PTƏ Peşəkar tərcümənin əsasları 268-ci qrup 2018

Перейти вниз

PTƏ Peşəkar tərcümənin əsasları 268-ci qrup 2018

Сообщение автор Dilshad Panahova в Чт Фев 22, 2018 1:26 am

Salam, gənclər!

Mövzunu açıq elan edirəm.
avatar
Dilshad Panahova
Admin

Сообщения : 101
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

Re: PTƏ Peşəkar tərcümənin əsasları 268-ci qrup 2018

Сообщение автор Dilshad Panahova в Чт Фев 22, 2018 1:47 am

Tapdığım maraqlı materialları sizinlə bölüşürəm.
Unutmayın ki, bölüşülən hər bir informasıya sizin mütləq oxu materialınıza çevrilir.
http://aydinyol.az/newsview/349/Tercumeshunasliq-nezeriyyesine-bir-baxish

Tərcümədə gərəksiz olan tərcüməşünaslıq POLEMİKA -
http://kulis.lent.az/news/2710


Tərcüməşünaslıq üzrə biblioqrafiya: nəzəriyyə və tarix - http://www.translit.az/ELEKTRON%20KATALOQ/TERCUMESUNASLIQ/AZ/Tedqiqat-az.htm

avatar
Dilshad Panahova
Admin

Сообщения : 101
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

Re: PTƏ Peşəkar tərcümənin əsasları 268-ci qrup 2018

Сообщение автор Dilshad Panahova в Чт Фев 22, 2018 1:48 am

Füzuli Əsgərli - Bədii tərcümə prinsipləri
http://anl.az/el/alf7/ef_btp.pdf

avatar
Dilshad Panahova
Admin

Сообщения : 101
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

Re: PTƏ Peşəkar tərcümənin əsasları 268-ci qrup 2018

Сообщение автор Dilshad Panahova в Чт Фев 22, 2018 1:57 am

Gənclər,
yuxarıdakı və bu linklər kitabların pdf variantlarıdır.

Dərs zamanı mütləq oxunacaq hissələri qeyd edəcəm.


Şəhla Nağıyeva - Bədii tərcümə: nəzəriyyə və praktika http://elibrary.bsu.az/yenii/yeni_kitablar/1411919779.pdf

Fialə Abdullayeva - Peşəkar tərcümənin əsasları http://lib.bbu.edu.az/files/book/619.pdf

İzahlı tərcüməşünaslıq terminləri lüğəti http://elibrary.bsu.az/kitablar/1098.pdf
avatar
Dilshad Panahova
Admin

Сообщения : 101
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

Re: PTƏ Peşəkar tərcümənin əsasları 268-ci qrup 2018

Сообщение автор Dilshad Panahova в Чт Фев 22, 2018 2:01 am

Bunun haqqında Sizə məhz dünən danışırdım. Amma belə bir adla elmə gətirilən bir nəzəriyyə olduğunu bilmirdim

SKOPOS NƏZƏRİYYƏSİ

http://artkaspi.az/az/skopos-nezeriyyesi/#.Wo3miq6WaUk
avatar
Dilshad Panahova
Admin

Сообщения : 101
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

Re: PTƏ Peşəkar tərcümənin əsasları 268-ci qrup 2018

Сообщение автор Dilshad Panahova в Чт Фев 22, 2018 11:15 am

İTALYAN DİLİNİN İZAHLI ONLİNE LÜĞƏTLƏRİ

http://dizionari.repubblica.it/italiano.php
http://dizionari.corriere.it/dizionario_italiano/
http://www.garzantilinguistica.it/

ENSİKLOPEDİK LÜĞƏT http://www.treccani.it/

CORRİERE DELLA SERA-YA AİD DİGƏR LÜĞƏTLƏR
http://dizionari.corriere.it/
avatar
Dilshad Panahova
Admin

