ADU, LEZIONE DI TRADUZIONE
Вы хотите отреагировать на этот пост ? Создайте аккаунт всего в несколько кликов или войдите на форум.

DOCUMENTAZIONE E TERMINOLOGIA/ TERMİNOLOGİYA VƏ SƏNƏDLƏŞDİRMƏ

Перейти вниз

DOCUMENTAZIONE E TERMINOLOGIA/ TERMİNOLOGİYA VƏ SƏNƏDLƏŞDİRMƏ Empty DOCUMENTAZIONE E TERMINOLOGIA/ TERMİNOLOGİYA VƏ SƏNƏDLƏŞDİRMƏ

Сообщение автор Dilshad Panahova Пн Ноя 19, 2018 4:22 pm

HELlMUT RIEDIGER

http://www.term-minator.it/corso/doc/mod3_termino_glossa.pdf
Dilshad Panahova
Dilshad Panahova
Admin

Сообщения : 70
Дата регистрации : 2017-10-07

https://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

DOCUMENTAZIONE E TERMINOLOGIA/ TERMİNOLOGİYA VƏ SƏNƏDLƏŞDİRMƏ Empty Re: DOCUMENTAZIONE E TERMINOLOGIA/ TERMİNOLOGİYA VƏ SƏNƏDLƏŞDİRMƏ

Сообщение автор Dilshad Panahova Пн Ноя 19, 2018 4:26 pm

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ YANINDA TERMİNOLOGİYA KOMİSSİYASI
http://www.terminologiya.az/
VOCABOLARIO:
COMMISSIONE - gruppo di persone a cui è affidato un incarico da svolgere collegialmente: istituire, eleggere, sciogliere, nominare una commissione, essere membro, far parte di una commissione
Dilshad Panahova
Dilshad Panahova
Admin

Сообщения : 70
Дата регистрации : 2017-10-07

https://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

DOCUMENTAZIONE E TERMINOLOGIA/ TERMİNOLOGİYA VƏ SƏNƏDLƏŞDİRMƏ Empty Re: DOCUMENTAZIONE E TERMINOLOGIA/ TERMİNOLOGİYA VƏ SƏNƏDLƏŞDİRMƏ

Сообщение автор Dilshad Panahova Пн Ноя 19, 2018 4:27 pm


TERMİNOLOGİYA KOMİSSİYASININ QƏRARI İLƏ NƏŞR OLUNAN LÜĞƏTLƏR

http://terminologiya.az/az/content/42
Dilshad Panahova
Dilshad Panahova
Admin

Сообщения : 70
Дата регистрации : 2017-10-07

https://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

DOCUMENTAZIONE E TERMINOLOGIA/ TERMİNOLOGİYA VƏ SƏNƏDLƏŞDİRMƏ Empty Re: DOCUMENTAZIONE E TERMINOLOGIA/ TERMİNOLOGİYA VƏ SƏNƏDLƏŞDİRMƏ

Сообщение автор Dilshad Panahova Пн Ноя 19, 2018 4:40 pm

Link Utili

http://economics.com.az/index.php/kitabxana/bizim-s-rl-r/meqaleler/item/478-azaerbaydzan-dilindae-izhtisadi-termin-yarad-dz-l-zhh-n-n-vadzib-prinsiplaeri.html
http://anl.az/down/meqale/palitra/2011/aprel/243377.htm
http://anl.az/el/q/qx_miadtyei.pdf
http://www.azerbaijan-news.az/index.php?mod=3&id=31234
http://xalqqazeti.com/az/news/news/70008
http://www.xalqqazeti.com/az/news/economy/68608

http://www.dilcilik.az/terminoloji-lugetler.htm
http://old.525.az/view.php?lang=az&menu=29&id=34419&type=1#gsc.tab=0
http://nizamimuseum.az/az/news/1253
http://www.dilcilik.az/sozlukler.htm
https://www.terminologiya.org/3.htm
http://www.elibrary.az/docs/JURNAL/jrn2011_194.pdf
http://rabitadunyasi.info.az/News/?newsID=743&lang=az
https://azertag.az/xeber/Milli_Terminoloji_Informasiya_Sisteminin_konsepsiyasinin_ve_veb_portalinin_teqdimati-1013607
http://www.anl.az/down/meqale/elm/2012/avqust/281891.htm
http://www.anl.az/el/Kitab/2014/Azf-277881.pdf
http://muhaz.org/terminologiya-meseleleri-2.html?page=13
Dilshad Panahova
Dilshad Panahova
Admin

Сообщения : 70
Дата регистрации : 2017-10-07

https://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

DOCUMENTAZIONE E TERMINOLOGIA/ TERMİNOLOGİYA VƏ SƏNƏDLƏŞDİRMƏ Empty Re: DOCUMENTAZIONE E TERMINOLOGIA/ TERMİNOLOGİYA VƏ SƏNƏDLƏŞDİRMƏ

Сообщение автор Dilshad Panahova Пн Ноя 19, 2018 4:44 pm

Ana dilinə dövlət qayğısı



2000-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə AMEA Rəyasət Heyətinin yanında Terminologiya Komissiyası fəaliyyət göstərir.

Azərbaycan dilinin dövlət dili statusu alması, yeni təhsil sisteminin yaradılması prosesində Terminologiya Komissiyasının vəzifələri daha da artmışdır. İndiyədək Terminologiya Komissiyasında aşağıdakı istiqamətdə işlər aparılır: elm və texnikanın, iqtisadiyyat və mədəniyyətin ayrı-ayrı sahələri üzrə terminoloji lüğətlərin hazırlanması və nəşri; terminlərin dövri mətbuatda, televiziya və radioda, orta və ali məktəblərin dərsliklərində, idarə və müəssisələrin kargüzarlıq işlərində düzgün tətbiqinə nəzarət; terminologiyanın dilçilik problemlərinin işlənilməsi.

Elmi-texniki tərəqqi, ictimai-siyasi həyatın inkişafı terminoloji sistemlərin fasiləsiz olaraq dəyişməsinə və inkişafına təsir göstərir. Ona görə də terminologiyada baş verən dəyişiklikləri diqqətlə izləmək və terminologiyanın inkişafını həmişə düzgün istiqamətləndirmək zəruridir.

Azərbaycan dilində müxtəlif elm sahələrinə aid terminoloji baza dilin öz daxili imkanlarından əlavə rus və Avropa dillərindən alınmış beynəlxalq terminlər əsasında formalaşmışdır. Bu müəyyən mənada müstəqil türk dilli dövlətlərin ortaq elmi terminologiyaya malikliyini şərtləndirir. Belə ki, türk dilləri üçün ortaq terminoloji bazanın yaradılması bu gün üçün aktual olan bir məsələdir. Dilimizdə müxtəlif dillərdən alınan beynəlxalq terminlərin sayı gündən-günə artır. Ortaq terminoloji bazanın yaradılmasını da bu cəhət zəruriləşdirir. Belə ki, təyin edilmiş dillərin hər birinin müxtəlif sahələrə aid terminləri seçilməlidir. Anlayışı dəqiq ifadə edən termin ortaq türk dilləri üçün qəbul olunmalıdır. Belə bir məsələnin həlli terminologiyanın standartlaşdırılması üçün şərait yaradır. Bu prosesi həyata keçirmək standartlaşma üçün tələb olunan normaları müəyyənləşdirmək vacibdir. Yaranan terminlər dilin qrammatik qayda-qanunlarına uyğun olmaqla bərabər anlayışı da məntiqi cəhətdən düzgün təyin etməlidir. Bu məsələnin həlli həm vahid beynəlxalq terminologiyanın yaradılmasına şərait yaradır, həm də elmlərin inkişafına təkan verir. Elmlərin inteqrasiyası, elmi biliklərin müxtəlif istiqamətdə inkişafı, elmi təcrübələrin, informasiyaların asanlıqla yayılması, başa düşülməsi üçün vahid terminoloji bazaya üstünlük verilməlidir. Terminoloji fondun yaradılması üçün müxtəlif sahələrə aid terminoloji lüğətlərin tərtibi vacibdir. Terminologiyanın təkmilləşdirilməsi yollarından ən səmərəli yol müxtəlif sahələr üzrə çoxdilli, izahlı terminoloji lüğətlərin tərtib olunmasıdır.

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin yanında Terminologiya Komissiyasında son illərdə terminologiyanı inkişaf etdirmək və təkmilləşdirmək məqsədilə bu illər ərzində elmin, mədəniyyətin, ictimai-siyasi həyatın bütün sahələri ilə bağlı baş verən dəyişikliklər nəzərə alınaraq mühüm istiqamətlər müəyyənləşdirilmişdir. Bu müddət ərzində elmin demək olar ki, bütün sahələrinə aid 70-ə yaxın terminoloji lüğət nəşr olunmuşdur. Onların arasında həcmcə çox böyük izahlı, iki və üçdilli lüğətlər diqqəti cəlb edir. Müxtəlif elm sahələrinə aid terminoloji lüğətlərin elektron variantlarının virtual məkanda yerləşdirilməsi, Azərbaycan dilinin terminoloji arealının müasir metodlarla zənginləşməsini zəruri edir. Bu nəzərə alınaraq AMEA Rəyasət Heyətinin qərarı ilə Terminologiya Komissiyasının veb portalı yaradılmışdır. Azərbaycan terminologiyası veb portalının yaradılmasında əsas məqsəd dilimizdə olan mövcud terminoloji lüğətləri ilk dəfə olaraq vahid mərkəzə toplamaq, elmin, texnikanın müxtəlif sahələrində çalışanlara terminlərin izahını və müxtəlif dillərdə qarşılığını asanlıqla əldə etməyə yardımçı olmaq, həmçinin termin yaradıcılığına cəmiyyətin müxtəlif təbəqələrini o, cümlədən xaricdə yaşayan soydaşlarımızı cəlb etməkdir.

Terminologiya Komissiyasının fəaliyyətinin mühüm bir sahəsini terminlərin kütləvi informasiya vasitələrində, nəşriyyatlarda, idarə və müəssisələrdə, məktəblərdə düzgün tətbiqinə nəzarət təşkil etmişdir.

Elmi-texniki tərəqqi, ictimai-siyasi həyatın inkişafı terminoloji sistemlərin fasiləsiz olaraq dəyişməsinə və inkişafına təsir göstərir. Ona görə də terminologiyada baş verən dəyişiklikləri diqqətlə izləmək və terminologiyanın inkişafını həmişə düzgün istiqamətləndirmək zəruridir.

Azərbaycan Respublikasının prezidenti cənab İ.Əliyevin ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmış Sərəncamı da məhz bu nəcib işə xidmət edir. 90 illik ənənəyə malik olan, dilimizin saflığı, təmizliyi ,elmi dilimizin inkişafı istiqamətində fəaliyyət göstərən Terminologiya Komissiyasına yeni status verilmiş, onun funksiyaları daha da genişləndirilmiş, respublika daxilində termin yaradıcıılığı prosesinin müəyyənləşdirilməsi vacib bir problem kimi önə cəkilmişdir.

Son zamanlar ölkəmizin iqtisadi-siyasi həyatında, ictimai fikrində baş verən proseslər, yeniliklər dilin lüğət tərkibində dəyişmələrə səbəb olmuşdur. Belə ki,əvvəllər ölkəmizdə terminoloji mühiti dövlət və ictimaiyyət tərəfindən nəzarətdə saxlmaq mümkün idi. Çünki həmin vaxtlar xarici dillərdən tərcümə olunan materialların həcmi böyük deyildi, tərcümə prosesinə ciddi nəzarət olunurdu və ölkə daxilində çap materialları, xüsusi ilə dərslik və dərs vəsaitləri, müxtəlif səviyyəli ekspertiza mərhələlərindən keçirdi. Digər tərəfdən, TV- lərdə,radiolarda və digər kütləvi informasiya vasitələrində verilən materiallar digər tələblərlə yanaşı, terminoloji tələblərə cavab verməli idi. Ancaq son zamanlar dünyaya sürətlə açılan ölkəmizdə xarici KİV- lərin fəaliyyətinin genişlənməsi, internetin cəmiyyətin bütün həyatına nüfuz etməsi,insanların müxtəlif bilik sahələrinə aid məlumatları xarici dillərdən birbaşa qəbul etməsinin sürətlənməsi nəticəsində ölkədə terminoloji mühiti nəzarətdə saxlamaq çətinləşmişdir. Belə şəraitdə dilin terminoloji bazasının yad təsirlərdən qorunması, inkişaf etdirilməsi, bütün dünyaya yayılmış azərbaycanlıların müraciət etmək imkanı olan on-layn resurs bazasının yaradılması və bütövlükdə yeni terminlərin yaradılması prosesində virtual məkanın imkanlarından istifadə edilməsi,o cümlədən, interaktiv forumlar vasitəsi ilə bu prosesə geniş ictimaiyyətin cəlb edilməsi mühüm vəzifələrdən hesab edilir.Müasir şəraitdə Terminologiya Komissiyasının fəaliyyəti məhz belə tələblər nəzərə alınmaqla qurulmalıdır. Dilimizin lüğət tərkibində özünü göstərən dəyişmələr cəmiyyətin müxtəlif inkişaf dövrlərində özünəməxsus xüsusiyyətləri ilə fərqlənmişdir. Başlıca problemlərdən biri ictimai-siyasi həyatı, situasiyaları bir sözlə ölkə daxilində baş verən prosesləri özündə əks etdirən söz və terminlərin yaradılmasıdır. Belə terminoloji vahidlərin yaranması zamanın tələbidir.

