ola bilər. Fikrinizi misallar ilə əsaslandırın. (10 bal)
12. Hansı xüsusiyyətlər tərcüməçinin peşəkarlığını göstərir? (10 bal)
13. Dialoji və monoloji nitqin tərcüməsi hansı amillərin nəzərə alınmasını tələb edir? (10 bal)
14. Tərcümə edilən mətnin aid olduğu mədəniyyətə aid fon bilikləri tərcüməçiyə hansı formada xidmət edir? (10 bal)
15. Transliterasiya nədir və mahiyyəti nədən ibarətdir? (10 bal)
16. Fikrinizcə yüksək ixtisaslı tərcüməçi hansı keyfiyyətlərə, bilik və bacarıqlara malik olmalıdır? (10 bal)
17. Şifahi tərcümə ilə yazılı tərcümənin fərqləri nədən ibarətdir? (10 bal)
18. Qrammatika tərcümə prosesinə hansı formada təsir edə bilər? Fikrinizi italyan dilindən Azərbaycan dilinə tərcüməyə aid misal əsasında izah edin. (10 bal)
19. Yüksək ixtisaslı tərcüməçi hansı keyfiyyətlərə, bilik və bacarıqlara malik olmalıdır?
a. (10 bal)
20. Bədii tərcümə ilə elmi-texniki tərcümənin fərqləri nədən ibarətdir? (10 bal)
21. Azərbaycan dilindən fərqli olaraq, italyan dilində artikl və cins kateqoriyasının mövcud olması tərcümə işinə hansı formada təsir edə bilər. Fikrinizi misallarla əsaslandırın.
22. Bədii mətn tərcüməsindən öncə hansı hazırlıq mərhələsini keçmək lazımdır? (10 bal)
23. Tərcüməçiyə kömək edən hansı növ lüğətlər mövcuddur? Tərcümə zamanı lüğətdən istifadə qaydalarına dair fikirlərinizi əsaslandıraraq qeyd edin. (10 bal)
24. Təsvir səhnələrinin tərcüməsi zamanı hansı amillərə fikir vermək lazımdır? (10 bal)
25. Tərcüməçiyə kömək edən hansı növ vasitələr vardır? (10 bal)
26. Umberto Eko bədii mətndəki ikimənalılıqla bağlı problemlərlə bağlı hansı fikirləri qeyd edib? (10 bal)
27. Hər hansı bir tərcüməni etməzdən öncə tərcüməçi nə etməlidir? (10 bal)
28. Orijinal mətni tərcümə edən tərcüməçi eyni zamanda həm oxucu, həm də qəbul etdiyi informasiyanın ötürücüsüdür. Bu fikri necə izah edə bilərsiniz? (10 bal)
29. Transliterasiya və növləri. (10 bal)
30. Dil və mədəniyyətin əlaqəsi (10 bal)
31. Orijinal mətni tərcümə edən tərcüməçi eyni zamanda həm oxucu, həm də qəbul etdiyi informasiyanın ötürücüsüdür. Bu fikri necə izah edə bilərsiniz? (10 bal)
32. Tərcümədə realilər. (10 bal)
33. Yüksək ixtisaslı tərcüməçi hansı keyfiyyətlərə, bilik və bacarıqlara malik olmalıdır? (10 bal)