Сообщения : 101
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

Re: PTƏ Peşəkar tərcümənin əsasları 268-ci qrup 2018

Сообщение автор Dilshad Panahova в Чт Фев 22, 2018 11:25 am

AZƏRAYCAN DİLİNİN İZAHLI LÜĞƏTİ
https://azerdict.com/az/izahli-luget/guideline
http://obastan.com/az/dict/exp

Lüğətdən istifadə qaydalarına aid mətni oxumaq lazımdır
avatar
Dilshad Panahova
Admin

Сообщения : 101
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

Re: PTƏ Peşəkar tərcümənin əsasları 268-ci qrup 2018

Сообщение автор Dilshad Panahova в Пн Мар 12, 2018 12:10 am

Salam

Keçən semestr İxtisasa giriş fənnindən olan imtahan sualları



1. Xüsusi isimlərin tərcüməsinə dair hansı fikirlər, üsul və prinsiplər mövcuddur? (10 bal)
2. Qrammatika tərcümə prosesinə hansı formada təsir edə bilər? Fikrinizi italyan dilindən Azərbaycan dilinə tərcüməyə aid misal əsasında izah edin. (10 bal)
3. Dialoji nitqin tərcüməsi zamanı hansı amillərə fikir vermək lazımdır? (10 bal)
4. Mədəniyyət və tərcümə. İtaliya mədəniyyəti və italyan dilindən tərcümə işi. Sizcə mədəniyyətlə bağlı fon bilikləri tərcümə işinə hansı formada öz töhfəsini verir? Fikirlərinizi misallarla əsaslandırın. (10 bal)
5. Tərcümə etməli olduğumuz bədii mətn ilə bağlı hansı növ məlumatlar tərcümə işinə öz töhfəsini verə bilər? (10 bal)
6. Xüsusi isimlərin tərcüməsinə dair tarixi prinsip deyəndə nə anlayırsınız? (10 bal)
7. İtalyan dilində artikl kateqoriyasının mövcud olması Azərbaycan dilinə tərcümə zamanı hansı problemlərə səbəb ola bilər? Bu problemləri siz hansı üsullarla həll edərdiniz? Fikrinizi misallar ilə əsaslandırın. (10 bal)
8. Sizcə peşəkar tərcüməçi olmaq üçün hansı hazırlıqları keçmək, hansı bilik və bacarıqlara malik olmaq mütləqdir? (10 bal)
9. Dialoji nitqi səciyyələndirən hansı xüsusiyyətlər tərcümə zamanı nəzərə alınmalıdır?
10. Xüsusi isimlərin tərcüməsində tranliterasiyanın mühümlüyü nədən ibarətdir? (10 bal)
11. Azərbaycan dilində cins kateqoriyasının olmaması italyan dilinə tərcümədə hansı problemlərə səbəb ola bilər. Fikrinizi misallar ilə əsaslandırın. (10 bal)
12. Hansı xüsusiyyətlər tərcüməçinin peşəkarlığını göstərir? (10 bal)