Dünya sivilizasiyasının, ictimai həyatın əksi olan terminoloji lüğətlərin tərkibi müxtəlif elm sahələrini birləşdirdiyi kimi, ayrı-ayrı dillərin fonetik, leksik, qrammatik xüsusiyyətlərini də özündə birləşdirir. Ona görə də belə alınma və beynəlmiləl termin axını dilə daxil olan alınmaların tənzimlənməsi, dilimizin tələblərinə uyğunlaşdırılması kimi aktual problemləri meydana çıxarır.

Beynəlxalq əlaqələrin inkişafı, dünya elminə inteqrasiya terminologiyanın zənginləşməsinə səbəb olur. Müxtəlif elm sahələri üzrə kəşflər, ixtiralar və yeniliklər termin və anlayışlarda ifadə olunur. Tarixi-mədəni əlaqələr və dövlətlərarası münasibətlərlə, elmi-texniki tərəqqi və elmi bilik sahələrinin inkişafı ilə bağlı Azərbaycan dili leksikasında terminlərin xüsusi çəkisinin artması dillərarası əlaqələrin də genişlənməsinin təzahürüdür.

Bu baxımdan sərəncam ictimai-mənəvi həyatımızın bütün sahələrində Azərbaycan dilinin tam tətbiqinə rəvac verir və əslində müstəqilliyimizin mühüm rəmzi kimi milli mənliyimizi bəyan etdiyi qədər də siyasi iradəmizi təsdiq edir. Bu sərəncamın bütün istiqamətlərdə gerçəkləşdirilməsi vətəndaşlıq borcumuzu tamamlayan elə bir sınaqdır ki, bizi dilimizi daim öyrənməyə, qorumağa, əməli fəaliyyətimizdə tətbiq etməyə çağırır. Heç şübhəsiz, Azərbaycan mədəniyyəti, elmi inkişaf etdikcə, Azərbaycan dövləti möhkəmləndikcə Azərbaycan dili daha da zənginləşir, daha müasir, daha qlobal, analitik düşüncənin dilinə çevrilir. Azərbaycan dilinin tətbiqi işinin təkmilləşməsi, dövlət dili haqqında qanunun qəbul edilməsi elmin, texnikanın, mədəniyyətin gələcəkdə inkişafına öz müsbət təsirini göstərəcəkdir. "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" haqqında sərəncamın tətbiq edilməsi dilimizin inkişafı və tərəqqisi yolunda mühüm mərhələ kimi qiymətləndirilməlidir. Çünki dünya azərbaycanlılarının ümumi ünsiyyət vasitəsi, Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin lokal tarixi və müasir nüfuzunun qorunub saxlanması milli-ictimai ehtiyac, mənəvi-mədəni borcumuzdur.



Sayalı SADIQOVA,

AMEA Rəyasət Heyəti yanında Terminologiya

Komissiyasının sədr müavini, professor



Elm.- 2012.- 30 avqust.- S.9.
Dilshad Panahova
Dilshad Panahova
Admin

Сообщения : 70
Дата регистрации : 2017-10-07

https://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

DOCUMENTAZIONE E TERMINOLOGIA/ TERMİNOLOGİYA VƏ SƏNƏDLƏŞDİRMƏ Empty Re: DOCUMENTAZIONE E TERMINOLOGIA/ TERMİNOLOGİYA VƏ SƏNƏDLƏŞDİRMƏ

Сообщение автор Dilshad Panahova Пн Ноя 19, 2018 4:50 pm

Dilin terminoloji sisteminin formalaşması qanu­nauy­ğun­luqları, termin­­yarat­ma­nın forma və üsulları, mənbələri haqqında nəzəri ümumi­ləş­­dirmə xüsusi terminologiya üçün ümumi - nəzəri əsasları müəy­yən­ləş­di­rir. Məhz bununla da ayrı-ayrı dillərin terminoloji sistemində, eləcə də sa­hə ter­minologiya­la­rın­da baş verən müxtəlif proses və hadisələrin nəzəri şə­kil­də öyrənilməsi ən aktual problem­lər­dən­dir. Çün­ki terminlər adlan­dır­dığı anlayışlarla bağlı olduğu kimi, an­la­yışlar da təfəkkürlə, cəmiy­yə­tin inkişaf xüsusiyyətləri ilə bağlıdır. Ona görə də terminologiya, onun nə­zəri və praktik problemləri oxşar dil hadisələri olmaqla cəmiyyətin inki­şaf tempi ilə sıx şəkildə əlaqədardır. Bu baxımdan termin və termi­no­lo­­giya problemi ümumi dilçilik nəzəriy­yə­sinə da­xildir. Terminologiya ilə bağlı problemlər dilçiliyi müx­təlif elm sahələrinə yaxınlaşdırır. Təsadüfi deyil ki, istənilən el­min tarixi sahə ilə bağlı anlayış və terminlərin inkişaf tari­­xini də özündə ehtiva edir. Bu baxım­dan professor S.A.Sadıqovanın “Azər­baycan dili terminologi­ya­sı­nın standartlaşdırma formaları” monoq­ra­fiyasında qoyulan problemlər öz aktuallığı ilə diqqəti cəlb edir. Mo­noq­­rafiyada Azərbaycan dilində terminologiyanın aktual prob­­­lemləri - tək­milləşmə və zənginləş­­mə yolları, ter­mi­noloji sis­tem­in inkişaf isti­qa­mət­lərinin məntiqi-linqvistik əsasları tədqiq edil­miş, terminologiyanın unifikasiya və standartlaş­dırma formaları­nın nəzəri və praktikası ilə bağlı mə­sə­lələr linq­vistik təhlilə cəlb olun­muşdur. Monoqrafiya dörd fəsildən iba­rət­dir. Birinci fəsildə termin yaradıcılığının spesifikası, dillərin qar­şı­lıq­lı əlaqədə inkişafı, termin yaradı­cı­lığının mənbələri və alınmalar nəzəri as­pektdə araşdırılmışdır. İctimai-siyasi həyatda baş verən dəyişikliklər, öl­kə iq­ti­sadiy­yatında bazar münasi­bət­lərinin bərqərar olması, el­mi strate­gi­ya­nın inkişaf istiqamət­lə­ri­nin müxtəlifliyi, icti­mai-fəaliy­yə­tin geniş­lən­diril­məsi termino­lo­gi­ya­­nın inki­şa­fı­na tə­sir edir. S.A.Sadıqovanın qeyd et­di­yi kimi, tədqiqat və elmi axta­rışlardan əldə edilən nəticələr, çıxarılan qa­nun­lar, cəmiy­yətdə gedən pro­seslər anlayışlarda, terminlərdə öz əksini tapır. Elmi fikir­lərin bir-birindən ayrılması, fərqləndirilməsi nə qədər əhə­­miy­­­yətli­dirsə, onların ifadə formasından ibarət olan terminlər də elmi dilin qavranılma mən­bəyi­dir. Bu baxımdan elmlərin inkişa­fında anla­yış­la­rın təyin olunması vacibdir. An­­­layışın forma­laşması prosesində onun də­qiq təyin olun­ması əsas cəhət­lərdən biridir. Çünki termin anla­yışın daşı­yıcısıdır. Ona görə də elmi-texniki tərəqqi döv­ründə ter­minoloji iş hə­ya­ta keçi­rilərkən bu və ya digər terminin hansı məna kəsb etdiyini müəy­­yən etməyə ciddi diqqət yetiril­məlidir. Terminin məna kəsbi baxı­mın­dan düzgün seçilməsi bu terminə uyğun anla­yışın ən əsas əlamət­ləri­nin müəyyən olunmasında mü­hüm rol oynayır. Elm və tex­ni­kanın inki­şa­fı ilə əlaqədar müvafiq ter­min­lər yaranır, lakin həmin terminlərin mənası də­qiq, dürüst müəy­yən­ləş­dikcə onları yaradan elm və texnika sahəsinin özü də irəli­lə­yir. Termin­lə­rin formalaşmasını, inkişafını, zənginləşmə yol­­­­la­­­rını, yaran­ma üsullarını, onların nizama salınmasını, iş­lən­məsini müəy­­yən­ləşdirmək, nəzəri aspektdən təhlil etmək dilçiliyin əsas problem­lə­rin­­dən­dir. Çünki, terminologiya cəmiy­yətin inkişafı ilə bağlı olduğu üçün baş verən hər bir dəyişik­lik bu və ya digər şəkildə dilin leksik tərki­bin­də öz izləri­ni qoyur, burada müəyyən şəkildə öz əksini tapır. Sözdü­zəltmə vasitələrinin bütün arsenallarının terminolo­gi­yada isti­fadə olun­ma­sı ilə yanaşı, bu sahədə özünəməxsus termin yara­dı­cılığı üsulları da yara­nır. Bu üsul­ların müəyyən qis­mini bir sıra əlamətlər əsasında təyin et­mək olduğu halda, bir qis­minin ümumi şəkildə izahı çətinlik törədir və on­lar tədqiqatda istisna­lar şəklində qeydə alınır.
Monoqrafiyanın ikinci fəsli “Azərbaycan dilinin terminologi­ya­sın­da leksik paralellər” adlanır. Bu fəsildə terminologiyada paralelliyi yara­dan amillər müəyyənləşdirilərək yazılır: “Elmi-texniki termino­lo­giya elmin bu və ya digər sahə­lərində elmi prinsiplərə əsaslanmış, unifi­ka­­siyası ilə şərt­lənən, daimi və intensiv zənginləşməyə, dəyişməyə məruz qa­lan daha çevik leksik təbəqəni əks etdirir. Terminlərin dilə keçməsi vasi­təsilə yeni sözlər və söz birləşmələri yara­narkən bəzən dilin lüğət tərki­bində bir anlayış müxtəlif ter­minlərlə ifadə edilir və paralellər yara­nır”. Müəllif anla­yışın təyin edilməsi prosesində paralelliyi yaradan sə­bəb­ləri aşağıdakı kimi qruplaşdırır: terminlərin elmi dilin vahidləri ol­ması; onların mühüm bir hissəsinin milli xarakter daşı­ma­ması; termin­lə­rin yaran­masının bu və ya digər dildən asılı olmaması; anlayışın vacib xüsu­siyyət­lə­rinin nəzərə alın­­ma­­ması. Çünki elmin, texnikanın ayrı-ayrı sahə­ləri üzrə an­la­yışlar əksər hallarda bu və ya digər dildə yaranmaqla son­ra­lar çoxlu sayda müxtəlif dillərdə işlədilir. Beləliklə də, bu sahə üzrə müəy­yən qismi terminlər digər dil­lərdə alınma və ya kalka olunmuş söz kimi işlədilir və müəy­yən dəyi­şikliyə məruz qalır. Bu tipli terminlər dün­ya­nın bir çox dillərində olduğu kimi Azərbaycan dilində də müəyyən fik­rin, təfək­kürün ifadə forması kimi çıxış edir. Terminlərin bir qismi heç bir dəyişiklik edilmədən, eyni forma və məz­munda bir mənalı olaraq isti­fa­də olunur. Bu tipli ter­minlər çox vaxt beynəlmiləl səciyyə kəsb edir və ox­şar fone­tik qabıqda, eyni semantik məna yükü ilə müxtəlif dillərin ter­mi­no­loji sis­teminə daxil ola bilir. Pa­ralelliyin yaran­masına xas olan xüsu­siy­yətlərdən biri də termin və anlayış müna­sibətinin düzgün müəyyənləş­diril­mə­­mə­sidır. Qeyd etmək lazımdır ki, onlar bir-biri ilə sıx əlaqənin təzahür for­ma­sıdır. Monoqrafiyada bu problemlər sistemli şəkildə təhlil edilərək onların uni­fikasiya prosesi müəyyənləşdirilərək yazılır:



“Demək, anlayış ümumiləşdirilmiş formada predmet və məf­hum­la­rın meydana çıxan ümumi və spesifik əlamət­lə­rinin təyin edilməsi yolu ilə onlar arasındakı əlaqəni, mü­na­si­bət­ləri əks etdirən fikirdir. Pred­met və məfhumlar haq­qında an­layışların formalaşmasının insan üçün əsas yolu abstraktlaşdırma, ümumiləşdirmə, müqayisə və təyin et­mədir. Bu da termin və anlayışın əsas xüsusiyyətlərini əks etdirən mühüm amil­lər­dəndir. Anlayış insan beynində ətraf mühitin predmet və məfhumlarının bir­başa inikası nəti­cəsində meydana gələ bilər. Anlayışın formalaşmasının əsa­­sını predmet haqqında məlumatların toplanmasıdır”. Bu proses Azərbaycan dilində işlənən, o cümlədən yeni yaranan termin­lərin top­lan­ma­sı, aprobasiyası və tətbiqinin sürətlən­diril­məsini, dilimiz­dəki elmi-texniki anlayışların vahid sistem əsasında təkmilləş­di­ril­­məsini tələb edir. Lakin, terminolo­giyada terminlərin müx­tə­lif şəkildə tədqiqi za­manı meydana çıxan fərqli fikirlər onun obyektini, məqsəd və vəzi­fə­lə­ri­ni müəyyənləşdirərkən fikir ayrılıqlarının yaran­ma­sına səbəb olur. Çünki dilin ümumi leksik sisteminin müəyyən funksiya daşıyan söz qruplarına bö­lün­məsi zamanı dəqiq və aydın olunmuş meyar­lar, onların qrup­laş­dırıl­ma­sında vahid prinsiplər hələ də tam və qəti şəkil­də müəyyən­ləş­diril­mə­miş­dir. Terminoloji leksika ilə bağlı müxtəlif baxış­lar mövcud olsa da, dil­çilikdə daha çox qəbul edilən aparıcı fikir və əsas prinsip odur ki, onlar di­lin ümumi lüğət tərkibinin xüsusi bir hissəsi olmaqla onun qanunlarına əsaslanaraq formalaşan və inkişaf edən leksik qatını təşkil edir. Lek­si­ka­nın mühüm bir hissəsini təşkil edən bu qat bəzən xüsusi (ayrıca) lek­sika da adlandırılır. Bütün bunlar ilk dəfə monoqrafik şəkildə kitabda öz həl­li­ni tapmışdır. Dildən asılı ol­mayaraq istənilən terminin ümumi xüsusiy­yət­lə­ri bir se­mantik sahə hüdudlarında eyni məna ifadə etməsi, kon­tekst­dən asılı olma­yaraq terminin dəqiqliyi, yəni onun sırf no­minativ funksiyası, terminin anlayışdan və yaxud deno­tatdan asılılığı və onların sistemliliyi ilə xarak­teri­zə olu­nur. Bu şərtlərin pozulması terminologiyada paralellərin yaranma­sına sə­bəb olur. Belə paralellərin unifikasiyası dilin inkişafı istiqamətində ən mü­hüm problemlərdəndir. Buna görə də elm və texnikanın müəyyən sahəsində (və ya onun hansısa bölmələrində) anlayışlar sisteminin termin və tərif­ləri­nin standartlarının işlənib hazırlanması bir və ya bir neçə sahənin nor­mativ sənədlərində istifadə olunan terminlər, eləcə də təriflərlə bağlı apa­rılır. Stan­dart­l­arın işlənib hazırlanması, təsdiqi bu sahənin normativ sənədl­ərində istifadə edilən terminlərin ikili şərhini, təsrifini aradan qaldırır, mübahisəli mə­sələlərin həllinə yardım göstərir. Bunu nəzərə alan müəllif yazır: “Stan­dart­­laş­dır­manın əsas vəzifələrindən biri xüsusi elmi terminləri müasir döv­rün tələblərinə uyğun qaydaya və vahid formaya salmaq, sistemləş­dir­mək­dir. Terminlərin standartlaşdırılması işi də bilavasitə terminologiya sahə­si­nə dair biliklərə əsaslanır. Terminoloji sistemin real və əlverişli istifadə yolu termin­lərin standartlaşdırılması və vahid formaya salınmasıdır”. Deməli, stan­dartlaşdırma müasir ümumi ədəbi dilin normalarına uyğun gəlməlidir. Termin­lərin ədəbi dil normaları əsasında standartlaşmasında terminolo­gi­ya­nın ədəbi dilə münasibəti və dil normalarının terminologiyaya tətbiqi əsas məsələdir.
Stan­dart­laş­dırıl­ma prosesində bu dəyişikliklər müəyyən qanunauy­ğun­luqlar əsa­sında tənzimlənməlidir. Bu proses öz növ­bə­­sində bütün­lükdə həm terminlərin, həm də terminolo­giyanın milli dilin xü­susiyyətlərinə əsas­lan­ması ilə reallaşır. Terminoloji sistemdə paralellər üçün real zəmin var­sa, onda ilk növbədə onu doğuran, meydana çıxaran şərtləri müəyyənləş­di­­rib araşdırmalıyıq. Terminolo­gi­ya­da paralellik əslində terminoloji sis­te­min for­malaşması dövrünün tələbi ilə meydana çıxır və nəticədə müəy­yən dövrdə müsbət ha­disə kimi qiymətləndirilməlidir. Terminoloji siste­min for­malaşması dövründə belə termin­lərin müsbət pro­ses kimi qiymət­lən­dirilməsi mübahisə doğurur. İstər təşəkkül mər­hələsini keçirən, istərsə də inki­şaf etmiş terminoloji sistemdə müxtəlif variantlara malik termin­lə­rin varlığı ter­mi­no­logi­yada qüsurlu cəhət sayılmalıdır. paralell­ərdən han­sı­nın işlə­dilməsi, elmi mübadilə zamanı anlaşıl­maz­lıq törədəcək hal­ların ara­dan qaldırılması, terminin stan­dart­laşmaya doğru inki­şafının ləngiməsi və s. şərtlər terminoloji sistemin ümu­mi qüsurları hesab edilməlidir. For­ma­laşma mər­hələsini ke­çirən terminoloji sistemdə isə paralellərin var­lı­ğı həmin sis­temin qaydaya, nizama salınmasını tələb edir.

Terminlərdə paralelliyin yaranması terminoloji sis­te­min for­ma­laş­ma­sı dövründə daha qabarıq şəkildə özünü göstərməsi fak­tı isə heç bir müba­hisə doğurmur. Bu hər şey­dən əvvəl onunla bağ­lıdır ki, müvafiq elm sahəsinin ter­min­lərini yaratmaq üçün əsas amillər düzgün müəy­yən­ləş­­dirilmir. Bunları nəzərə alınaraq terminologiyanın unifikasi­yası və stan­dartladırılması yolları müəyyənləşdirilmişdir. Üçüncü fəsil “Azər­baycan dilində terminologiyanın unifikasiyası və standart­laş­dırıl­ması» adlanır. Bu baxımdan terminologiyanın nizama salınması mü­vafiq sahə anlayışlarının müəyyənləşdirilməsi və müəy­yən sistemə gətiril­mə­sini əhatə edir. Hər bir sahənin inkişafı onun anlayış­larının sistemə salın­ması ilə birbaşa əlaqədardır. Anlayışların qruplaşdırılması prosesində termi­nin müəy­yən­ləşdirilməsi prosesi nəzərə alınır. Terminologiyada termin müx­təlif­liyi dublet və omonim terminlərin yaranmasına səbəb olur. Eyni zaman­da bir sıra terminlərin anlayışa uyğun gəlməməsi onların yeni ter­min­lə əvəz olunmasını tələb edir. Terminlə anlayış ara­sın­dakı uyğun­luq­lar hökmən nəzərə alınmalıdır. Termino­lo­giyadakı qa­nu­nauyğunluqlar da ək­sər hallarda dilin ümumi qa­nun­larına tabe olur. Xüsusilə, leksikanın xü­susi qatı kimi terminlərin özünə­məxsus semanti­kası, sistemliliyi, struk­turu və qanunları ilə tənzimlənməsi tədqiqata cəlb edilmişdir. Bu­nun­­la yanaşı dilin terminoloji sisteminin formalaşması qanu­na­uy­ğun­luq­ları, terminyarat­ma­nın forma və üsulları, mənbələri haqqında nəzəri ümumi­ləş­dirmələr aparılmış və terminologiyanın sistemə salınmasının nə­zəri əsasları müəyyənləşdirilmişdir. Monoqrafiyanın dördüncü fəsli “Termino­logiyanın unifikasiyasının terminoloji lüğətlərdə əksi” adlanır. Müəl­lifin qeyd etdiyi kimi nizama salınma prosesinin son nəticəsi sahə­lə­rin termin sistemini tam əhatə edən, sahədəki anlayışları bütünlüklə özün­də əks etdirən terminoloji lüğətlərin hazırlanmasıdır.

Terminoloji lüğətlərin tərtibində terminlərin toplanması, veril­mə­si prinsipləri mühüm əhəmiyyət kəsb edir. Terminlərin ifadə etdikləri anlayış­lar sistemi üzrə yerləşdirildiyi siyahı terminoloji lüğət­lə­rin sözlüyünü təşkil edir. Sözlüyə hər cür termin düşə bilməz. Sözlük termi­noloji lüğətin tərtib olunan sahəsini düzgün, dəqiq və tam ifadə edil­məlidir. Ona görə də tədqiqatda qeyd edildiyi kimi müasir dövrdə elmin yüksək sürətlə inkişaf etdiyi bir vaxtda ikidilli terminoloji lüğətlərin tərtibi və nəşri ilə kifayətlənmək olmaz. Elmin inkişafı üçün ən əlverişli yol izahlı terminoloji lüğətlərin tərtibidir.

Məhz bununla da ayrı-ayrı dillərin terminoloji sistemində, elə­cə də sahə terminolo­gi­ya­ların­da baş verən müxtəlif proses və hadisələrin nəzəri şəkildə standartlaşdırma formaları zəngin faktlarla təhlil edilmişdir. Bu baxımdan termin və terminologiya problemi ümumi dilçilik nəzəriy­yə­sinin tərkib hissəsi kimi nəzəri və praktik cəhətdən tədqiqata cəlb edilmişdir. Bu zaman dillərarası əlaqələrin məntiqi nəticəsi və tədqiqat obyektinin düzgün təhlili dil konstruksiyalarının işarə olunma imkanlarını üzə çıxarır. Bütün bunlar monoqrafiyada öz həllini tapmışdır.
Dilshad Panahova
Dilshad Panahova
Admin

Сообщения : 70
Дата регистрации : 2017-10-07

https://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

DOCUMENTAZIONE E TERMINOLOGIA/ TERMİNOLOGİYA VƏ SƏNƏDLƏŞDİRMƏ Empty Re: DOCUMENTAZIONE E TERMINOLOGIA/ TERMİNOLOGİYA VƏ SƏNƏDLƏŞDİRMƏ

Сообщение автор Dilshad Panahova Пн Ноя 19, 2018 4:53 pm

«Türkologiya».–2011.-№1.–S.26-33.
TERMİNOLOGİYANIN NİZAMA SALINMASI YOLLARI
SAYALI SADIQOVA

XüLasə.
Məqalədə terminologiyanın nizama salınması prosesi tədqiqata cəlb edilmişdir. Tədqiqatdan aydın
olur ki, terminologiyanın nizama salınması müvafiq sahə anlayışlarının dəqiq müəyyənləşdirilməsi və müəyyən
sistemə gətirilməsini əhatə edir. Ona görə də terminologiyada dublet və omonim terminlərinin yaranma səbəbləri və
onun aradan qaldırılması yollan dəqiqləşdirilmişdir.
Açar sözlər: definitiv, təyinetmə, sözalma, işarə, sinonim, terminologiya