avatar
Dilshad Panahova
Admin

Сообщения : 133
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

Ünsiyyət haqqında

Сообщение автор Dilshad Panahova в Чт Ноя 22, 2018 12:13 pm

Ünsiyyət haqqında anlayış

Ünsiyyətin tərifi, məzmunu, məqsəd və vəzifələri. İnsanlar birgə yaşayış və birgə fəaliyyət zamanı daima bir-biri ilə informasiya mübadiləsi aparır, bir-birinə qarşılıqlı təsir göstərir və ya bir-birini qavrayır və anlayırlar. Başqa sözlə ünsiyyətə girirlər. İnsanın hər cür fəaliyyətində ünsiyyət zəruri şərt kimi özünü göstərir. Ünsiyyət olmadan insanların birgə fəaliyyəti həyata keçirməsi mümkün deyildir.
Ünsiyyət insanlar arasında təmasın yaranması və inkişafı prosesi kimi meydana çıxır. Heç bir insan birliyi oradakı adamlar arasında təmas yaradılmadan birgə fəaliyyəti həyata keçirə bilməz və onların arasında qarşılıqlı anlama baş verməz. Ünsiyyət insanlar arasında birgə fəaliyyət təlabatından doğan təmasın çoxplanlı inkişaf prosesidir. Başqa sözlə, insanların öz münasibətlərini aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndiməyə və birləşdirməyə yönəldilmiş qarşılıqlı təsirinə ünsiyyət deyilir.
Ümumipsixoloji baxımdan nəzərdən keçirdikdə, əvvəla, ünsiyyət iki və daha çox şəxs arasında baş verir; ikincisi, həmin proses az-çox dərk edilmiş olur; üçüncüsü, ünsiyyət insanlar arasında informasiya mübadiləsi olmaqla bərabər qarşılıqlı təsir prosesi, real gerçəkliyi əks etdirmək vasitəsidir; dördüncüsü, ünsiyyət dinamik prosesdir, onun müxtəlif forma və vasitələri vardır. Deməli, ümumipsixoloji baxımdan ünsiyyəti fəaliyyətin xüsusi bir növü hesab etmək olar. Ünsiyyət prosesində insanlar arasında fikir, bilik, rəy, təcrübə və hisslər mübadiləsi gedir, onlar bir-birinin inam və əqidəsinə təsiri olan müxtəlif tipli məlumatları əsasən başqaları ilə ünsiyyət prosesində əldə edir, öz bilik və təsəv¬vürlərini başqalarına aşılayırlar. Aydındır ki, ünsiyyət həyat tələbatlarından doğur və demək olar ki, insanın ictimai həyatının gedişini tənzim edir. Təsadüfi deyildir ki, tədqiqatçılar ünsiyyəti insanların bir-birini anlaması başa düşməsi prosesi (S.L.Rubinşteyn), fikirlərin təəssüratların başqalarına verilməsi prosesi (L.S.Vıqotski), insanların başqalarına olan tələbatı (Y.L.Kolo¬¬minski) və s. hesab etmişlər.
Ünsiyyət prosesində insanlar nəinki mühit haqqında məlumat əldə edir, eyni zamanda müxtəlif adət və vərdişlərə yiyələnir ki, bunlar da real varlığın dərk edilməsinə xüsusi istiqamət verir. Deməli, ünsiyyət, hər şeydən əvvəl, obyektiv varlığın dərk edilməsini təmin edən əsas şərtdir.
Həyati faktlar göstərir ki, ünsiyyət eyni zamanda psixi proseslərin təzahüründə özünəməxsus tərzdə iştirak edir. Ünsiyyət psixi proseslərin dinamikasına, təzahürünə təsir göstərir və onları daha da mütəhərrik edir.
Ünsiyyət eyni zamanda şəxsiyyətin formalaşmasına da müəyyən tərzdə istiqamət verir. Demək olar ki, şəxsiyyətin təşəkkülü müəyyən mənada ünsiyyət prosesinin məhluludur.
Ümumi psixologiya baxımından ünsiyyət probleminin maraqlı cəhətlərindən biri də ondan ibarətdir ki, insanın özünü dərk etməsi, öz məninə nəzər salması, özünü başqaları ilə müqayisə edərək qiymətləndirməsi belə ünsiyyət prosesinin məhlulu kimi qəbul edilə bilir. İnsan yalnız başqaları ilə ünsiyyət prosesində onları dərk edir.
Müasir sosial psixologiyada ünsiyyətin üç mühüm tərəfi, cəhəti qeyd olunur:
1) ünsiyyət informasiya mübadiləsi kimi və yaxud ün¬siy¬yətin kommunikativ tərəfi;
2) ünsiyyət qarşılıqlı təsir prosesi kimi və ya ünsiyyətin interaktiv tərəfi;
3) ünsiyyət insanların bir-birini qavraması, anlaması kimi və yaxud ünsiyyətin perseptiv tərəfi.
Ünsiyyətin özünəməxsus məzmunu, məqsədi və vasitələri mövcud¬¬dur (R.S.Nemov).
Ünsiyyətin məzmunu dedikdə fərdi təmas zamanı bir insandan digərinə ötürülən inıormasiya nəzərdə tutulur. Məhz öz məzmunundan asılı olaraq insanların ünsiyyəti müx¬təlif xarakter daşıya və fərqlənə bilir.
Ünsiyyətin məzmununu, hər şeydən əvvəl, insanın daxili motivasiya və emosianal vəziyyəti haqqında məlumat təşkil edə bilər. Bu zaman insanlar bir-birinə mövcud tələbatları, emosional vəziyyətləri (razılıq, narazılıq, sevinc, kədər, qəm, əzab və s.) haqqında məlumatları çatdırır ki, bu cür informasiyalar bir adamdan başqalarına ötürülməklə şəxsiyyətlərarası tənzim rolunu oynaya bilər.