13. Dialoji və monoloji nitqin tərcüməsi hansı amillərin nəzərə alınmasını tələb edir? (10 bal)
14. Tərcümə edilən mətnin aid olduğu mədəniyyətə aid fon bilikləri tərcüməçiyə hansı formada xidmət edir? (10 bal)
15. Transliterasiya nədir və mahiyyəti nədən ibarətdir? (10 bal)
16. Fikrinizcə yüksək ixtisaslı tərcüməçi hansı keyfiyyətlərə, bilik və bacarıqlara malik olmalıdır? (10 bal)
17. Şifahi tərcümə ilə yazılı tərcümənin fərqləri nədən ibarətdir? (10 bal)
18. Qrammatika tərcümə prosesinə hansı formada təsir edə bilər? Fikrinizi italyan dilindən Azərbaycan dilinə tərcüməyə aid misal əsasında izah edin. (10 bal)
19. Yüksək ixtisaslı tərcüməçi hansı keyfiyyətlərə, bilik və bacarıqlara malik olmalıdır?
a. (10 bal)
20. Bədii tərcümə ilə elmi-texniki tərcümənin fərqləri nədən ibarətdir? (10 bal)
21. Azərbaycan dilindən fərqli olaraq, italyan dilində artikl və cins kateqoriyasının mövcud olması tərcümə işinə hansı formada təsir edə bilər. Fikrinizi misallarla əsaslandırın.
22. Bədii mətn tərcüməsindən öncə hansı hazırlıq mərhələsini keçmək lazımdır? (10 bal)
23. Tərcüməçiyə kömək edən hansı növ lüğətlər mövcuddur? Tərcümə zamanı lüğətdən istifadə qaydalarına dair fikirlərinizi əsaslandıraraq qeyd edin. (10 bal)
24. Təsvir səhnələrinin tərcüməsi zamanı hansı amillərə fikir vermək lazımdır? (10 bal)
25. Tərcüməçiyə kömək edən hansı növ vasitələr vardır? (10 bal)
26. Umberto Eko bədii mətndəki ikimənalılıqla bağlı problemlərlə bağlı hansı fikirləri qeyd edib? (10 bal)
27. Hər hansı bir tərcüməni etməzdən öncə tərcüməçi nə etməlidir? (10 bal)
28. Orijinal mətni tərcümə edən tərcüməçi eyni zamanda həm oxucu, həm də qəbul etdiyi informasiyanın ötürücüsüdür. Bu fikri necə izah edə bilərsiniz? (10 bal)
29. Transliterasiya və növləri. (10 bal)
30. Dil və mədəniyyətin əlaqəsi (10 bal)
31. Orijinal mətni tərcümə edən tərcüməçi eyni zamanda həm oxucu, həm də qəbul etdiyi informasiyanın ötürücüsüdür. Bu fikri necə izah edə bilərsiniz? (10 bal)
32. Tərcümədə realilər. (10 bal)
33. Yüksək ixtisaslı tərcüməçi hansı keyfiyyətlərə, bilik və bacarıqlara malik olmalıdır? (10 bal)