Dilin leksik tərkibinin mühüm bir hissəsini təşkil edən terminologiyanın sürətli inkişafı, dilçiliyin müstəqil
bir sahəsi kimi formalaşması və onunla bağlı problemlərin ekstralinqvistik xarakter daşıması, məntiqlə, fəlsəfə ilə,
eləcə də digər elm sahələri ilə qarşılıqlı əlaqəsi problemə kompleks şəkildə yanaşmağa tələb edir. Dilçilikdə
terminlərə leksik-semantik və qrammatik baxımdan verilən tələblər, onların genealoji tərkibi, struktur-semantik,
leksik-qrammatik xüsusiyyətləri, geniş şəkildə təhlil olunsa da, terminologiyanın nizama salınması öz həllini
gözləyən problemlərdəndir.
Milli dillərin terminologiyasına bir qayda olaraq dildə işlənən bütün terminlərin (sahə terminləri də bura
daxildir) məcmusu kimi baxılır. Terminlər elmi-texniki kommunikasiya, müxtəlif elmi-texniki kəşflər prosesində
yaranır. Cəmiyyət inkişaf etdikcə ictimai-siyasi dəyişikliklərlə bağlı dilin leksik sistemində terminlərin sayının
artmasını zəruriləşdirir. Məhz buna görə də terminoloji leksikanın inkişaf sürəti ümumi leksikanın inkişafını hazırda
qabaqlayır. Çünki, terminoloji qatda ayrı-ayrı sahələrdə müxtəlif anlayışları adlandırmaq ehtiyacı ümumi lüğət
tərkibində yeni leksik vahidlərin yaranmasına nisbətən çoxluq təşkil edir. Təbii ki, terminoloji qatda anlayışları
sahə mütəxəssisləri terminoloji baxımdan adlandırır və bu sözlər də termin kimi dilin terminoloji leksik qatma daxil
olur. Bu zaman terminin dil qanunlarına uyğun şəkildə yaranmasına nəzarət, nəzəri qaydaların hazırlanması dilçilik
problemidir. Yəni, dildə yeni yaranan anlayış və məfhumların terminlərlə adlandırılması xüsusi məntiqi və
linqvistik fəaliyyət sahəsidir. Buna görə də hər hansı anlayış və məfhumlara onların mahiyyətinə uyğun terminlərin
seçilməsi mürəkkəb bir prosesidir. Bu prosesdə terminlərlə adlandırılan, işarələnən anlayış və məfhumların
özlərinin sistemləşdirilməsi və qaydaya salınması zəruridir. Çünki, ayrı-ayrı elmi-texniki sahələrlə balı anlayış və
məfhumları sistemləşdirmədən onların dil işarələrinin müəyyənləşdirilməsi, uyğun terminlərlə adlandırılması
mümkün deyil. Buna görə də müxtəlif sahə terminoloji vahidlərinin yaradılması üçün ilk növbədə elmi-texniki
anlayışların mahiyyəti aydınlaşdırılmalı, onların vahid anlayışlar sistemində yeri, anlayışlara məxsus xüsusiyyətlər
və onlara müvafiq anlayışı dəqiq ifadə edən terminoloji vahidlər müəyyənləşdirilməlidir. Bu prosesdə terminlərin
məzmun və ifadə formasının nəzərə alınması zəruri xarakter daşıyır. Xarici forması vasitəsilə daxili mənası dərk
olunan sözlərdən fərqli olaraq, terminlərdə onun ifadə etdiyi məna əsasdır. Terminlərin mənasında iki xüsusiyyət -
onun predmetlə əlaqəsi və adlandırma ilə yanaşı həmin anlayışla bağlı müəyyən əlamət və xüsusiyyəti özündə
ehtiva etməlidir. Dilçilik tədqiqatlarında da nəzərdə tutulan obyektdən daha çox söz-anlayış əlaqəsinin nəzərə
alınmasının vacibliyi əsas götürülür. Ona görə də terminlərin xarici forması (fonetik qabığı) onların yarandığı ilk
mərhələdə dəyişə bilər, dəqiqləşdirmə prosesi davam etdikcə onun əsas əlamətləri nəzərə alınaraq müəyyən
müddətdə sabitləşərək sonda vahid bir formada dilin terminoloji lüğət tərkibinə daxil olur. Termində bu
xüsusiyyətlər nəzərə alınmadıqda eyni sahə terminologiyasına daxil olan müəyyən bir anlayış əksər hallarda
müxtəlif sahələrdə bəzən eyni terminlərlə, bəzən də müxtəlif dillərdə fərqli terminlərlə işarələnir. Məsələn,
dislokasiya geologiyada “süxurların ilk yatım formalarının pozulması”, hərbidə - “dinc şəraitdə quru qoşunlarının
hissə, birləşmə və hərbi idarələrinin ölkənin müəyyən ərazisində yerləşdirilməsi” mənasında işlənir.
Bu baxımdan terminologiyanın nizama salınması müvafiq sahə anlayışlarının müəyyənləşdirilməsi və
müəyyən sistemə gətirilməsini əhatə edir. Hər bir sahənin inkişafı onun anlayışlarının sistemə salınması ilə birbaşa
əlaqədardır. Anlayışların qruplaşdırılması prosesində terminin müəyyənləşdirilməsi prosesi nəzərə alınır. D.S. Lotte
elmi-texniki terminologiyanın nizama salınmasının terminologiyanın ümumi məsələlərinin ardıcıl şəkildə nəzərdən
keçirilməsi və öyrənilməsi, termin anlayışının dəqiq təyini, anlayışlar sisteminin qurulması, terminlər sisteminin
yaradılması, terminə qoyulan tələblərin dəqiqləşdirilməsi, termin yaradıcılığının tədqiqi ilə sıx əlaqədə olmasını
göstərmişdir [1].
Deməli, terminologiyanın nizama salınması üçün bazis rolunu dildə işlənən terminlər təşkil edir. Xüsusilə
sahə terminləri ilkin məqamda səpələnmiş olurlar. Çünki, ayrı-ayrı elmi məqalələr, tədqiqat işlərinin müxtəlif
müəlliflər tərəfindən yerinə yetirildiyinə görə subyektiv münasibət özünü göstərir. Buna görə də eyni mətndə eyni
anlayışları bildirən müxtəlif terminlərə rast gəlindiyi kimi, bir terminin bir neçə anlayışı ifadə etməsi hallan qeydə
alınır. Məsələn, say dilçilikdə 'əsas nitq hissələrindən biri', dənizçilikdə - 'su hövzələrində gəmilər üçün təhlükəli
olan dayaz yer'; tender - 'parovozun su, yanacaq saxlanılan dal hissəsi', iqtisadiyyatda - təkliflər müsabiqəsi
mənasında; əqrəb biologiyada 'zəhərli həşərat', astronomiyada - '12 bürclərdən birinin adı', riyaziyyatda - 'cəbri
ifadədə ədədi cəmlənmə', fizikada - 'fiziki cismin hər hansı bir xüsusiyyətini təyin edən kəmiyyət', iqtisadiyyatda -
'əmək haqqında artırılan pul' mənalarında işlənir [2].
Terminologiyada termin müxtəlifliyinin dublet və omonim terminlərin yaranmasına səbəb olur. Eyni
zamanda bir sıra terminlərin anlayışa uyğun gəlməsi onların yeni terminlə əvəz olunmasını tələb edir. Terminlə
anlayış arasındakı uyğunluqlar nəzərə alınmalıdır. Terminologiyadakı qanunauyğunluqlar da əksər hallarda dilin
ümumi qanunlarına tabe olur. Ayrı-ayrı milli dillərdə müxtəlif elmi-texniki anlayışlar sisteminin terminlərdə əks
olunması, onların dəqiq şəkildə bir-birindən fərqləndirilməsi və anlaşıqlı şəkildə adlandırılması hər bir dilin daxili
imkanlarına uyğundur. Bu qanunauyğunluqlara görə anlayışların adları dünya dillərində bir-birindən fərqlənir.
Çünki, hər bir dilin özünəməxsus leksik modellər sisteminin qrammatik kateqoriya və formaları mövcuddur.
Ayn-ayn dillərdə həyat həqiqətləri dərk edilir, anlayışlar sisteminin milli dil vahidləri ilə ifadə edilərək dərketmə
prosesi reallaşdırılır. Ona görə də obyektiv həyat reallıqları hər bir dildə eyni şəkildə dərk edilsə də müxtəlif dil
vahidləri ilə ifadə olunur. Bəzən eyni anlayışın dil vahidləri ilə adlandırılması zamanı ayrı-ayrı terminlərin məna
tutumu və anlayışı ifadə etmə imkanları bir-birindən fərqlənir. Çünki, hər bır anlayış hər bir dilin ifadə imkanlarına
uyğun şəkildə özünü göstərir. Milli dillərin leksik vahidlərində eyni səs cildinə malik sözlərin müxtəlif mənalar
ifadə edə bilməsi ümumi leksikada təbii inkişaf prosesinin nəticəsi hesab edilsə də, terminologiyada bu qüsur hesab
edilməlidir. Çünki, terminləri kontekst müəyyənləşdirmədiyindən belə halda elmi dildə dolaşıqlıq yaradır. Bu isə
terminin ifadə etdiyi məna definitiv səviyyəsi ilə xüsusi funksiya daşıyır və ümumi mənaya qarşı qoyulur. Lakin
bütün milli dillərdə termin müxtəlifliyi, dubletlər, omonimlər, bir sıra terminlərin anlayışa uyğun gəlməməsi
mürəkkəb termin birləşmələrində özünü biruzə verir. Bütün bu cəhətlər terminologiyanı ağırlaşdırır. Belə
nöqsanların aradan qaldırılması terminologiyanın nizama salınmasının əsas məqsədlərindəndir. A.M. Terpiqorev
texniki terminologiyanın nizama salınması məsələsini araşdırarkən, bu halların yaranma səbəblərini
müəyyənləşdirərək yazır ki, terminologiyam qaydaya salmaqda əsas məqsəd mövcud nöqsanların aradan
qaldırılmasıdır. Bu isə nəzərdə tutulan bilik sahəsinin anlayışları sisteminə müvafiq olan dəqiq terminlər sisteminin
yaradılması ilə nəticələnməlidir [3. S. 73].
Məlumdur ki, hər bir sahənin müəyyən anlayışlar sistemi var və bu sahə inkişaf etdikcə anlayışların miqdarı,
qarşılıqlı əlaqəsi dəyişir. Yəni elm inkişaf etdikcə, baza anlayışları formalaşır, sahə terminologiyası yaranır və
sahənin özü onun terminologiyası da dinamikada olur. Bu inkişaf prosesində müəyyən nöqsanların olması təbii
hesab olunmalıdır. Çünki, anlayış adı ifadə edilənə kimi ehtiyac ödənilməsi üçün terminlər yaradıldıqda ilk
dövrlərdə omonimlik, dubletlik müşahidə edilir. Bu baxımdan terminologiyanın nizama salınması müvafiq sahə
anlayışlarının müəyyənləşdirilməsi və müəyyən sistemə gətirilməsini əhatə edir. R.N. Denisov yazır: «Terminoloji
fəaliyyətin zəruriliyi yeni elmi-tədqiqat işlərində, yeni tapılan, yaxud yenicə dərk edilən anlayışların
adlandırılmasında özünü kəskin şəkildə göstərir. Müəyyən müddət keçdikdən sonra bu kəskin ehtiyac aradan çıxır.
Çünki, anlayış adını alır, termin dildə özünə yer tutur» [4..S. 50].
Xüsusilə, anlayışların qruplaşdırılması, terminin müəyyənləşdirilməsi prosesində bu nöqsanlar yaranır. Buna
görə də hər bir sahənin inkişafı onun anlayışlarının sistemə salınması ilə əlaqədardır. Sistemə salınma zamanı
anlayışlar qruplaşdırılır. Anlayışların qruplaşdırılması prosesində bütün sahə terminologiyalarında nöqsanlar aydın
şəkildə özünü göstərir. Bu çox vaxt anlayış ifadə edilərkən onun əsas fərqləndirici əlamətlərinin nəzərə alınmaması
ilə bağlıdır. Çünki, termin aid olduğu anlayışı həmin anlayışın fərqləndirici əlamətləri əsasında təyin edir.
Terminlərdə birmənalılıq tələbi də bu baxımdan ödənilir. Lakin çox vaxt bu tələblər gözlənilmir. Məsələn,
konduktor - maşınqayırmada 'metal kəsən dəzgahlarda kəsiçi alətə sərtlik və dayanıqlıq verən, onu
istiqamətləndirən və emal olunan məmulata nəzərən onun fəzadakı nisbi vəziyyətinin düzgünlüyünü təmin edən
köməkçi quruluş', hərbidə - 'orduda mühəndis idarələrində çalışan çertyojçu və rəssamlara, donanmada
mütəxəssislərə verilən əsgəri rütbə' [5. S. 485], kontakt diplomatiyada, rabitə 'qarşılıqlı əlaqə', iqtisadiyyatda -
'ayrı-ayrı şəxslər, qruplar, təşkilatlar', dövlətlərarasında 'razılaşdırma, əməkdaşlıq yekdil fəaliyyət', fizikada -
'elektrik dövrlərinin tərkib hissələrindən birini və ya bir neçəsinin dövrələrinin açılıb-bağlanmasına və onlardan
cərəyan keçməsinə imkan verən, toxunma (birləşmə) səthi' [5. S. 495], ideal riyaziyyatda 'əsas cəbr anlayışlarından
biri', tarixdə - 'insanın və ya ictimai sinifin təfəkkürünün, fəaliyyətinin xarakteri və üsullarını müəyyənləşdirən
təsəvvürlərin obrazı' mənalarında işlənir.
Deməli, bir termin müxtəlif sahələrdə, müxtəlif anlayışları ifadə edir. Çox vaxt belə terminlər çoxmənalı
termin kimi tədqiq edilir. Çünki, belə terminlərin ifadə etdiyi mənalan da, onların ifadə etdiyi definisiyaların sayı da
çoxdur. Bəzən bu terminin beş-altı definisiyası olur və müxtəlif sahələrdə müxtəlif məna ifadə edir. Ancaq hər bir
sahədə götürdükdə bu məna ifadə edir. Belə isə bu terminləri çoxmənalı hesab etmək olarmı? Dilin lüğət tərkibində
ümumişlək söz kimi işlənsə çoxmənalı adlandırmaq olar. Çünki, eyni bir sahədə işlənir və onların mənası kontekstlə
müəyyənləşir. Ancaq tutaq ki, kompozisiya deyəndə ədəbiyyatda 'bədii əsərin quruluşu, müxtəlif bədii forma
komponentlərinin düzülüşü, təşkili və əlaqəsi' mənasını, memarlıqda - 'binanın ümumi görünüşü və planının işlənib
hazırlanması', musiqidə - 'musiqi forması növü', riyaziyyatda isə 'a və b elementində üçüncü c = a - b elementini
doğuran operasiyanın ümumi adı' mənası mətn olmadan dərk olunur. Bu anlayışlar bir-birindən müəyyən əlamətə
görə fərqlənir. Həmin əlamətlər həlledici amil rolunu oynayır və müəyyən terminoloji məzmun daşıyır. Lakin elə
hallar olur ki, eyni sahədə eyni termin müxtəlif mənalar ifadə edir. Bu halda bunlar polisemiya, omonimlik hesab
edilməli və unifikasiya aparılmalıdır. Məsələn, dilçilikdə terminologiya termini iki mənada işlənir: 1 - terminlərin
toplusu və onun nəzəri problemlərinin tədqiqi ilə məşğul olan dilçilik sahəsi; 2 - ayrı-ayrı sahələrin terminlərin
toplusu mənasında. Bunlardan biri ayrı-ayrı sahələrin terminlərin toplusu terminoloji sistem termini ilə,
terminologiya termini isə bir mənada terminoloji leksikam öyrənən dilçilik bölməsi mənasında işlədilməsi
məqsədəuyğundur.
Anlayışların ilkin adlandırılması zamanı onlara verilən adlar çox vaxt bir neçə terminlə, müxtəlif dil vahidlər
ilə ifadə olunan adlarla yarana bilir. Çünki, yeni yaranan anlayışların əsas əlamətlərini bəzən müəyyənləşdirmək
çətinlik törədir, verilən ad yeni və dəqiq adlar yaradılana kimi işlək xarakter daşıyır. Yəni, anlayışın müəyyən
əlaməti əsasında verilən ad həmin anlayışın elmi şəkildə dərk olunmasına qədər davam edir (əvvəlki adlar yeni və
dəqiq adlar yaranana kimi işlənsə də) və elmi-sistemdə yeni dəqiq ad formalaşdıqda əvvəlki ad bəzən paralel işlənir,
bəzən də həmin sahədə işləkliyini itirir. Məsələn fizikada: Kelvin şkalası - temperatur şkalası, kvant mexanikası -
dalğa mexanikası, Kompton hadisəsi - Kompton effektı terminləri paralel şəkildə işlənirdi. Hazırda Kelvin şkalası,
kvant mexanikası, Kompton hadisəsi terminləri işləkdir.
Deməli, mövcud anlayışı ifadə edən terminləri müəyyənləşdirən zaman onun definitiv əlaməti əsas
götürülməlidir.
Terminologiyada ağırlıq yaradan məsələlərdən biri də terminin tərkibinə daxil olan sözlərin çoxluğudur.
Anlayışa ad verilərkən onun işləkliyi nəzərə alınaraq sözçülüyə yol vermək olmaz. Məsələn, sahə
terminologiyalarında valyutasız əsasda həyata keçirilən əmtəə mübadiləsi və komperisasiya sövdələşmələri, xüsusi
borc hesabları üzrə borcun tənzimlənməsi, ixrac sövdələştnələrini həyata keçirmək üçün zəruri olan sənədlər [6]
tipli birləşmələr işlənir. Bu problem terminologiyanın nizama salınması prosesində həll edilməlidir. D.Y. Şarle
yazır: «Terminologiya nizama salınması zamanı tərkibində üçdən artıq söz olan terminlərin qısa variantla əvəz
etmək lazımdır. Onun fikrinə görə, terminoloji birləşmənin maksimal uzunluğu üçə bərabər olmalıdır» [7. S. 162].
Çoxsözlü terminlərin yaranmasının başlıca səbəbi anlayışın məntiqi təyininin düzgün aparılmamasıdır. Buna
görə də terminlərin sistemləşdirilməsi zamanı dörd, beş, altı, yeddi komponentli terminlərin məntiqi təyinini dəqiq
seçib anlayışı ifadə edən qısa variantlı terminlər müəyyənləşdirilməlidir. Terminologiyada alınma və milli
terminlərin paralel işlənməsi də diqqəti cəlb edir. Məsələn, kommunikativlik – yerdəyişmə qanunu, metateza -
yerdəyişmə, kontrakt - müqavilə, refleksoterapiya - iynələmə müalicəsi və s. Terminalma dilin terminoloji bazasının
zənginləşdirilməsi yollarından biri olsa da, termini ifadə edə bilən bu üsuldan imkan daxilində az istifadə
edilməsinə şərait yaradır. Buna görə də dilin daxili imkanları hesabına yaranan terminlərə üstünlük verilməlidir.
Terminologiyanın nizama salınması səbəblərindən birini təşkil edən alınmaların izafiliyi alınma terminlərin
seçilməsinə, işlənməsinə xüsusi diqqət yetirməyi tələb edir.
Terminologiyada sistemlilik həm ekstralinqvistik, həm də linqvistik xüsusiyyətlərinə görə təşkil olunmalı,
dilin quruluşu və qrammatik xüsusiyyətləri nəzərə alınmalıdır. Ekstralinqvistik cəhət özünü anlayışların təsnifat
sisteminin quruluşunda göstərirsə, linqvistik baxımdan morfoloji quruluş, termin elementlərin düzülüşü və
terminlərin məna yaxınlıqlarının tənzimlənməsi əsas götürülür. Buna görə də termin terminoloji sistemin
tələblərindən irəli gələn prinsip və şərtlər zəminində yaradılmalıdır.
Məqalənin elmi yeniliyi və tətbiqi əhəmiyyəti. Terminologiyanın nəzəri əsaslarının hazırlanması,
terminoloji vahidlərin yaradılma qanunauyğunluqlarının müəyyənləşdirilməsi və sistemləşdirilməsi baxımından
əhəmiyyətlidir.
Terminologiyanın inkişaf və zənginləşməsi üçün ümumi metodların və terminoloji lüğətlərin hazırlanmasında
istifadə etmək olar.