Ünsiyyətin məzmunu ətraf mühit, orada baş verən hadisələr haq¬qında məlumatlardan da ibarət ola bilər. Bu zaman ünsiyyətdə olan insanlar bir-birlərinə mövcud təhlükə, həyati əhəmiyyətə malik olan amillər haqqında məlumat verə bilərlər. Ünsiyyətin məqsədinə gəldikdə, insanda müvafiq fəallığın nə üçün, nəyin xatirinə həyata keçirilməsindən ibarətdir. Bu baxımdan insanların ünsiyyətə girməsinin məqsədi geniş və çox sahəlidir. İnsanların ünsiyyətə girmə məqsədinə onların dünya, təlim və tərbiyə, şəxsi və işgüzar qarşılıqlı əlaqələrin yaradılması və s. haqqında obyektiv məlumatın verilməsi və ya alınmasını daxil edirlər (R.S.Nemov).
İnsanda ünsiyyətin vasitələri ünsiyyət zamanı ötürülən informa¬siyaların kodlaşdırılmasında, ötürülməsində, işləmə və açılmasında özünü gös¬tə¬rir.
İnformasiyaların kodlaşdırılması onun bir canlı varlıqdan digərinə ötürülmə tərzindən ibarətdir. İnformasiya insanlar tərəfindən müəyyən məsafədən, hiss üzvləri vasitəsilə ötürülə və qavranıla bilir. İnsanda dil və başqa işarələr sistemi vasitəsilə informasiya mübadiləsinə daha çox yer verilir.
Ünsiyyətin növləri. Ünsiyyət çoxcəhətli, çoxplanlı bir prosesdir. Onun özünəməxsus növləri də vardır. Hər şeydən əvvəl, psixoloji ədəbiyyatda məzmunu, məqsədi və vasitələrindən asılı olaraq ünsiyyətin bir sıra növləri qeyd olunur.
Məzmunundan asılı olaraq ünsiyyətin aşağıdakı növlə¬rini göstərə bilərik: maddi ünsiyyət (əşyalar və fəaliyyət məhsullarının mübadiləsi yolu ilə); koqnitiv ünsiyyət (bilik mübadiləsi); kondision ünsiyyət (psixi və fizioloji vəziyyətin mübadiləsi); motivlərlə bağlı ünsiyyət (təhriklərin, motivlərin, maraqların, tələbatların mübadiləsi); işgüzar fəaliyyətlə bağlı ünsiyyət (iş, əməliyyat, bacarıq və vərdişlərin mübadiləsi).
Məqsəddən asılı olaraq psixoloqlar ünsiyyətin bioloji və sosial növlərini qeyd edirlər. Bioloji ünsiyyət orqanizmi mühafizə etmək, qorumaq, saxlamaq və inkişaf etdirməklə bağlı ünsiyyətdir. Sosial ünsiyyətə gəldikdə o, şəxsiyyətlərarası təması, münasibətləri yaratmaq və inkişaf etdirmək, fərdin şəxsi yüksəlişini genişləndirmək və möhkəmləndirmək məqsədi güdür. Ünsiyyətin vasitələrindən asılı olaraq vasitəsiz və vasitəli növlərini qeyd etmək olar.
Vasitəsiz ünsiyyət heç bir kənar təhrik və istiqamət olmadan şəxsi təması və ünsiyyətdə olan adamların bir-birini bilavasitə ünsiyyət aktında qavramasını nəzərdə tutur.
Vasitəli ünsiyyətə gəldikdə o, vasitəçilərin köməyi ilə həyata keçirilən ünsiyyətdir. Adətən,¬¬ çox vaxt partnyorlar zaman və məkanca bir-birlərindən təcrid olunduqda vasitəli ünsiyyət özünə yer edir. Bu zaman ünsiyyət aləti kimi partnyorlar arasında onları bir-biri ilə əlaqələndirən vasitəçidən istifadə olunur. Bunlara əşyaları, qeydləri, kitabları, mədəniyyət obyektlərini, vasitəçilik edən üçüncü şəxsi, mümkün olan hər hansı vasitəni: telefonu, radionu, televizoru, kompyüteri və s. aid etmək olar. Elmi-texniki tərəqqi bu cür vasitələrin daha mütərəqqi formalarının aşkara çıxmasına səbəb olmuşdur. Məsələn, qlobal internet sistemi istədiyin adamla əlaqə yaratmağa, maraqlandığın mövzuda məlumatları əldə etmək üçün ünsiyyətə girməyə imkan verir. Müasir texniki ünsiyyət vasitələri ictimai həyatın bir çox sahələrində müvafiq məsələləri daha səmərəli şəkildə həll etmək imkanı yaradır.
Ünsiyyət vasitələrindən asılı olaraq ünsiyyətin verbal və qeyri verbal növləri xüsusilə diqqəti cəlb edir (bunlar barədə sonrakı bölmədə bəhs olunacaqdır).
Ünsiyyətin funksiyaları. Ünsiyyət bir sıra mühüm funksiyaları həyata keçirir. Psixoloji ədəbiyyatda ünsiyyətin funksiyalarını müxtəlif əsaslar üzrə təsnif edirlər. L.A.Kar¬penko ünsiyyətin məqsədindən asılı olaraq 8 funksiyasını qeyd etmişdir:
Təmas funksiyası. Bu funksiyanın məqsədi ünsiy¬yətdə olan tərəflərin informasiya mübadiləsi üçün qarşılıqlı əlaqəni gözləməklə bağlı təmas yaratmaqdan ibarətdir.
• İnformasiya funksiyası. Bu funksiyanın məqsədi mə¬lumat mübadiləsindən, daha doğrusu, sorğuya qarşı fikir mübadiləsindən ibarət¬dir.
• Təhrikedici funksiya. Bu funksiyanın məqsədi ünsiyyət tərəf müqabilini bu və ya digər işi yerinə yetirməklə bağlı fəallığa yönəltməkdən ibarətdir.
• Əlaqələndirmə funksiyası. Bu funksiyanın məqsədi birgə fəaliyyətin təşkili zamanı yerinə yetiriləcək işlərin qarşılıqlı əlaqəsinin yaradılmasından ibarətdir.
• Anlama funksiyası. Bu funksiyanın məqsədi təkcə məlumatın mənasının adekvat qavranılması və anlaşılması deyil, tərəf müqabillərin bir-birini (məqsədlərini, yönəlişliklərini, həyəcanlarını, vəziyyətlərini və s.) anlamalarından ibarətdir.
• Amotiv funksiya. Bu funksiyanın məqsədi tərəf müqa¬bilində emosional təəssürat yaratmaq, eyni zamanda bunun köməyi ilə özünün həyəcan və vəziyyətini dəyişdirməkdən ibarətdir («emosiyaların mübadiləsi»).