avatar
Dilshad Panahova
Admin

Сообщения : 101
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

Sillabusdan 1 hissə

Сообщение автор Dilshad Panahova в Пн Мар 12, 2018 3:59 am

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ
TƏRCÜMƏ VƏ MƏDƏNİYYƏTŞÜNASLIQ FAKÜLTƏSİ
ROMAN DİLLƏRİNİN TƏRCÜMƏSİ NƏZƏRİYYƏSİ VƏ PRAKTİKASI KAFEDRASI
PEŞƏKAR TƏRCÜMƏNİN ƏSASLARI FƏNNİ ÜZRƏ SİLLABUS
(İtalyan dili, bakalavriatura səviyyəsi)

Tədris ili: 2017-2018
Semestr: IV
Fənn üzrə tədris yükü: 75 saat
Kredit sayı: 5 (hər 15 saata 1 kredit)
Qrup: 268
Tələbə sayı: 12
Məsləhət saatları: cümə günləri  15.30 - 16.30 (öncədən xəbər vermək mütləqdir)

KURSUN TƏSVİRİ
Fənn tərcümə nəzəriyyəsinə giriş xarakteri daşıyır və tərcüməçilik peşəsinin icrası ilə bağlı bütün nəzəri məsələləri, həmçinin onların tətbiqinə dair problemləri əhatə edir. ADU-nun Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin bakalavriatura səviyyəsi üzrə bu fənn üçün IV semestrdə 75 saat dərs yükü nəzərdə tutulur. Dərslər II növbədə təşkil olunur və fənnin tədrisi semestrin ilk 7 həftəsi boyunca həftədə 2 dəfə, VIII həftədən başlayaraq 3 dəfə keçiriləcək. Dərs cədvəli və dərs otaqları barədə məlumat Fakültə dekanlığı tərəfindən təqdim olunur. Dərs saatlarının və ya auditoriyaların məqsədyönlü və ya üzrlü səbəblərdən dəyişdirilməsi tələbərlə və dekanlıq ilə razılaşdırma yolu ilə gerçəkləşdirilir. Fənnin tədrisi Azərbaycan dilində yerinə yetirilir. Dərsə davamiyyət nəzarət altında saxlanılacaq. Səkkiz saat qaib (4 dərs) semestr ballarından 1 bal aparır, 20 saat qaiba (10 dərs) malik olan tələbə isə imtahana buraxılmır. Tələbələr tərəfindən fənnin və tədrisin qiymətləndirilməsi məqsədi ilə kursun əvvəlində və sonunda sorğu keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə təqdim olunacaq sorğu formasının  doldurulmasına tələbələrin məsuliyyətlə yanaşması tələb olunur. 2017-2018-ci tədris ilinin ikinci kurs tələbələri üçün cari fənn Tərcüməşünaslıq elminin fundamental nəzəriyyəsindən bəhs edən ilk kurs olduğuna görə tələbələrin aidiyyatı bilik səviyyələri sıfıra bərabər ola bilər. Fənnin tədrisi auditoriya ilə bərabər virtual məkanda (http://adu-traduzione.forum2x2.ru/t7-topic) online şəkildə də gerçəkləşdiriləcək.

KURSUN MƏQSƏDİ
Peşəkar tərcümənin əsasları fənninin məqsədi aşağıdakılardır:
- tərcümənin mahiyyəti, əhəmiyyəti, tərcümənin iki böyük qolu olan yazılı və şifahi tərcümənin oxşar və fərqli cəhətləri, tərcümə prosesinin mərhələləri, tərcümənin keyfiyyətliliyini təmin edən şərtlər, tərcüməçinin iş şəraiti, mühiti, tərcüməçinin davranış qaydaları və s. barədə zəruri, ümumi biliklər vermək;
- tərcüməçilərin və dilmancların iş prosesində qarşılaşdıqları ümumi problemlər və tərcümə nəzəriyyəsində və praktikasında tez-tez işlədilən spesifik terminlər haqqında məlumat vermək;
- onları peşəkar səviyyədə tərcümə zamanı ortaya çıxa biləcək çətin və həlledici məqamlarda necə davranmalı olduqlarını öyrətmək;
- Tərcüməşünaslıq və ona köməkçi olan Dilçilik elminə dair ən son elmi-praktik nəticələrin ümumi meyarları barədə tələbələrə məlumatlar vermək;
- tələbələrin əqli qüvvələrinin, həmçinin özünütəşkil və özünütəhsil vasitələri ilə yiyələnməsi bacarıqların inkişaf etdirmək.
Kursun məzmununun müfəssəl təsviri təqvim planı və cədvəlində qeyd olunmuşdur.

KURSUN TƏDRİSİNƏ DAİR TƏLƏB OLUNAN BİLİK VƏ BACARIQLAR
Sərbəst işləmək, axtarış və tədqiqat aparmaq, müqayisə etmək və nəticə çıxarmaq, həmçinin fikrini yığcam və əsaslı çatdırmaq bacarıqlarına malik olmaq və onları inkişaf etdirmək tələbələrdən tələb olunan bacarıqlar siyahısına aiddir. Tədris dili ana dilindədir, lakin italyandilli materialların istifadəsi zəruriyyətini nəzərə alaraq xarici dildə komunikasiya səviyyəsi QCER üzrə B2-dən az olmamalıdır. Cari kursun tədrisi məqsədilə öncədən tədrisi zəruri olan (prerekvizitlər:) hər hansı bir fənn yoxdur, eyni zamanda da bu kurs ilə eyni zamanda digər bir fənlərin tədris olunmasına (korekvizitlər) ehtiyac  yoxdur.