ƏDƏBİYYAT
1. Лотте Д.С. Основы построения научно-технической терминологии. М.: Изд-во АН СССР, 1961.
2. Axundov A.A. Azərbaycan dilinin izahlı lüğəti. Bakı: Elm, 2005.
3. Терпигорев А.М. Об упорядочении технической терминологии. Иркутск, 1953.
4. Денисов Р.Н. Ещё о некоторых аспектах изучения языков науки. М.: Наука, 1970.
5. Azərbaycan sovet ensiklopediyası. Bakı, 1981. C. 5.
6. İzahlı iqtisadiyyat terminləri lüğəti. Bakı, 2005. C. 1.
7. Шарле Д. У. Не стандартизировать многословные термины. Омск, 1985.

САЛЛЫ САДЫХОВА
ПУТИ УПОРЯДОЧЕНИЯ ТЕРМИНОЛОГИИ
Резюме
В статье анализируется процесс упорядочения терминологии. Ис следования показали, что
упорядочение терминологии возможно путём уточнения отраслевых понятий и их систематизации. С этой
целью оп ределяются процессы образования и пути пересечения дублетов и омо нимов в терминологии.
Ключевые слова: дефинитивный, дефиниция, заимствование, знак, синонимы, терминология

SAYALI SADIKHOVA
TНЕ WAYS OF DEFINING TERMINOLOGY
Summary
The article deals with ways of defining the terminology. Having re searched the article, it becomes clear that
the process of defining the terminology needs to find the suitable field of research and it also helps to bring them to
the certain system. In the conclusion, the author proves that this process tends to form doublet and homonymous
terms and the cause of their formation. It also helps to define them.
Key words: definitive, definition, borrowinq, sign, synonims, terminology
Dilshad Panahova
Dilshad Panahova
Admin

Сообщения : 70
Дата регистрации : 2017-10-07

https://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

DOCUMENTAZIONE E TERMINOLOGIA/ TERMİNOLOGİYA VƏ SƏNƏDLƏŞDİRMƏ Empty Re: DOCUMENTAZIONE E TERMINOLOGIA/ TERMİNOLOGİYA VƏ SƏNƏDLƏŞDİRMƏ

Сообщение автор Dilshad Panahova Пн Ноя 19, 2018 4:54 pm

Azərbaycan mətbuatında terminlər necə işlədilir?
00:34 / 13.10.2011
Rəvayət edirlər ki, bir çoban təsadüfən alimlərin məclisinə düşür. Alimlər planetlər, onların xüsusiyyətləri haqqında elmi müzakirələr aparırlar. Müzakirə bitdikdən sonra çoban alimlərdən soruşur ki, yaxşı, siz ulduzların, planetlərin xüsusiyyətlərini öyrənə bilərsiniz, bəs onların adlarını haradan bilirsiniz?... Həqiqətən, maraqlı sualdır. Axı bu cür adlar elə-belə yaranmır.
Dilimizin mühüm hissəsini təşkil edən terminlər öz-özünə yaranmır və dəyişmir. Yeni yaranan və dəyişən terminlərin leksikonumuza daxil olmasında mətbuatın da mühüm rolu var. Mətbuat yalnız yaşadığımız ictimai-siyasi və mədəni həyatın deyil, həm də ana dilimizin aynasıdır. Dilimizin zənginləşməsi, yeni sözlərin ümumişləklik qazanması mətbuatın inkişafı ilə bağlıdır.
Müstəqillik qazandıqdan sonra respublikamızın başqa ölkələrlə həm iqtisadi, həm də siyasi əlaqələrinin genişlənməsi dilimizin terminologiyasını yeni sözlərlə zənginləşdirmişdir. İstər mətbuatda, istərsə də məişətdə bu terminlərin bir qismi işlənməkdədir. Sponsor, parlament, imic, lider, kompyuter sözlərini başa düşməyən çox az adam tapılar. Bu sözlərin dilimizin lüğət tərkibinə və məişətimizə belə tez daxil olması və müntəzəm işlənmək hüququ qazanması daha çox informasiya vasitələrinin bolluğu ilə bağlıdır. Müasir dövrdə termin kimi işlənən spiker, lobbi, ekologiya, internet, motorolla və s. sözlərin ümumişlək sözlərə çevrilmə prosesi gedir. Lakin bu proses elmi, ictimai-siyasi anlayışları əks etdirən bütün terminlərə aid edilə bilməz. Elə terminlər var ki, onlar uzun müddətdən sonra belə öz funksiyasını qoruyub saxlaya bilir. Mətbuatda işlək olan bu terminlər ümumxalq dilinə, məişət leksikonuna daxil ola bilmir. Koalisiya, reputasiya, sindrom, inteqrasiya, sfera terminləri kütləvi informasiya vasitələrində tez-tez işlənsə də, termin olaraq qalır.
Müstəqillik dövründə milli termin yaradıcılığı mənbələrindən biri olan dilimizin daxili imkanlarından istifadə üsulu həm milli mənafe, həm də prinsip baxımdan daha sərfəlidir. Dilimizin lüğət fonduna daxil olan terminlər çox vaxt dilimizin qayda-qanunları nəzərə alınmadan kortəbii surətdə qəbul edilir.Vaxtilə ərəb-fars və rus dillərindən alınan terminlər haqqında da bunu demək olar. Müasir dövrdə mətbuatda bir sıra terminlər paralel işlənir: bilgisayar-kompyuter, münaqişə-insident, layihə-proyekt, vəsait-investisiya, tərkib-kontingent, mühit-atmosfer, himayədar-sponsor, arasıkəsilmədən-intensiv və s. Bizim fikrimizcə, eyni anlayışları ifadə edən bu paralellərin birincisi işlənərsə, daha münasib olar. Çünki işlənmə məqamından asılı olaraq birincilər bəzən həm termin, həm də ümumişlək söz vəzifəsini daşıya bilər. Paralel terminlərin işlənməsi mətbuat dilini artıq sözlə yükləyir və anlaşılmazlıq yaradır.
Mənası çoxları tərəfindən anlaşılmayan terminlər son illərin mətbuatında fəal şəkildə işlənməkdədir. Bu terminləri alınma kimi səciyyələndirmək doğru olmaz. Bunlar, əsasən, tərcümə prosesində əvəzlənmədən dilimizə keçən sözlərdir. Müstəqillikdən əvvəl Avropa mənşəli sözlərin dilimizə keçməsində rus dili əsas rola malik idi. Həmin dövrdə mətbuat səhifələrində rus dili və onun vasitəsilə Avropa dillərindən alınan sözlərə tez-tez rast gəlirdik. Son vaxtlar bu axının qarşısı alınmış, Avropa mənşəli sözlər əvvəlki illərdən fərqli olaraq indi mətbuat dilinə birbaşa keçməyə başlamışdır.
Mətbuat səhifələrində və efirdə tez-tez işlənən reytinq, tender, sertifikat, arbitraj, infrastruktur, mikroklimat çox zaman hamı tərəfindən anlaşılmır. Bizim fikrimizcə, lüğətçiliklə məşğul olan mütəxəssislər bu sözlərin hamısının olmasa da, müəyyən hissəsinin qarşılığını tapmaq üçün dilin daxili imkanlarından istifadə etməlidirlər. Azərbaycan dilində termin yaradıcılığı üçün olduqca böyük imkanlar var. Terminologiya ilə məşğul olan mütəxəssislərin gəldikləri ümumi fikir budur ki, milli termin yaradıcılığı ümumi ədəbi dilə əsaslanmalıdır. Bu həm terminlərin asan tələffüz edilməsinə , həm də tez-tez yadda saxlanmasına kömək edər. Son dövrlərdə kütləvi informasiya vasitələrində işlənən atəşkəs, soyqırımı, özəl, dönəm, anlam, çağdaş, özəlləşdirmə kimi dilimizin daxili imkanlardan istifadə etməklə nə qədər sözlər yaranmışdır.
Son illərdə dilimizin terminoloji qatına daxil olan axın bəzən tənzimlənməmiş, saf-çürük edilməmiş terminlərin dilimizin lüğət tərkibinə, mətbuat leksikonuna daxil olması ilə nəticələnir. İstər Avropa, istər türk dillərindən alınan terminlər həyatımızın bütün sahələrini əhatə edir.
Yeni alınan sözlər daha çox milli mətbuatımızda, elmi-kütləvi tirajlarda ilk dəfə funksionallaşır. Bu baxımdan mətbuat işçilərinin alınmalardan daha düzgün və seçmə üsulu ilə istifadə etmək imkanı var. Kütləvi informasiya vasitələri hamı üçün aydın ola bilən, gələcəkdə ümumişləklik qazana bilən terminlərdən istifadə etsələr, daha məqsədəuyğun ola bilər. Məsələn, ajiotaj, qeyri-legitim, koalisiya, akkreditə, regional struktur və s. terminlərin başa düşülməsi çətinlik yaradır. Son dövrlərdə mətbuatımızda alınma və beynəlmiləl terminlərin axını dilə daxil olan terminlərin tənzimlənməsi, dilimizin tələblərinə nə səviyyədə cavab verməsi məsələlərini ortaya qoyur.
İstərdik ki, ziyalılarımızın, alimlərimizin və qələm sahiblərimizin, həmçinin bütün ictimaiyyətin diqqət mərkəzində olan kütləvi informasiya vasitələri, xüsusilə milli mətbuatımız kəmiyyətcə artdıqca keyfiyyətcə azalmasın. Milli mətbuatın yaradıcısı H.Zərdabiyə göndərdiyi məktubda M.F.Axundzadə yazırdı: ”Sizin qəzetin əsas məziyyətlərindən biri də üslubun gözəlliyi, məlumatın incə və aydın təsviri, orfoqrafiyanın, söz və terminlərin düzgünlüyü olmalıdır, çünki qəzetiniz başqa məqsədlərlə yanaşı, Azərbaycan yazısını qüsurlardan təmizləməyə çalışmalı, bu dildə yazan bütün adamlar üçün nümunə olmalıdır”.
Mətbuat səhifələrində yazı dərc etdirən hər kəsin bir amalı olmalıdır:milli sərvətimiz olan doğma dilimizin saflığını, gözəlliyini, aydınlığını qoruyub saxlamaq. Qoy bu işdə bütün mətbuat işçiləri öz qüvvələrini və mübarizliyini əsirgəməsinlər!