• Münasibətlərin yaradılması funksiyası. Bu funksiyanın məqsədi rol, işgüzar, şəxsiyyətlərarası əlaqələr sistemində özünün yerini dərk etməkdən ibarətdir.
• Təsir göstərmək funksiyası. Bu funksiyanın məqsədi tərəf müqabilinin vəziyyətini, davranışını, eləcə də onun niyyətini, fikrini, təsəvvürünü, tələbatlarını, fəallığını və s. dəyişdirməkdən ibarətdir.
Ünsiyyət sahəsində tədqiqat aparmış digər psixoloqlar da onun funksiyalarını ətraflı şərh etmişlər. Bu baxımdan B.F.Lomovun irəli sürdüyü fikirlər xüsusilə diqqəti cəlb edir . B.F.Lomov ünsiyyətin funksiyalarını üç qrupda birləşdirir: məlumati - kommunikativ, tənzimedici- kommunikativ, affek¬tiv- kommunikativ.
Göründüyü kimi, B.F.Lomova görə ünsiyyət birinci növbədə məlumatın, informasiyanın verilməsi və qəbul olunması vəzifəsini, başqa sözlə informasiya mübadiləsi funk¬siyasını yerinə yetirir. Məhz buna görə də, təsadüfi de- yildir ki, informasiya mübadiləsini ünsiyyətin əsas cəhətlərindən biri kimi qəbul edirlər.
Lakin ünsiyyət zamanı insanlar yalnız informasiya mübadiləsi ilə məhdudlaşmır, eyni zamanda bu prosesdə davranışın qarşılıqlı tənziminə də təsir göstərirlər. Bunun isə əhəmiyyəti öz-özünə aydındır. Ünsiyyət bu funksiyanı yerinə yetirməklə insanlar arasında səmərəli qarşılıqlı münasibətlərin yaranmasına, qarşılıqlı münasibətləri tənzim etməyə xidmət edir.
Ünsiyyətin affektiv-kommunikativ funksiyasının əhəmiyyəti də az deyildir. Bu funksiya insanların emosional sferasına aid olub, onlarda emosional vəziyyətin determinantı, şərti kimi özünü göstərir.
Ünsiyyət çoxcəhətli, çoxplanlı proses olduğuna görə onun digər özünəməxsus funksiyalarından da söhbət açmaq olar. Ünsiyyətin bu cür mühüm funksiyalarına birgə fəaliyyəti təşkil etmək, insanların bir-birlərini, qarşılıqlı münasibətləri formalaşdırmaq və inkişaf etdirmək və s. funksiyalarını aid etmək olar.
Ünsiyyət və fəaliyyətin vəhdəti
Ünsiyyət psixologiyasında mütəxəssislərin diqqətini cəlb edən əsas, prinsipial məsələlərdən biri ünsiyyətlə fəaliyyətin vəhdəti məsələsidir. Lakin bu məsələyə psixoloqların yanaşma tərzi müxtəlifdir. Qərb ölkələrinin bir sıra psixoloji konsepsiyalarında ünsiyyət və fəaliyyət bir-birinə qarşı qoyulur. Bu konsepsiyalarda ünsiyyət amili davranışın determinantı, şərti kimi qəbul olunsa da, bu zaman fəaliyyətin dəyişdirici rolu nəzərə alınmır. Burada sosial proses mənəvi nitq ünsiyyəti prosesi kimi götürülür. Məhz buna görə də A.N.Leontyevin fikrincə bu kimi hallarda fərd praktik şəkildə fəaliyyət göstərən varlıqdan ünsiyyətə girən varlıq kimi qəbul olunur.
Bunun əksinə olaraq bəzi psixoloqların fikrincə ün¬siyyət və fəaliyyət vəhdət təşkil edir. Belə bir nəticə məntiqi olaraq ünsiyyətin real insan münasibəti kimi başa dü-şülməsindən irəli gəlir. Bu baxışa görə hər cür ünsiyyət forması insanların birgə fəaliyyətinin spesifik formasından ibarətdir. İnsanlar sadəcə olaraq müxtəlif sosial funksiyaları yerinə yetirərkən «ünsiyyətə girmirlər». Onlar həmişə bir neçə fəaliyyət prosesində ünsiyyət saxlayırlar. Buradan isə aydın olur ki, daima işgüzar adam ünsiyyətə girir, onun fəaliyyəti həmişə başqa adamların fəaliyyəti ilə üst-üstə düşür. Lakin məhz fəaliyyətin həmin kəsişməsi işgüzar adamın təkcə öz fəaliyyətinin predmetinə deyil, başqa adamların fəaliyyətinə qarşı da müvafiq münasibət, birgə fəaliyyəti yerinə yetirən fərdlər arasında birlik yaradır. Beləliklə ünsiyyətin fəaliyyətlə vəhdəti faktı psixologiyada fəaliyyət nəzəriyyəsinə istinad edən bütün psixoloqlar tərəfindən qəbul olunur, lakin bu əlaqənin xarakteri müxtəlif şəkildə başa düşülür.
Bəzən fəaliyyət və ünsiyyətə yanaşı şəkildə mövcud olan proses kimi deyil, insanın sosial mövcudluğunun, onun həyat tərzinin iki tərəfi kimi baxırlar (B.F.Lomov). Başqa bir halda ünsiyyəti fəaliyyətin müəyyən sahəsi kimi başa düşürlər (A.N.Leontyev). Bəziləri isə ünsiyyəti fəaliyyətin xüsusi növü kimi şərh edirlər (A.A.Leontyev).
Psixoloqlar belə bir fikri əsaslandırırlar ki, ünsiyyətin köməyi ilə fəaliyyət təşkil olunur və zənginləşir. Ünsiyyətə girən tərəflər arasında birgə fəaliyyət planının tərtibi onların hər birindən fəaliyyətin məqsəd və vəzifələrini bilməyi, obyektin spesifikasını, öz imkanlarını aydınlaşdırmağı tələb edir. Ünsiyyətin bu prosesə daxil olması onun iştirakçılarının «razılıq» və ya «narazılığı» həyata keçirmələrinə imkan verir.
Bütün qeyd olunanlar ünsiyyət və fəaliyyətin bir- biri ilə üzvü şəkildə vəhdət təşkil etdiyini söyləməyə imkan verir.