ƏDƏBİYYAT:

Fənnə dair ədəbiyyat müxtəlif kitablardan götürülərək toplu şəklində tələbələrə təqdim ediləcək. Bundan əlavə Fialə Abdullayevanın «Peşəkar tərcümənin əsasları» adlı kitabı dərslik kimi istifadə olunacaq. Fənnin tədrisinin Azərbaycan dilində olunmasına baxmayaraq italyandilli materiallardan istifadə alqışlanır. Digər maraqlı oxu materialları müəllimin fərdi forumunda kursa həsr olunmuş movzuda yerləşdiriləcək. Dilçiliyə giriş, Ümumi dilçilik, Azərbaycan dilçiliyə dair mövcud kitablardan köməkçi oxu kimi istifadə oluna bilər.
1. Abdullayeva F., Peşəkar tərcümənin əsasları. UniPrint, Bakı 2010, 217 səh.
2. Mounin G., Teoria e storia della traduzione. Einaudi, Torino 2006, 222 səh.
3. Osimo B., Manuale del traduttore. Hoepli, Milano 2010,
4. Osimo B., Propeudica della traduzione. Hoepli, Milano 2010, 179 səh.
5. Scarpa F., La traduzione specializzata. Hoepli, Milano 2008
6. Novruzov R. M., Tağısoy N., Kamal R.,  İzahlı tərcüməşünaslıq terminlərı lüğəti. Mütərcim, Bakı, 2010, 164 səh.

AÇAR SÖZLƏR
Qeyd olunan açar sözlər müxtəlif axtarış sistemlərinin vasitəsi ilə genişləndirilməlidir. Bunun üçün Google və digər sistemlərdə qeyd olunan açar sözlər həm italyan, həm də Azərbaycan dilində axtarışa verilməli və ən azı nəticə kimi üzə çıxan 5 səhifədəki mənbələr tələbələr tərəfindən nəzərdən keçirilməlidir. Nəzərdən keçirməklə kifayətlənmədən xahiş və tələb olunur ki, maraqlı, zəngin və diskussiyaya səbəb ola biləcək materiallar, mənbələri göstərilməklə elektron və ya kağız formatında qeydə alınsın və bütün qrup tərəfindən müzakirə məqsədi ilə müəllimə təqdim edilsin. Həmçinin kurs boyunca toplanılan məlumatlardan yaradılan toplu tələbələrin semestr sonundakı yekun hazırlığı üçün qiymətli materialdır. Bu məqsədlə fayllardan ibarət papkalardan yararlanmaq olar. Əldə olunan məlumatların mənbələrini göstərmək üçün mətnin adı, müəllifi və yerləşdiyi saytın linki qeyd edilməlidir. Mənbə kitab olduğu halda müəllif, ad, nəşriyyat evi və ili göstərilməlidir (Abdullayeva F., Peşəkar tərcümənin əsasları. UniPrint, Bakı 2010). Hər mövzuya dair açar sözlər ev tapşırığı kimi tələbələrə təqdim olunacaq. Bəzi hallarda bu tapşırıqlar sərbəst iş kimi qiymətləndiriləcək.
Kursa dair ən əsas 5 açar söz aşağıdakılardır:
tərcüməşünaslığın problemləri, italyan dilindən Azərbaycan dilində tərcümə, mədənniyyətlərarası ünsiyyət və tərcümə, Azərbaycan tərcüməçiləri, yadda saxlama və qeydgötürmə

TƏDRİS VƏ TƏLİM METODLARI
Kurs məqsəd və hədəflərinə uyğun olaraq aktiv tədris metodlarından geniş istifadə nəzərdə tutulur.  Tədris zamanı dərketmə fəaliyyətinə töhfə məqsədilə izahlı-illüstrativ, reproduktiv, problemli şərh, qismən axtarış və evristik tədqiqatçılıq metodlarına müraciət olunacaq. İstifadəsi nəzərə tutulan təlim və tədris metodları aşağıdakılardır:
 Mühazirə və sinifdə fəaliyyət
 Qrup işi
 Mütaliə
 Ev tapşırıqları
 Seminar
 Sərbəst işlərin yazılması