Xanım QASIMOVA,
filologiya elmləri üzrə fəlsəfə doktoru

Dilshad Panahova
Dilshad Panahova
Admin

Сообщения : 70
Дата регистрации : 2017-10-07

https://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

DOCUMENTAZIONE E TERMINOLOGIA/ TERMİNOLOGİYA VƏ SƏNƏDLƏŞDİRMƏ Empty Milli termin yaradıcılığı ümumi ədəbi dilə əsaslanmalıdır

Сообщение автор Dilshad Panahova Пн Ноя 19, 2018 4:55 pm

“Milli termin yaradıcılığı ümumi ədəbi dilə əsaslanmalıdır”

Sayalı Sadıqova: “Azərbaycan dilində terminologiyanın yaradılması və zənginləşdirilməsi üçün ən əlverişli yol dilin daxili imkanları əsasında terminlərin, termin-söz birləşmələrinin yaradılmasıdır”



Layihə çərçivəsində növbəti müsahibimiz AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri, AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqovadır:

- Azərbaycan dilində sabit terminologiya yaradılmasını qaydaya salmaq, bu sahədəki hərc-mərcliyi aradan qaldırmaq, respublikanın elmi-tədqiqat müəssisələrində və ali məktəblərdə aparılan terminoloji işə rəhbərlik etmək məqsədilə 1952-ci ildə Terminologiya Komitəsi haqqında Əsasnamə təsdiq edilib, elmin, texnikanın, iqtisadiyyat və mədəniyyətin ayrı-ayrı sahələri üzrə terminologiya yaradılması üçün konkret elmi prinsiplər müəyyənləşdirilib, terminoloji lüğətlərin tərtibi metodikası işlənilib. 1969-cu ildə Azərbaycan SSR EA Ədəbiyyat və Dil İnstitutunda Terminologiya sektoru yaradılıb. Sektor sonralar şöbəyə çevirilib. Terminologiya şöbəsində Azərbaycan dili terminologiyasının tarixi və inkişaf qanunauyğunluqları, elmi-texniki terminologiyanın linqvistik problemləri tədqiq edilir, ayrı-ayrı sahələr üzrə terminoloji lüğətlər tərtib edilir. Şöbədə terminologiyanın müxtəlif problemlərinə həsr olunmuş elmi işlər yerinə yetirilir. «Azərbaycan dili terminologiyasının əsasları», «Dəftərxanaçılıq və mühasi­bat terminləri lüğəti», «Yerin məsafədən zondlaşdırılması üzrə terminlər lüğəti», «Azərbaycan dilinin terminologiyasına dair ədəbiyyatın və lüğətlərin biblioqrafiyası» (Azərbaycan və rus dillərində), «Azərbaycan dilində fizika-riyaziyyat terminologiyasının formalaşması və inkişafı», «Azərbaycan dilində ədəbiyyatşünaslıq terminologiyasının nəzəri məsələləri», «Azərbaycan dili terminologiyasının nəzəri problemləri» və s. əsərlər şöbə əməkdaşları tərəfindən yazılıb, çapa hazırlanıb, nəşr olunub. Mənim terminologiyanın müxtəlif problemləri ilə bağlı «Azərbaycan dilində fizika-riyaziyyat terminologiyasının formalaşması və inkişafı» (Bakı, «Elm», 1997, 197 s.), «Azərbaycan dilində terminologiyanın nəzəri problemləri» (Bakı, «Elm», 2003, 236 s.), «Azərbaycan dilində ter­mino­logiyanın təşəkkülü və inki­şafı» (Bakı, «Elm», 2005 ,348 s.),  «Терминологические сло­во­сочетание в Азер­бай­джан­с­ком языке» (Баку, «Наука», 2007, 160 с.) «Müasir Azərbaycan ədəbi dilində termin yaradıcılığı prosesi» ( Bakı, «Elm», 2010, 240 s.) «Azərbaycan dilinin terminologiyası» (Bakı, «Elm», 2011, 400 s.) monoqrafiyalarım nəşr olunub. Eləcə də şöbə əməkdaşları - Sima Quliyevanın «Azərbaycan dilində ədəbiyyatşünaslıq terminologiyasının nəzəri məsələləri» (Bakı, «Nurlan», 2003, 182 səh.), Natəvan Hüseynovanın «Azərbaycan dilində termin yaradıcılığı prosesi (1920-1990-cı illər, Bakı, «Nurlan», 2008, 138 səh.), Xuraman Quliyevanın «Rus dilindən Azərbaycan dilinə kalkaetmə yolları»( Bakı, 2007, 123 səh.), İradə Abdullayevanın «Azərbaycan dilinin musiqişünaslıq terminlərinin leksik-semantik və struktur təhlili» (Bakı, 2008, 140 səh.), H.Mirzəyevin «Azərbaycan dilində kargüzarlıq terminləri» (Bakı, «Elm və təhsil», 2011, 162 s.) əsərləri nəşr olunub.

- Müstəqillik illərində еlmi-texniki, ictimai-iqtisadi və mədəni həyatda baş verən yeniləşmələrin dildə əksi prosesi araşdırılırmı?

- Əlbəttə, araşdırılır. Araşdırmalarda müəyyənləşdirilir ki, Azərbaycan dilində terminologiyanın yaradılması və zənginləşdirilməsi üçün ən əlverişli yol dilin daxili imkanları əsasında terminlərin, termin-söz birləşmələrinin yaradılmasıdır. Belə ki, elm və texnikanın müxtəlif sahələrində meydana gələn yeni anlayışların ifadəsi üçün terminlər yaradılarkən ən əvvəl ana dilinin lüğət tərkibinə nəzər salmaq, onun daxili imkan­larından səmərəli istifadə etmək lazımdır. Bu baxımdan qeyd edilir ki, uzun tarixi inkişaf yolu keçmiş Azər­baycan dilinin terminoloji sisteminin zənginləşməsində dil­daxili imkanlar – leksik, morfoloji, sintaktik üsulla yaranan terminlər hər zaman üstünlük təşkil edir. Müstəqillik illərində dilin daxili imkanları əsasında termin yaratma meyili daha da artıb. Bunun üçün Azər­baycan dilinin geniş funksional imkanları var. Tədqiqatlar göstərir ki, bu gün dilin daxili imkanları əsasında yaranan terminlər terminoloji bazanın əsas hissəsini təşkil edir. Hazırda dilin daxili imkanları hesabına yaranan terminlər ümumişlək sözlərə əlavə məna ver­məklə, dialekt və şivə sözlərindən istifadə etməklə, köhnəl­miş sözlərin dilə qaytarılması, milli və alınma sözlərə şəkilçi artırılması, iki və daha artıq sözün birləşməsi ilə əmələ gəlir. Milli termin yaradıcılığı ümumi ədəbi dilə əsaslan­ma­lıdır. Bu, terminlərin asan başa düşülməsinə, tələffüzünə, tez yadda qalmasına, termin yaradıcılıq prosesinə müsbət təsir edir. Xüsusən ümumxalq dili termin yaradıcılığı üçün münbit mənbə sayılmalıdır. Elmlərin inteqrasiyası, elmi biliklərin inkişafı, infor­masiyaların asan yayılması üçün anlayışı dəqiq ifadə edən terminlərə üstünlük verilməlidir. Ona görə də dilin daxi­lində işlənərək hər hansı bir ümumişlək anlayışı bildirən leksemin termin səciyyəsi qazanması üçün ümumilik çərçi­vəsindən çıxmalı, müəyyən elmi anlayışı dəqiq, konkret və birmənalı ifadə etməlidir





- Bu gün mətbuatda alınma terminlər çox işlənir. Buna sizin münasibətiniz necədir?





- Cəmiyyətdə baş verən dəyişmələr, yeniləşmələrlə bağlı olaraq həyatımıza daxil olan yeni anlayışları yalnız dilin daxili imkanlarından istifadə etməklə adlandırmaq qeyri-mümkündür. Dilin daxili imkanları əsasında bu dilin söz yaradıcılığı üsulları ilə müəyyən anlayışın ifadəsi üçün müvafiq termin yaratmaq mümkün olmadıqda başqa dildən həmin anlayışı ifadə edən terminin hazır şəkildə alınıb işlənməsi zərurətə çevrilir. Termin alınması o zaman zəruri olur ki, milli dilin lüğət tərkibində müvafiq məfhumu, anlayışı ifadə edən termin, söz olmasın. Müstəqillik illərində terminologiyaya alınma terminlərin daxil olması prosesi davam etməkdədir və bu, təbii bir axındır. Belə ki, terminologiyada alınmalar dilin kasıblığına dəlalət etmir, əksinə, onun dil kontaktları hesabına zənginləşməsinin göstəricisi kimi çıxış edir. Belə qarşılıqlı təsirlər dilləri məhdud milli çərçivədən çıxarır, xalqlar arasında dil əlaqələrini artırır. Dillər arasında qarşılıqlı əlaqə təbii bir haldır və bu proses uzun illər davam edib. Bu faktor xalqlar arasında iqtisadi, siyasi, mədəni və digər əlaqələr əsasında meydana çıxır. Dünyada elə bir dilə rast gəlinmir ki, ancaq öz daxili vasitələrindən ibarət olsun, bu faktorun əsasında dünya dillərində «dil əlaqəsi ənənəsi» dayanır, bu da bütün dünya dillərində mövcuddur. Tarixi-mədəni əla­qələr və dövlətlərarası münasibətlərlə, elmi-texniki tərəqqi və elmi bilik sahələrinin inkişafı ilə bağlı Azərbaycan dili leksikasında alınma terminlərin xüsusi çəkisinin artması dillərarası əlaqələrin də genişlənməsinin təzahürüdür.  Beynəlxalq əlaqələrin inkişafı, dünya elminə inteqrasiya terminologiyanın zənginləşməsinə səbəb olur. Başqa ölkə­lərlə iqtisadi, siyasi, mədəni əlaqələrin artması yeni yaranan terminlərin dilimizin lüğət tərkibinə daxil olmasını sürətləndirib. Bu cür alınmaların miqdarı son illərdə çoxalıb, ayrı-ayrı lüğətlərdə, mətbuat dilində istifadə dairəsi geniş­lən­ib. Xüsusilə informatika ilə bağlı sayt, fayl, disk, elektrofaks, teletayp terminləri artıq ümumişləklik qazan­ıb. Bu, informatika texnologiyalarının həyatımıza, məişətimizə daxil olması və geniş istifadə olunması ilə bağlıdır. Lüğət tərkibində özünü göstərən dəyişmələr cəmiyyətin müxtəlif inkişaf dövrlərində özünəməxsus xüsusiyyətləri ilə fərqlənib. Hər bir tarixi şərait  dilin lüğət tərkibinə, onun formalaşmasına, xüsusilə onun terminoloji sisteminə təsir edir. 90-cı illərdə cəmiyyətdə baş verən dəyişikliklər, ölkə­mizin iqtisadi-siyasi həyatında, ictimai fikrində baş verən proseslər, yeniliklər dilimizdən, o cümlədən dilin termi­noloji sistemindən də yan keçməyib, dilin lüğət tərkibində, xüs­u­silə onun terminoloji bazasında müxtəlif dəyişmələrə səbəb olub. Müstəqillik  qazandıqdan sonra - ictimai-siyasi dəyi­şikliklər və elmi-texniki inqilablarla səciyyələnən XX əsrin sonlarından başlayaraq Azərbaycan dilinin terminoloji sisteminin zənginləşməsində və formalaşmasında rus dilinin təsir dairəsi azalmaqla bərabər Avropa dillərindən alınma­lar artmağa başlayıb. Termin almada əvvəlki dövr­lərdə əsas mənbə olan rus dilinin əvəzinə Qərbi Avropa dilləri, xüsusən ingilis dilinin əsas rol oynaması müşahidə olunur. Avropa ölkələrinə inteqrasiya rus dilindən və onun vasitəsilə dilimizə keçən terminlərin alınması axınının qarşısını al­ıb.Terminoloji yeniləşmə, lüğət tərkibinin inkişafı elmi-texniki tərəqqi, ictimai-siyasi və iqtisadi yeniləşmə, ölkələr­arası beynəl­xalq əlaqələrlə birbaşa bağlıdır. Belə ki, dünyaya inteqrasiya, ictimai-siyasi yeniləşmə bir çox anla­yış­ların, məfhumların və onları ifadə edən yeni terminlərin meydana gəlməsi ilə nəti­cələnir. Ona görə də müasir dövrdə terminologiyanın ən əsas problemlərindən biri ictimai-siyasi həyatı, situasiyaları, bir sözlə, ölkə daxilində baş verən pro­sesləri özün­də əks etdirən söz və terminlərin yaradılmasıdır. Bununla paralel isə zamanın tələbinə və yeni sosial-ideoloji mühitə uyğun ictimai-siyasi terminologiya yaranır. XX əsrin II yarısı kibernetika və informasiya texnolo­giya­larının sürətli inkişafı ilə səciyyələnir. Yüksək elmi-texniki tərəqqi prosesində informatikanın proqramlaşdırma sistemləri və dilləri, tətbiqi proqramlar, elektron hesablama maşınları yaranır və buna uyğun olaraq terminoloji sistem formalaşır. Bu proses kompyuter və korporativ şəbə­kələrinin, xüsusən də qlobal informasiya şəbəkəsinin - internetin yaranması ilə nəticələndi. Bütün bunlar həmin sahədə işlə­nən terminlərin sayının sürətlə artmasına səbəb olur. Odur ki, istər informasiya texnologiyaları, istərsə də digər elm sahələri üzrə həmin yeni anlayışların milli dillər hesabına ifadəsi və terminin yaradılması mümkün olmadıqda alınma­lara müraciət edilir. Müxtəlif elm sahələri üzrə kəşflər, ixtiralar və yeniliklər termin və anlayışlarla ifadə olunur. Sözsüz ki, elmi kəşflərin meydana gəldiyi coğrafi məkanın dili -morfem və leksemləri terminin yaranmasında əsas rol oynayır. Yeni elm sahələrinə məxsus terminlərin əsas hissəsi isə yarandığı ölkənin dilindən alınır. Aydındır ki, bu zaman alınma terminlər mənsub olduğu dilin elementlərini, morfem və fonetik xüsusiyyətlərini də dilimizə gətirir. Ahəng qanu­nunun pozulması, ön şəkilçilərin işlənməsi, quruluşca düzəltmə sözlərdə kökün müstəqil işlənə bilməməsi kimi xüsusiyyətlər başqa dillərdən keçən terminlər vasitəsilə dilimizə daxil olur. Bununla yanaşı alınma terminlər fonetik və qrammatik cəhətdən dilin qrammatik qayda-qanunlarına uyğunlaşdırılır, bəziləri (tele, avto, video) dildə beynəlmiləl termin kimi xüsusi lay təşkil edir.  