avatar
Dilshad Panahova
Admin

Сообщения : 133
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

Re: İXTİSASA GİRİŞ 2018-2019

Сообщение автор Aytaj Zamanova в Вт Ноя 27, 2018 7:27 pm

İtalyanlar və bar

Bir çox italyanlar üçün fasilə qısa olsa belə bara getmək gündəlik proqramlarının bir hissədir. Səhər kappuçino və kruassanla səhər yeməyi yemək, nahar fasiləsində sendviç yemək üçün, günorta şirniyyatla bir yerdə dadlı bir kofe, yaxud da axşam dostlarla bir yerdə nəsə içmək üçün oraya gedə bilirlər. Kofe çox da bahalı deyil və adətən barmenə sifariş verməzdən əvvəl kassada ödəniş etmək lazımdır, yəni kassaya sifariş vermək və ya qəbz almaq üçün getməliyik.
Əyalətlərdəki barlar çox rahat və qonaqpərvərdirlər, bundan əlavə hər yaşa mənsub insan üçün bir məkandırlar: orada həm də qəzet oxuya, siyasət və idman haqqında müzakirələr edə və kart oynaya bilərlər.
Hava yaxşı olanda meydandakı barlara gedib masa arxasında əyləşmək, və ya sadəcə səkidə günəşdən zövq alaraq gəzmək, qəzet oxumaq, bir fincan kofe içərək dostlarla söhbətləşmək daha xoşagəlimdir. Məsələn, Venesiyada San Marko meydanındakı əfsanəvi "Florian" barı ən məşhur barlardandır.
Eləcə də meydan bir görüş yeridir, danışa, zarafatlaşa, gəzə , dondurma yeyə biləcəyiniz bir məkandır. Səciyyəvi nümunələr: Romada Spanya və Navona meydanları və Milanda Duomo meydanıdır.

Отправлено через Topic'it

Aytaj Zamanova

Сообщения : 2
Дата регистрации : 2018-11-20

Посмотреть профиль

Вернуться к началу Перейти вниз

Re: İXTİSASA GİRİŞ 2018-2019

Сообщение автор Nadir Latifov в Вт Ноя 27, 2018 8:22 pm

İtalyanlar və bar


Çox İtalyanlar üçün barda olmaq gündəlik programlarının bir parçasıdır. Onlar kapuçino və krosanla səhər yeməyi yemək, nahar vaxtında bir sendviç yemek, günorta isə şirniyyatla dadlı bir kofe içmək üçün gedirlər və ya axşam dostlarla bir yerdə nəsə içmək üçündə ola bilər.Kofe çox bahalı deyil adətən barmenə sifariş etmədən əvvəl kassaya ödəniş etmək lazımdır, yəni kassaya sifariş və qəbz almaq üçün getmək lazımdır.
Xoş və qonaqpərvərdi əyalətlərdəki barlar və hər yaşdan insanlar gələ bilər , orada qəzet oxuya bilərlər ,siyasət və idman haqqında müzakirələr edə və kart oynaya bilərlər.
Hava yaxşı olanda barlara getmək və ya sadəcə səkidə oturub günəşdən zövq almaq, bir fincan kofe ilə dostlarla söhbətləşmək daha yaxşıdır. Məsələn, San Marko meydanında Venesiyada məşhur olan barlardan Florian əfsanəsi adlanır.
Meydanlar həmdə görüş yeridir orada danışa, zarafatlaşa, gəzə və dondurma yeyə bilərsiniz. Nümunələr: Romada Spanya  və Novano meydanı və Milanda Duomo meydanıdır.