TƏLİM RESURSLARI
Proyektor vasitəsilə PPT slayd təqdimatlarının nümayişi nəzərdə tutulur. İstifadə olunacaq resurslara eyni zamanda müəllimin fərdi forumunda (http://adu-traduzione.forum2x2.ru/t7-topic) yaradılmış PTƏ Peşəkar tərcümənin əsasları 268-ci qrup 2018  mövzusu ( http://adu-traduzione.forum2x2.ru/t7-topic) da daxildir. Forum eksperiment xarakteri daşıdığı üçün iştirak ilə bağlı öncədən müəyyənləşdirilmiş konkret tələblər yoxdur. Lakin müəllim tərəfindən forumda bölüşülən oxu mətnləri keçirilən mövzulara dair həm əsas, həm də köməkçi məlumat daşıyıcıları olduğuna görə hər bir tələbənin gündəlik olaraq forumu izləməsi və orada müəllim tərəfindən qeyd edilmiş tapşırıqları yerinə yetirməsi MÜTLƏQDİR! Online şəkildə forumda tələb olunanlar, canlı dərslərdəki tələblərdən qətiyyən qüvvə azlığına malik deyillər və tələbələrin forumda iştirakı da onların semestr qiymətləndirilməsinə təsir edir.

AUDİTORİYA PLUS
Bu layihə çərçivəsində tələbələrin ümumi biliklərini möhkəmləndirmək, imtahanlara hazırlıq və qeyri-ixtisas dillərini inkişaf etdirmək məqsədilə universitet səviyyəsində əlavə dərslər təşkil olunacaq. Mümkün olduğu hallarda cari kurs ilə bağlı mövzulara dair də belə görüşlərin ayda bir dəfə təşkili nəzərdə tutulur. Bunun üçün tələbələrin iştirakı mütləqdir.

DAVRANIŞ VƏ DAVAMİYYƏTƏ VERİLƏN TƏLƏBLƏR:
Mobil telefondan istifadə etmək, gecikmək, başqalarının diqqətini yayındırmaq, dərs zamanı auditoriyadan səbəbsiz çıxmaq və bunun kimi digər dərs gedişatına mane olan hallar qadağandır. Tələbə müəllim və tələbə yoldaşları ilə mədəni davranmalı, ictimai nəzakət qaydalarına əməl etməli və universitetə maddi ziyan vurmamalıdır. Hər hansı bir sual və ya problem olduğu halda Dekanlığa müraciət edə bilər.
Dərslərdə müntəzəm iştirak etmək mütləqdir. Tələbənin dərs yükünü yerinə yetirməsi, həmçinin imtahan suallarına hazırlığı onun dərslərə davamiyyəti ilə sıx bağlıdır. Çünki fənnin tədrisi zamanı müəllimin təqdim etdiyi şifahi izahat və göstərişlər müvəffəqiyyət nəticələri ilə düz mütanasibdir. Tələbənin zəngdən sonra maksimum 5 dəqiqə ərzində auditoriyada olması MÜTLƏQDİR! Əks halda qrup jurnalında dərsdə iştirak etməməyə dair müvafiq qeyd-qaib yazılacaqdır. Dərslərdə iştirak etməmək niyyətiniz olduğu  halda tələb olunur ki, xahiş və ya başqa formada qaibin qeydə alınmaması üçün müəllimə müraciət edilməsin. Buna dair üzrlü səbəblər yalnız dekanlıq tərəfindən rəsmi şəkildə müəllimə bildirilməlidir. Digər hallarda müəllimə müraciət etməməyiniz xahiş və tələb olunur. Tələbələrin dərsdə iştirakı onların həm bilik səviyyələrini, həm insani keyfiyyətlərini, eyni zamanda psixoloji durumlarını əks etdirdiyinə görə müəllimin bu meyara daha çox diqqət yetirməsi, lazımı hallarda müdaxilə edərək tələbələri düzgün istiqamətləndirməsi əsas şərtlərdən biridir. Dərs zamanı tələbə mənəvi qaydaları pozmadan tam sərbəst şəkildə öz fikrini ifadə edə bilər. Eyni zamanda, kursun proqramı ilə bağlı arzu və təkliflərini həm şifahi, həm də yazılı formada müəllimə təqdim etməkdən çəkinməməlidir.