Nigar Abdullayeva  

Palitra.-2012.-10 aprel .-S.11.


Последний раз редактировалось: Dilshad Panahova (Пн Ноя 19, 2018 5:12 pm), всего редактировалось 1 раз(а)
Dilshad Panahova
Dilshad Panahova
Admin

Сообщения : 70
Дата регистрации : 2017-10-07

https://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

DOCUMENTAZIONE E TERMINOLOGIA/ TERMİNOLOGİYA VƏ SƏNƏDLƏŞDİRMƏ Empty Azərbaycan dilində iqtisadi termin yaradıcılığının vacib prinsipləri

Сообщение автор Dilshad Panahova Пн Ноя 19, 2018 4:56 pm


Azərbaycan dilində iqtisadi termin yaradıcılığının vacib prinsipləri

Azərbaycan dilində termin yaradıcılığı və onlardan istifadə qaydaları

Azərbaycan Respublikası öz müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dilinin dövlət dili kimi Konstitusiya statusunun təmin olunması, onun müstəqil dövlətçiliyimizin atributlarından biri kimi xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında daha fəal işlənməsi dövlət orqanları, nazirlik, idarə, müəssisə və təşkilatlarda tərtib olunan müxtəlif sənəd və yazışmalarda, uçot və hesabat işlərində, eyni zamanda elmi-tədqiqat işlərində, kütləvi və dövri mətbuatda, hesablama texnikasının tətbiqində iqtisadi terminlərdən istifadəni xeyli genişləndirmişdir.

Azərbaycan Respublikası Prezidentinin 23 may 2012-ci il tarixli sərəncamı ilə  təsdiq etdiyi “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramında Azərbaycan dilində terminologiya sisteminin yenidən işlənməsi, qaydaya salınması sahəsində bir sıra mühüm vəzifələr müəyyən edilmiş, həmin vəzifələrin həyata keçirilməsini nəzərdə tutan çox vacib tədbirlər nəzərdə tutulmuş, aidiyyati qurumların bu məsələləri qısa müddətdə reallaşdırması üçün konkret tapşırıqlar verilmişdir. Proqramın qəbuledilmə zərurətini, dil və terminologiya sahəsində mövcud problemləri nəzərə alaraq bu vəzifələri aşağıdakı kimi qruplaşdırmaq olar:

Azərbaycan dilində termin və anlayışlardan  istifadə və ya tərcümədə vahid  qaydalar və təkvariantlılığın təmin olunması;

mətbuat orqanlarında, televiziya və radio kanallarında, internet resurslarında və sosial şəbəkələrdə vahid terminlərdən istifadə qərarlaşması;

müasir informasiya və kommunikasiya texnologiyaları əsasında iqtisadi mətnlərin  müxtəlif dillərdən – orijinaldan Azərbaycan dilinə daha dəqiq tərcüməsinin təmin olunması;

iqtisadi terminlər və anlayışlar hesabına Azərbaycan dilinin lüğət ehtiyatının, həmçinin milli iqtisadi internet resurslarının, elektron və interaktiv materialların və dərsliklərin yaradılması sahəsində işlərin gücləndirilməsi;

Azərbaycan dilinin təkmilləşdirilmiş yeni orfoqrafik, izahlı, frazeoloji, terminoloji, tərcümə, ensiklopedik və tezlik elektron lüğətlərinin hazırlanması;

beynəlxalq standartlar əsasında vahid milli terminoloji informasiya sisteminin yaradılması;

Azərbaycan dilinin daha geniş istifadəsinin təmin edilməsi üçün informasiya və internet texnologiyalarının, maşın tərcüməsi sistemlərinin və digər müasir tətbiqi linqvistik texnologiyaların yaradılması və inkişaf etdirilməsi;

Azərbaycan dilində yerinə yetirilən elmi-tədqiqat, dissertasiya və məqalələrin orijinallığını yoxlayan daha mükəmməl antiplagiat sistemin yaradılması;

türk dillərinin fonetika, leksika və qrammatikasının müqayisəli tədqiqi və birgə araşdırmaların daha da intensivləşməsi sayəsində ortaq iqtisadi terminologiyanın yaradılması;

iqtisadçılarla türkoloq-dilçilərin bu sahədə tədqiqatları və səylərinin əlaqələndirilməsi;

türk dillərinin (Azərbaycan dilinin də) yeni söz və termin yaratmaq imkanlarından daha geniş  istifadə edilməsi.

Termin və anlayışların məzmunu və mahiyyəti, termin yaradıcılığının zəruri şərtləri

Nəzərə almaq lazımdır ki, iqtisadi inkişafımızda bazar münasibətlərinin möhkəmlənməsi, respublikanın beynəlxalq iqtisadi əlaqələrinin daha da genişlənməsi, bir tərəfdən, çoxlu yeni iqtisadi anlayış və terminlərin yaranmasına, digər tərəfdən, bəzi mövcud anlayış və terminlərin məna yükündə dəyişikliklərə səbəb olur. Ölkəmizdə bazar iqtisadiyyatının daha da dərinləşməsi yönündə iqtisadi islahatların aparılması, iqtisadi subyektlərin təsərrüfat fəaliyyətinin müvəffəqiyyətlə həyata keçirilməsi əhəmiyyətli dərəcədə bu terminlərin düzgün işlənməsi və dərk edilməsindən asılıdır. Eyni zamanda, bu gün iqtisadiyyat və dilçiliyə dair elmi ədəbiyyatda terminin özünün mahiyyəti, prinsipial fərqləri düzgün başa düşülmədiyindən, onu söz və anlayışla qarışdırırlar.

Nüfuzlu ensiklopedik mənbələrə görə söz – hər hansı bir predmetə, onun keyfiyyət və səciyyəsinə, qarşılıqlı münasibətlərinə ad verilməsi üçün istifadə olunan dilin əsas struktur vahidi, həmçinin insan təsəvvürünün yaratdığı xəyali və mücərrəd anlayışların adıdır. Tarixi  baxımdan, dilin tərkib hissəsi kimi söz, adətən, müxtəlif mənşəyə malikdir. Məhz mənbələrin belə çoxluğunda, ən əhəmiyyətli sözlərin əsil mənşəyini bərpa etmək naminə terminologiya və etimologiya predmetlərinin əlaqələndirilməsi fundamental tədqiqatlar üçün xüsusən perspektivli sayılır. Söz, həm də nitq fəaliyyətinin əsas vahidi kimi qəbul olunur.

Anlayış - təfəkkürün forması, predmet və hadisələrin ən mühüm xüsusiyyətlərini, əlaqələrini və münasibətlərini düşüncədə vəhdətdə ifadə edən fikir; müəyyən ümumi və məcmuca onun üçün spesifik əlamətləri fərqləndirən və ümumiləşdirən düşüncə və ya düşüncələr sistemidir. Buna görə də, anlayışın yaranmasının əsasında, predmetlərin ümumiləşdirilmiş formada aşkar edilən (mücərrədləşdirilən), yəni baxdığımız bir çox predmetlərə xas olan ümumi cizgilərində konkret xüsusiyyətləri göstərmədən ifadə edilən əlamətlər durur.

Termin (lat. terminus – hədd, sərhəd, son) – hər hansı elm, texnika, texnologiya, incəsənət və digər sahələrdə bəzi anlayışların adını bildirən söz və ya söz birləşməsi. Geniş mənada termin sözün (adın) sinonimi kimi işlənsə də, məxsusi (elmi) çalara malikdir. Başqa sözlə, termin söz və söz birləşməsi (mürəkkəb və ya deskriptiv - ümumi halda ən qısa) kimi mənası uyğun elmi nəzəriyyənin və ya hər hansı elm sahəsinin kontekstində müəyyən edilir.

Terminologiya ümumiyyətlə elmi anlayışlar sistemi ilə bağlıdır. Terminologiya istənilən dildən lüğət fondunun daha aktiv inkişaf edən tərkib hissəsi olmaqla yanaşı, həm də cəmiyyətdə, elmdə baş verən mütərəqqi dəyişiklikləri özündə əks etdirir. Müasir terminşünaslığın aktuallığı və çoxşaxəliliyi son illərdə elm, təhsil, sosial-iqtisadi və siyasi sahələrdə daha intensivliklə baş verən sıçrayışlarla bağlıdır. Onun tərifini belə də vermək olar: müəyyən elm, texnologiya və istehsal sahəsinin anlayışlar sistemində elmi anlayışları dəqiq və birmənalı adla ifadə etmək üçün istifadə edilən söz və söz birləşmələrin məcmusu. Terminlər - predmetlərin, obyektlərin, hadisələrin, onların xassələrinin və əlaqələrinin bu sahə üçün xarakterik olan xüsusi ixtisaslaşdırılmış, məhdudlaşdırıcı təyinatı kimi çıxış edir.

Hər bir elmin terminologiya  sistemi digər elmlərin sözlərlə ifadə olunan terminologiyasından təkcə anlayışların məzmununa görə deyil, həm də linqvistik əhəmiyyətlərinə (sözyaratma modellərinə) görə fərqlənir.

Terminlər - öz vacib təyinatına uyğun olaraq məhdudlaşdırılmış  xüsusi sözlərdir; anlayışların və şeylərin adlarının birmənalı, daha dəqiq ifadəsinə cəhd edən sözlərdir. Terminlərin əsas keyfiyyəti onun dəqiq və birmənalı olmasındadır. Bu, elm, texnologiya, siyasət və diplomatiyada çox vacib şərtdir. Ümumi leksikada işlədilən çoxmənalı, bəzən də emosional çalarlara malik  sözlərdən fərqli olaraq, terminlər tətbiq sferası hüdudlarında birmənalı olmaqla, həm də ekspressiyadan (yəni, onu ifadə edənin dil qanunauyğunluqlarından kənar subyektiv mülahizələrinə əsaslana bilməz) məhrumdur.

Adi dildəki sözlərin əksəriyyətinə çoxmənalılıq (polisemiya) xas olduğu halda, terminoloji sistemlərdə ona cəhd edilir ki, onun ayrıca söz və ya söz birləşməsi olmasından asılı olmayaraq ancaq bir mənada ifadə edilsin. Ümumi ədəbi dildə müxtəlif cür səslənən, lakin eyni və ya yaxın mənada olan sözlər və söz birləşmələri (sinonimlər) və eyni cür səslənən, lakin müxtəlif mənada olan sözlər və söz birləşmələri adi normal hal sayılırsa, terminologiyada sinonim və omonimlərdən uzaq durmağa çalışırlar.

Terminlər müəyyən terminologiya çərçivəsində mövcuddur, yəni dilin konkret leksik sisteminə yalnız müəyyən terminoloji sistem vasitəsilə daxil olur. Ümumi dildəki sözlərdən fərqli olaraq, terminlər hər hansı kontekstlə bağlana bilməz, onlar müəyyən terminologiyaya daxil olduqdan sonra təkmənalı sözə çevrilir. Dilin leksik sistemi çərçivəsində terminlər ideal birmənalı olmaqla, həm də sistematik və stilistik cəhətdən neytral (məsələn, “sinus”, “izafi dəyər”) olmalıdır.

İqtisadi terminlər -  iqtisadçıların peşəkar fəaliyyətində qəbul etdikləri və xüsusi şərtlərlə istifadə etdikləri xüsusi söz və ya söz birləşməsidir... Terminologiya iqtisadiyyatın elmi nəzəriyyələri və konsepsiyaları ilə sıx qarşılıqlı əlaqədədir... Bu əlaqə, həm də terminin dildəki statusuna da təsir edir, belə ki, tədqiqatçılar tərəfindən müşahidə edilən faktlar və nəzəri düşüncələr termində söz kimi ifadə olunur... İstənilən halda, termin yaradıldığı və istifadə edildiyi dilin qanunauyğunluqlarına tabedir.

Müasir terminologiya sisteminin formalaşması və termin yaradıcılığının dünya təcrübəsi ilə əlaqələndirilməsi

İqtisadçıların  müasir professional dili – dünya iqtisad elminin çoxəsrlik inkişafının məhsuludur. Qədim Yunanıstan və qədim Roma xalqlarının mədəniyyət və elmi dünya mədəniyyətinin və elminin inkişaf tarixində böyük təsiri olmuşdur. Bu tarixi təsir, demək olar ki, dünyanın bütün inkişaf etmiş dillərinin lüğətlərində öz əksini tapmışdır.

Uzaq və yaxın keçmişin iqtisad elmi də bu baxımdan, istisna deyil. İqtisadçılar belə lüğətlərin xəbərdar olmalıdır. İqtisadi lüğətlərə bənzər ilk nəşrlər  Böyük Britaniya, Almaniya, Fransa və digər Avropa ölkələrində XVII sonu - XVIII əsrin əvvəllərində meydana gəlmişdi.  Əvvəlcə belə lüğətlər kitabın öz içində əlavə kimi verilirdi. Məsələn, Böyük Britaniyada  E.Hatton “Tacirin toplusu” adlı məcmuəsinə ayrıca  “Tacirin lüğəti” bölməsi əlavə etmişdi. XVIII əsrdən etibarən iqtisadi ensiklopediyalar və lüğətlər müstəqil nəşrlər kimi yaradılmışdı. Öz nəhəng həcminə görə alman iqtisadçısı I.G.Kryunitsin bilavasitə əsasını qoyduğu və ilk 72 cilddinin redaktoru olduğu 242 cildlik “İqtisadiyyat Ensiklopediyası” xüsusi diqqətə layiqdir.