Nadir Latifov

Сообщения : 1
Дата регистрации : 2018-11-21

Посмотреть профиль

Вернуться к началу Перейти вниз

Re: İXTİSASA GİRİŞ 2018-2019

Сообщение автор Emil107 в Вт Ноя 27, 2018 9:06 pm

İtalyanlar və bar

Bir çox italyanlar üçün barda az bir vaxt keçirmək günlük proqramlarının bir parçasıdır. Onlar kapuçino və krovasan ilə səhər yeməyi yeymək, nahar yeməyində bir sendviç yemək və ya dadlı şirniyyat ilə kofe içmək və axşam dostlar ilə birlikdə nəsə içmək üçün gedə bilərlər. Kofe çox bahalı deyil adətən barmenə sifariş etməzdən öncə kassaya ödəniş etmək, yəni kassaya sifariş vermək və qəbz almaq üçün getmək lazımdır. Əyalətlərdəki barlar xoş və qonaqpərvərdir və bura hər yaşdan insanlar gələ bilər, orada qəzet oxuya, siyasət və idman haqqında müzakirələr eliyə və kart oynaya bilərlər.
Hava yaxşı olanda barlara getmək və ya sadəcə səkidə oturub günəşdən zövq almaq, bir fincan kofe ilə dostlarla söhbət etmək daha yaxşıdır. Məsələn, San Marko meydanında Venesiyada məhşur olan barlar Florian əfsanəsi kimidir. Meydanlar həmdə görüş yeridir orada danışa, zarafatlaşa, gəzə və dondurma yeyə bilərsiniz. Nümunələr: Romada Spanya və Novano meydanı və Milanda Duomo meydanı.


Последний раз редактировалось: Emil107 (Вт Ноя 27, 2018 9:59 pm), всего редактировалось 1 раз(а)

Emil107

Сообщения : 1
Дата регистрации : 2018-11-21

Посмотреть профиль

Вернуться к началу Перейти вниз

Re: İXTİSASA GİRİŞ 2018-2019

Сообщение автор sevinc416 в Вт Ноя 27, 2018 9:07 pm

İtalyanlar ve bar
Bir çox italyan üçün barda qısa bir fasilə belə günlük proqramlarının bir hissəsidir.Onlar səhərləri kappuçino və kornetto ilə səhər yeməyi yeməyə,günorta bir sandviç yemək üçün,günortadan sonra şirniyyatla dadlı bir kofe ya da axşam dostları ilə nəsə içmək üçün gedə bilərlər.Kofe çox bahalı deyil və adətən sifariş etməzdən əvvəl dəzgahın arxasındakı barmenə ödəniş etmeliyik,yəni qəbz almaq üçün kassaya getməliyik.
Yerli barlar daha qonaqpərvərdir,daha çox hər yaşda insan üçün tez-tez gedilən yerdir:onlar həmçinin qəzet oxuya,siyasət və idmani müzakirə edə və kart oynaya bilərlər.
Hava xoş olanda bara getmək və meydandakı stollarda oturmaq ya da sadəcə səkidə günəşdən zövq almaq,qəzet oxumaq,bir fincan kofe ile dostunuzla söhbət etmek daha xoşagələndir.Məsələn,əfsanəvi Florian kimi Venesiyadakı San Marco meydanının barları məşhurdur.
Hamçinin meydan bir görüş yeridir,danışa,zarafatlaşa,gəzə,dondurma yeyə biləcəyiniz bir məkandir.Tipik nümunələr:Romada Spanya meydanı və Navona meydanı,Milanda Duomo meydanıdır.

Отправлено через Topic'it

sevinc416

Сообщения : 2
Дата регистрации : 2018-11-19

Посмотреть профиль

Вернуться к началу Перейти вниз

Re: İXTİSASA GİRİŞ 2018-2019

Сообщение автор Irade Ibrahim в Вт Ноя 27, 2018 9:47 pm

İtalyanlar ve bar
İtalyanların çoxu üçün bir fasilə, o cümlədən, barda nəsə içmək gündəlik proqramlarının bir hissəsidir. Oraya səhərlər kapuçino ve kruassan ilə səhər yeməyi yemək üçün, daha sonra günorta yeməyi üçün bir sendviç yemək, günorta şirniyyat ilə yaxşı bir kofe içmək, ya da axşam dostlarla nəsə içmək üçün gedirlər. Kofe çox baha deyil, adətən, masanın qarşısında barmenə nəsə sifariş etməzdən öncə pulu ödəməliyik, yəni ödəmək üçün "kassaya getməliyik" , ya da qəbz götürməliyik.
Vilayət barları daha mehriban və qonaqpərvərdir, istənilən yaş qrupu üçün görüş yeridir: orada, həmçinin, qəzet oxuya, siyasət və ya idman haqqında müzakirə edə və kart oynaya bilərlər.
Hava yaxşı olanda bara getmək və meydandakı masalarda əyləşmək və ya sadəcə səkidə oturub günəşdən zövq almaq, qəzet oxumaq, bir fincan kofe içərək dostunla söhbət etmək daha xoşdur. Məşhurlar, misal üçün, Venesiyada San Marko meydanındakı, Əfsanəvi Florian kimi barlardır.
Meydanın özü görüş yeridir, danışa bildiyin, zarafatlaşa, gəzə bildiyin, dondurma yeyə bildiyin bir yerdir. Səciyyəvi nümunələr: Romadaki İspan meydanı ve Novana meydanı və Milandakı Duomo meydanıdır.