QİYMƏTLƏNDİRMƏNİN MEYAR VƏ PROSEDURLARI
ADU-da qiymətləndirmə 100 ballı sistem üzrə aparılır. 50/50 prinsipinə  uyğun olaraq semestr və imtahan ballarına bölünür və onların cəmi 50 baldan aşağı olduğu halda qiymətləndirmə “qeyri-kafi” hesab olunur.
Semestr ərzində toplanmalı 50 seminar balının komponentləri aşağıdakı kimidir:
Semestr ərzində 3 dəfə yazılı formada yoxlama/sınaq yazı işi keçirilir. Hər sınaqda cavab 10 ballıq sistemlə qiymətləndirilərək jurnalda qeyd olunur. Yoxlama işi 3 və daha artıq nəzəri və/və ya praktik  sualın yazılı cavablandırılmasından ibarətdir. Tələbənin dərs prosesində mövzu ilə bağlı olan müzakirələrdə iştirakı, suallara verdiyi cavabların qənaətbəxşliyi və elmi məsələlərə öz münasibətini bildirməsi əlavə qiymət kimi jurnala qeyd olunur. Sərbəst işə görə tələbənin qazandığı qiymət 10 ballıq sistemlə qrup jurnalında yalnız bir dəfə öz əksini tapır. Qeyd etmək lazımdır ki, tələbələrin çalışqanlığı və səyləri qiymətləndirmədən kənar qalmayacaq. Evə verilmiş yazı  tapşırıqları müəllimin göstərişlərinə uyğun, onun rəhbərliyi altında sərbəst şəkildə tələbə tərəfindən əl yazısı və ya elektron variantda yerinə yetirilməlidir. Ev tapşırıqları əksər hallarda tələbələrin sərbəst işləri  kimi qiymətləndirilir. Tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsi gündəlik qiymətləndirməyə təsir edir, ev tapşırıqları, yazı işləri vaxtında təhvil verilmədikdə “0” bal ilə qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, hər bir kursun tədrisi zəncirvari şəkildə bir-birinə bağlı olan, öncədən müəyyənləşdirilmiş məqsədyönlü bir strateji xətt üzərində qurulmuş mövzulardan ibarətdir. Kursun bir auditoriya dərsinin tələbləri yerinə yetirilmədikdə növbəti mövzunun mənimsənilməsi üçün problemlər yarana bilər. Eyni problemi yaradan hal verilmiş tapşırıqların yerinə yetirilməməsidir.
Biliklərin qiymətləndirilməsi meyarları aşağıdakılardır:
10 bal - tələbə keçilmiş materialı dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir. Fərdi şəkildə mövzuya dair tapdığı əlavə oxu materialları ilə də öz fikrini əsaslandırır;
9 bal - tələbə keçilmiş materialı tam başa düşür, cavabı dəqiqdir və mövzunun məzmununu aça bilir;
8 bal - tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
7 bal - tələbə keçilmiş materialı yaxşı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandıra bilmir;
6 bal - tələbənin cavabı əsasən düzgündür;
5 bal - tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir;
4 bal - tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir;
3 bal - tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırmağı bacarmır;
1-2 bal - tələbənin mövzudan qismən xəbəri var;
0 bal - suala cavab yoxdur.
Tələbənin imtahandan topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semestr ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur. Tələbələrin imtahan-yazı işləri fənnin tədrisi başa çatdıqdan sonra bir semestr saxlanılır.
Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbələrin biliyi aşağıdakı kimi qiymətləndirilir:
51 baldan aşağı       –   “qeyri-kafi”     -  F
51-60 bal                 –     “qənaətbəxş”   -  E
61-70 bal                 –     “kafi”         -  D
71-80 bal                 –       “yaxşı”     -  C
81-90 bal                 –       “çox yaxşı”   -  B
91-100 bal         –       “əla”             -  A
avatar
Dilshad Panahova
Admin