İqtisadiyyat üzrə bir sıra əsərlərin müəllifi olan ingilis C.R.Mak-Kulloh “Ticarət və ticarət naviqasiyası üzrə praktiki, nəzəri və tarixi lüğət” yaratmışdı ki, Böyük Britaniya və ABŞ-da 1890-cı ilədək 30 dəfə təkrar nəşr olunmuşdu.

Azərbaycan dilinin daha çox ünsiyyətdə olduğu Rusiya məkanında kommersiya, ticarət, maliyyə və mühasibat sahəsində iqtisadi ensiklopediyalar və lüğətlər yaradılmışdı. Onların arasında: İ.S.Vavilovun “Kommersiya sorğu lüğəti”ni, A.İ.İpatovun “Kommersiya lüğəti”ni vı İ.P.Babenkonun “Ticarət-sənaye lüğəti”ni göstərmək olar.

Terminologiya, lüğətlərin digər qatlarından fərqli olaraq müxtəlif nazirlik və idarə komissiyalar; dövlət və beynəlxalq səviyyələrdə daim tənzimləmə, qaydaya salınma, unifikasiya və bəzən də standartlaşdırma  predmetidir. Belə ixtisaslaşmış komissiyalar keçmiş SSRİ EA, Müttəfiq Respublikaların EA nəzdində fəaliyyət göstərmişdi. Bu gün Azərbaycan Respublikasında Terminologiya Komissiyası əsasən MEA-da fəaliyyət göstərsə də, hüquqi baxımdan daha geniş səlahiyyətlə AR Nazirlər Kabineti nəzdindədir.

Terminologiya sisteminin özü daim hərəkətdədir. Bəzi terminlər tarixi baxımdan işlənmədiyinə, elmi termin dairəsindən çıxarıldığına, daha uğurlu yeni terminlərlə əvəz olunduğuna görə yaşam dövrünü başa vurur. Sovet dövründə bütün ali məktəb tələbələrinə ciddi cəhdlə öyrədilən “Siyasi iqtisad” fənni və termini belələrindəndir. Əksinə, hamıya məlum olan “iqtisadiyyat” termininə “ekonomiks”  kimi yeni termin də əlavə olunmuşdur və “ekonomiya” sözü həm də  “iqtisadiyyat” termininin sinonimi kimi (məhz qənaət yox) işlənir.

Eyni bir termin müxtəlif elmlərdə də işlənə bilir, məsələn, reaksiya (kimya, fiziologiya, siyasət, iqtisadiyyat və s.), reduksiya (fəlsəfə, hüquq, iqtisadiyyat) və s. Terminlər digər dildən kalka (fr. calque - sözün sırf hərfi mənada tərcüməsi) üsulu ilə alına və ya dilin öz morfem alətlərinə və ya beynəlmiləl ünsürlərinə uyğun olaraq yaradıla bilər.

Terminlər dil vahidi kimi həmin dilin fonetik və qrammatik  qanunauyğunluqlarına tabedir. Dünyada elmlərin beynəlmiləlləşməsi ilə əlaqədar son onilliklərdə elmi terminologiyada yunan-latın ünsürləri böyük payla üstünlük təşkil etməkdədir. Eyni zamanda, söz birləşməsi-terminlərin də sayı artmaqdadır. Müasir elmdə dillərin fərqindən asılı olmayaraq, eyni elm daxilində terminlərin semantik unifikasiyasına, yəni müxtəlif dillərdə terminlərin birmənalı uyğunluğuna və ümumiyyətlə, terminlərin beynəlmiləlləşməsinə üstünlük verilməkdədir. Bəzi müəlliflərə görə, Avropa dillərindəki terminoloji siyahını ancaq isimlərdən ibarət olması ilə məhdudlaşdırmaq lazımdır. Lakin bu sahədə nüfuzlu dilçilər bəzi fel, sifət və zərflərin də  termin adlandırılmasını qəbul edirlər.

Bu məsələ, türk dilləri üçün daha aktualdır. Məlum olduğu kimi əksər Avropa dillərində, həmçinin dilimizin terminologiya fondunun ən çox   yararlandığı ərəb, fars  və rus dillərində yeni söz-termin yaratma imkanları həmin dillərdə mövcud olan önlüklər (prefikslər) hesabına bir qədər artıqdır. Lakin türk dillərinin məhz fel, sifət və şəkilçilərdən istifadə etməklə yeni söz-termin yaratmaq imkanları qat-qat üstündür. Bunu Mahmud Kaşqarinin “Divanu Luğati-t-Türk” (Türk dilləri lüğəti) ensiklopedik əsəri də əyani göstərir. Bu gün iqtisadiyyatın, iqtisad elminin ən vacib terminlərindən olan vergi (taxe, naloq) sözünün türk dillərindəki kimi uğurla yaradılan analoqu yoxdur. Hətta, bəzi türk xalqlarında (karluq, qırğız) işlədilən verit terminini də bu qəbildən saymaq olar.

Bəzi terminlərin qarşılığını qədim türk dillərindən uğurla tapmaq mümkündür. Mahmud Qaşqariyə görə qədim uyqur hüquq sənədlərdə natural töycü yığanlar “alımçı” kimi işlədilirdi. Bu söz kreditor terminini bütün türk dillərində uğurla əvəzləyə bilər.

Fikrimizcə, son illərdə türk xalqlarının və toplumlarının beynəlxalq əlaqələrinin və birgə araşdırmalarının daha da intensivləşməsi iqtisadi terminologiya sahəsində də əsaslı dönüş yaratmağa gətirib çıxara bilər, türk dillərinin (Azərbaycan dilinin də) yeni söz və termin yaratmaq imkanlarından daha geniş  istifadə edilə bilər. Həmçinin dilçilik, tibb, texniki və dəqiq elmlər, o cümlədən iqtisad elmində bütün türk xalqları üçün ortaq terminlərin yaradılması kifayət qədər aktualdır. 300-500 il qabaq eyni dildə danışan, eyni kökə, tarixə və folklora malik türklərin bir-birini bəzən başa düşməməsinin, ayrı-ayrı türk toplumlarında nəşr edilən elmi kitabların, məqalələrin və dərsliklərin qarşılıqlı yayılmamasının da səbəbini bunda axtarmaq lazımdır.

Termin həm də ondan törəyəcək yeni terminlərin yaradılması üçün rasional və qavramada  rahat olmalıdır. Əsas termin isimdirsə, onu sifət, fel kimi hallandırmaq, yaxud sifət vasitəsilə yeni isim yaratmaq daha asandır. Əgər əsas termin sifət formasındadırsa,  digər zəruri paralel terminlərə keçid daha çətindir. Terminlər üçün ən vacib keyfiyyətlərdən biri onların beynəlmiləlliyidir. Məhz siyasət, elm, texnika və texnologiya sahəsində beynəlxalq əlaqələr həyata keçirildiyindən, müxtəlif millətlərdən və dillərdən olan insanların bir-birini asan başa düşməsi çox vacib məsələdir. Bəzən beynəlxalq konfrans və simpoziumlarda təqdim olan materiallarda və ya məruzələrdə bütün yazılanlar və danışılanlar başa düşülməsə də, ifadə olunan ümumi elmi, siyasi-iqtisadi terminlər əksər iştirakçılara söhbətin nədən getdiyini, bəzən onun mahiyyətini də anlamağa imkan verir.

Terminlərin yaradılmasında birinci yol -xalqın öz dilində mövcud olan sözlərdən istifadə etməkdir. Bunun müsbət tərəfi odur ki, dilin lüğət tərkibi qorunur, dil xarici sözlərlə zibillənmir, o dildə danışanlar üçün  aydın başa düşülür. Lakin belə yaradılan terminlər onun mənasını tam ifadə etməyə bilər, həmin sözün termin kimi başqa metaforik, bəzən də metanomik mənası da ola bilər və bu halda da birbaşa və əsas mənasında başa düşülməyə bilər. Bundan qaçmaq üçün çox vaxt terminləri adi sözlərdən fonetik və qramatik cəhətdən fərqləndirirlər.

Başqa dillərdən alınma terminlər məhz bu çətinliyi aradan qaldırır. Alınma terminlər dilə ləqəb, etiket və şəxs adları (məsələn, kombayn, konteyner, buldozer və s.) kimi daxil olur. Alınma terminlər digər anlayışlarla qarışdırılmır, birmənalıdır və ekspressiyadan kənardır. Belə terminlərin başqa dillərdən alınması real tarixi praktika ilə, hər xalqın qarşılıqlı əlaqədə və inteqrasiyada olduğu millət və xalqların mədəniyyətinin xarakteri və səviyyəsi ilə müəyyən olunur. Məsələn, rus dilində atçılıq üzrə terminologiyanın əksəriyyəti Rusiyanı uzun illər fəth etmiş tatarların vasitəsilə türk xalqlarından alınmadır (məsələn, loşad, tabun, arkan və s.); dənizçilik terminləri - hollandizmlə zəngindir (buqşprit, fok, qrot, yut və s.); kulinariya, teatr, son vaxtlar elektrotexnika və aviasiyada - fransız terminləri (menyü, restoran, bulyon, raqu, krem, parter, rampa, antrakt, afişa, debüt və s.) ; idmanda - ingilis terminləri (sport, start, finiş, çempion, futbol, tennis, taym və s.) daxil olmuşdur.

Ayrı-ayrı dillərdən alınma sözlərin ən böyük qüsuru özünü - dilin təsadüfi yad sözlərlə zibillənməsində göstərir və bu da ilk növbədə, müxtəlif xalqların eyni sahənin terminologiyalarını müxtəlif dillərdən daxil etməsi şəraitində terminologiyanın qarma-qarışışıqlığında və beynəlxalq əlaqələrin qırılmaslnda öz əksini tapır. Məsələn, rus dilində “ştayqer” - dağ-mədən ustası sözü alman dilindən alınmışdır, birbaşa mənası mənbədə “qaldıran” deməkdir ki, bu da həmin işi xarakterizə etmir; fransız dilində bu vəzifə “maitre-mineur” adlanır ki, mənası - “şaxtaçı usta” deməkdir. Daha böyük kuryezi “üz-baş qırxma, saç burma” ilə məşğul olan, almancadan götürülən, rus dilində korlanmış “parikmaxer” sözündə görmək olar. Alman dilində bu işin adı - Perukmaxer, yəni “parik düzəldən” (Peruke - parik, maxen - düzəltmək) olmalıdır; lakin almanların özü bu peşəni fransızcadakı (Friseur - burma, buran) kimi friser; lakin fransızların özü onu “koffer - coiffeur” (darayan) adlandırırlar. Yəni ruslar eyni bir şeyi almanca, almanlar fransızca, fransızlar isə başqa cür adlandırırlar. Çəkdiyimiz bu misal göstərir ki, hətta tarixi baxımdan özünü doğruldan alınma terminlərdə belə, nə sistematiklik, nə də beynəlmiləllik prinsipi qorunur. Bundan başqa, hətta bir-biri ilə vaxtaşırı görüşən müxtəlif xalqlardan və dillərdən olan  səhətkarların səviyyəsində belə, terminlərin şifahi mənimsənilməsində xalq şivəsinə əsaslanan təhriflərə yol verilir. Bu cəhətdən alman sənətkarlardan götürülən, lakin həm də ruslaşdırılan dülgərlik terminləri daha xarakterikdir:  almanca “Werkstatt”  rusca verstak (verstat sözündən); “Schraubzwinge” - strubtsinka (rastrub sözündən); “Nadfil” - napilnik kimi qəbul olunmuşdur. Ayrı-ayrı dillərdən təsadüfən alınan sözlər ingiliscədən (Combine - birləşmə, əlaqələndirmə, kombinə etmə) götürülən kombayn terminində də özünü göstərir. Halbuki bu termin latın-fransız mənşəlidir və ondan yaranan - kombinasiya, kombinator, kombinezon və digər terminlər, məhz ingilis dilinin çalarlarına uyğun yaranmışdır.



Tanrıverdi PAŞA,

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının üzvü, AMEA İqtisadiyyat İnstitutu “Maliyyə, pul-kredit siyasəti” şöbəsinin müdiri

“Xalq qəzeti”, 07 mart 2016-cı il


Последний раз редактировалось: Dilshad Panahova (Пн Ноя 19, 2018 5:11 pm), всего редактировалось 1 раз(а)
Dilshad Panahova
Dilshad Panahova
Admin

Сообщения : 70
Дата регистрации : 2017-10-07

https://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

DOCUMENTAZIONE E TERMINOLOGIA/ TERMİNOLOGİYA VƏ SƏNƏDLƏŞDİRMƏ Empty Raccomandazioni per l'attività terminologica

Сообщение автор Dilshad Panahova Пн Ноя 19, 2018 5:09 pm

http://www.cotsoes.info/sites/default/files/CST_Raccomandazioni_per_l%E2%80%99attivita_terminologica.pdf
Dilshad Panahova
Dilshad Panahova
Admin

Сообщения : 70
Дата регистрации : 2017-10-07

https://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

DOCUMENTAZIONE E TERMINOLOGIA/ TERMİNOLOGİYA VƏ SƏNƏDLƏŞDİRMƏ Empty Terminologia e documenti per la formalizzazione standardizzata della conoscenza

Сообщение автор Dilshad Panahova Пн Ноя 19, 2018 5:15 pm

https://www.academia.edu/7098396/Terminologia_e_documenti_per_la_formalizzazione_standardizzata_della_conoscenza
Dilshad Panahova
Dilshad Panahova
Admin

Сообщения : 70
Дата регистрации : 2017-10-07

https://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

Вернуться к началу


 
Права доступа к этому форуму:
Вы не можете отвечать на сообщения