Отправлено через Topic'it
avatar
Irade Ibrahim

Сообщения : 3
Дата регистрации : 2018-11-21

Посмотреть профиль

Вернуться к началу Перейти вниз

Re: İXTİSASA GİRİŞ 2018-2019

Сообщение автор Yusif в Вт Ноя 27, 2018 10:17 pm

İtalyanlar barda.
İtalyanların çoxu üçün fasilə, barda nəsə içmək, gündəlik proqramlarının bir hissəsidir. Onlar səhərlər kapuçino və xurasan ilə səhər yeməyi üçün, sonra günorta şirniyyat ilə kofe içmək, ya da axşam dostlarla nəsə içmək üçün oraya gedirlər. Qəhvə çox baha deyil, adətən, masa arxasındakı barmenə sifariş verməzdən əvvəl pulu ödəməliyik, yəni, qəbz götürmək üçün kassaya getməliyik. Vilayət barları daha mehriban və qonaqpərvərdir, ora istənilən yaş qrupu üçün görüş yeridir:Orada qəzet oxuya, siyasət və idman haqqında müzakirə edə və ya kart oynaya bilərlər.
Hava yaxşı olduqda bara getmək və meydandakı masalarda əyləşmək və ya sadəcə səkidə oturub günəşdən zövq almaq, qəzet oxumaq, bir fincan qəhvə ilə dostunla söhbət etmək daha da xoşdur. Məşhurlar, məsələn Venesiyada San Marko meydanındakı əfsanəvi Florian kimi barlardır. Meydan danışa, zarafatlaşa, gəzə və dondurma yeyə biləcəyimiz bir görüş nöqtəsidir. Tipik nümunələr:Romadakı İspan meydanı və Novana meydanı, Milandakı kilsə meydanıdır.

Отправлено через Topic'it
avatar
Yusif

Сообщения : 2
Дата регистрации : 2018-11-06

Посмотреть профиль

Вернуться к началу Перейти вниз

Re: İXTİSASA GİRİŞ 2018-2019

Сообщение автор Abdullayeva Fatma в Вт Ноя 27, 2018 10:20 pm

İtalyanlar və bar
İtalyanların çoxu üçün barda qısa bir fasilə günlük proqramlarının bir hissəsidir.Ora səhərlər kappuçino və kornetto ile sehər yeməyi yeməyə, naharda bir sendviç üçün, günorta şirniyyatla bərabər yaxşı bir kofe və ya axşam dostları ilə nəsə içməyə gedə bilərlər.Kofe elə də baha deyil və adətən masanın arxasındakı barmenə sifariş etmezdən əvvəl ödəniş etmək lazımdır, yəni kassaya sifariş vermək və ya qəbz almaq üçün getməliyik.
Əyalət barları daha rahat və qonağpərdilər, bundan başqa hər yaşda olan şəxslər üçün bir görüş yeridi: orada həmçinin qəzet oxuya, siyasət və idman haqqında müzakirə edə və kart oynaya bilərlər.
Hava gözəl olanda bara getmək və meydandakı masalarda və ya sadəcə günəşdən zövq almaq üçün səkidə oturmaq, qəzet oxumaq,qarşında bir fincan kofe dostlarınla söhbət etmək daha xoşdur. Məsələn, əfsanəvi Florian kimi Venesiyada San Marco meydanındakı barlar məşhurdu.
Meydanın özü bir görüş yeridi,danışa, zarafatlaşa,gəzə, dondurma yeyə biləcəyiniz məkandır. Tipik nümunələr:Romada Spanya və Navona meydanı və Milanın Duomo meydanı

Отправлено через Topic'it

Abdullayeva Fatma

Сообщения : 2
Дата регистрации : 2018-10-30

Посмотреть профиль

Вернуться к началу Перейти вниз

Re: İXTİSASA GİRİŞ 2018-2019

Сообщение автор Qasımova Zəhra в Вт Ноя 27, 2018 11:51 pm

İtalyanlar və bar.
İtalyanların çoxu üçün barda qısa bir fasilə onların gündəlik proqramlarının bir hissəsini təşkil edir.Ora səhər bir kapuçino və kruvasan ilə səhər yeməyi etmək,bir sendviç elə nahar yeməyi etmək,günorta yaxşı bir kofe ilə şirniyyat üçün yaxud axşam dostlarla bir şey içmək üçün gedə bilərlər.Kofe helə də baha deyil və adətən baristaya sifariş etməzdən əvvəl masada ödəniş etməliyik,yəni" çəkmək" yaxud"hesab etmək"üçün kassaya getməliyik.Vilayət barları daha rahat və qonaqpərvərdir və başqa hər yaşda şəxslər üçün görüş yeridir.Orada həmçinin qəzet oxuya,siyasət və idman haqqında müzakirə edə,kart oynaya bilərlər.Hava yaxşı olanda bara getmək,mərkəzdə stollarda oturmaq və ya sadəcə günəşdən həzz almaq üçün səkidə gəzmək,qəzet oxumaq,qarşında bir kofe fincanı bir dostunla söhbət etmək daha xoşagəlimlidir.Venesiyada əfsanəvi Florian kimi San Marko meydanının barları məşhur nümunələrdəndir.Meydan məhz danışmaq,zarafat etmək,gəzmək,donduma yemək üçün bir görüş yeridir.Səciyyəvi nümunələr:Romada Navona və İspanya meydanları və Milanda Duomo meydanı.

Отправлено через Topic'it


Последний раз редактировалось: Qasımova Zəhra (Вс Дек 09, 2018 8:17 pm), всего редактировалось 2 раз(а)

Qasımova Zəhra

Сообщения : 2
Дата регистрации : 2018-11-27

Посмотреть профиль

Вернуться к началу Перейти вниз

İtalyanlar və bar

Сообщение автор nergiz.verdiyeva в Ср Ноя 28, 2018 12:04 am

İtalyanlar və bar
Bir çox italyanlar üçün qısa fasilədə barda olmaq , onların günlük proqramının bir hissəsidir.Ora səhərlər kappuçino və kornetto ile sehər yeməyi yeməyə, naharda bir sendviç üçün, günorta şirniyyatla bərabər yaxşı bir kofe və ya axşam dostları ilə nəsə içməyə gedə bilərlər.Kofe elə də baha deyil və adətən masanın arxasındakı barmenə sifariş etmezdən əvvəl ödəniş etmək lazımdır, yəni kassaya sifariş vermək və ya qəbz almaq üçün getməliyik.
Əyalət barları daha rahat və qonağpərdilər, bundan başqa hər yaşda olan şəxslər üçün bir görüş yeridi: orada həmçinin qəzet oxuya, siyasət və idman haqqında müzakirə edə və kart oynaya bilərlər.
Hava gözəl olanda bara getmək və meydandakı masalarda və ya sadəcə günəşdən zövq almaq üçün səkidə oturmaq, qəzet oxumaq,qarşında bir fincan kofe dostlarınla söhbət etmək daha xoşdur. Məsələn, əfsanəvi Florian kimi Venesiyada San Marco meydanındakı barlar məşhurdu.
Meydanın özü bir görüş yeridi,danışa, zarafatlaşa,gəzə, dondurma yeyə biləcəyiniz məkandır. Tipik nümunələr:Romada Spanya və Navona meydanı və Milanın Duomo meydanı

nergiz.verdiyeva

Сообщения : 1
Дата регистрации : 2018-11-27

Посмотреть профиль

Вернуться к началу Перейти вниз

Re: İXTİSASA GİRİŞ 2018-2019

Сообщение автор Namiq0 в Ср Ноя 28, 2018 1:30 pm

İtalyanların çoxu üçün fasilə, barda nəsə içmək, gündəlik proqramlarının bir hissəsidir. Onlar səhərlər kapuçino və xurasan ilə səhər yeməyi üçün, sonra günorta şirniyyat ilə kofe içmək, ya da axşam dostlarla nəsə içmək üçün oraya gedirlər. Qəhvə çox baha deyil, adətən, masa arxasındakı barmenə sifariş verməzdən əvvəl pulu ödəməliyik, yəni, qəbz götürmək üçün kassaya getməliyik. Vilayət barları daha mehriban və qonaqpərvərdir, ora istənilən yaş qrupu üçün görüş yeridir:Orada qəzet oxuya, siyasət və idman haqqında müzakirə edə və ya kart oynaya bilərlər.
Hava yaxşı olduqda bara getmək və meydandakı masalarda əyləşmək və ya sadəcə səkidə oturub günəşdən zövq almaq, qəzet oxumaq, bir fincan qəhvə ilə dostunla söhbət etmək daha da xoşdur. Məşhurlar, məsələn Venesiyada San Marko meydanındakı əfsanəvi Florian kimi barlardır. Meydan danışa, zarafatlaşa, gəzə və dondurma yeyə biləcəyimiz bir görüş nöqtəsidir. Tipik nümunələr:Romadakı İspan meydanı və Novana meydanı, Milandakı kilsə meydanıdır.
avatar
Namiq0

Сообщения : 3
Дата регистрации : 2018-11-21

Посмотреть профиль

Вернуться к началу Перейти вниз

Re: İXTİSASA GİRİŞ 2018-2019

Сообщение автор ismayilova nermin в Пн Дек 03, 2018 8:36 pm

Dove Abiti (Harada yaşayırsan)?
Canni:Salam,Karla,necəsən?
Karla:Oh,salam,Canni. Yaxşıyam,təşəkkür,bəs sən?
Canni:Yaxşıyam.Qulaq as,şənbə axşamı evimdə balaca bir şənlik edirəm.Gəlirsən?
Karla:Şənbə axşamı...Hə,əlbəttə! ...Sadəcə,harada yaşadığını bilmirəm.
Canni:Cotto küçəsində,44.
Karla:...Cotto küçəsi... Haradadır,mərkəzdə?
Canni:Yox,şəhər ətrafındadır,stadiona yaxın.Əgər avtobusla gəlsən,60 nömrəyə min.
Karla:Ah,60.Bəs evdir,yoxsa mənzil?
Canni:5-ci mərtəbədə bir mənzil.
Karla:Ümid edirəm,liftlidir!Bəs necədir?
Canni:Böyük balkon ilə rahat və işıqlıdır.
Karla:Beləliklə,şanslısan. Mənim mənzilim balacadır: yataq otağı,mətbəx və hamam. Və 400 avro kirayə ödəmək.Sən çox ödəyirsən?
Canni:Aya 650 avro,amma buna dəyər. Bax,yeni və müasir mənzildir.

ismayilova nermin

Сообщения : 2
Дата регистрации : 2018-12-03

Посмотреть профиль

Вернуться к началу Перейти вниз

Re: İXTİSASA GİRİŞ 2018-2019

Сообщение автор Спонсируемый контент


Спонсируемый контент


Вернуться к началу Перейти вниз

Страница 1 из 2 1, 2  Следующий

Вернуться к началу

- Похожие темы

 
Права доступа к этому форуму:
Вы не можете отвечать на сообщения