Сообщения : 101
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

Re: PTƏ Peşəkar tərcümənin əsasları 268-ci qrup 2018

Сообщение автор Dilshad Panahova в Пн Мар 12, 2018 4:04 am

SƏTBƏST İŞLƏR

Müəllimin rəhbərliyi ilə tələbənin sərbəst işi fənnin tədrisindəki mürəkkəb məsələlərin həlli, ev tapşırıqları, kurs işləri (layihələri), yoxlama işlərinin yerinə yetirilməsi, hesabatların tərtib edilməsindən və s. ibarət olub xüsusi tərtib edilmiş cədvəllə həyata keçirilir və dərs cədvəlinə daxil edilmir. Tələbə semestr ərzində 10 sərbəst iş yerinə yetirməlidir. Yerinə yetirilmiş hər bir iş 1 balla qiymətləndirilir. Sərbəst iş müəyyən edilmiş vaxtda yerinə yetirilmədiyi təqdirdə qəbul edilmir və həmin işə görə tələbəyə bal verilmir. Sərbəst işlərin nəticələri  semestrin sonunda 10 ballıq sistemlə jurnalda qeyd edilir. Sərbəst işlərin məzmununa dair qoyulan əsas tələb ondan ibarətdir ki, hər bir işin yerinə yetirilməsi zamanı həm italyan, həm də Azərbaycan mənbələrinə müraciət edilməlidir. İtalyandilli mənbələrə müraciət edilmədən təhvil verilmiş işlərin qiymətləndirilməsi müvafiq formada aşağı qiymətləndiriləcək.
Tərtib qaydaları: titul vərəqindən  əlavə 1 və ya 2 səhifəlik həcmdə Times New Roman və şrift 12 ilə yığılmış Word və ya PDF  formatı.
QEYD: Sərbəst işlərdə, ev tapşırıqlarında, həmçinin imtahan yazı işlərində plagiat işlər “0” bal ilə qiymətləndiriləcək. Plagiatlıq nədir?  Merriam – Webster Online Dictionary:
- digərlərinin ideyalarını özününkü kimi verilməsi;
- mənbəyə istinad etmədən ideyalardan, məhsullardan istifadə edilməsi yolu ilə ədəbi    əsərlərin özününküləşdirilməsi;
- məlum olan mənbədən götürülmüş ideyanın yeni və orijinal ideya kimi verilməsidir.

SƏRBƏST İŞLƏRİN TƏQVİMİ
МÖVZULAR və TƏHVİL VERMƏK ÜÇÜN SON TARİX
1 Azərbaycan dilində cins və artikl kateqoriyasının olmamasının italyana və italyandan tərcüməyə təsiri 31.03.2018
2 Təyin budaq cümlələrinin italyandan Azərbaycan dilinə tərcüməsinə dair 31.03.2018
3 Oxu materiallarında olan ara sözlərin və birləşmələrin italyan dilinə tərcüməsi. 14.04.2018
4 Şifahi və yazılı tərcümənin oxşar və fərqli cəhətləri 14.03.2018
5 Dialoji və monoloji nitq və onların tərcüməsi 28.04.2018
6 Tərcüməçinin köməkçi vasitələri haqqında fərdi axtarışların nəticələri 28.04.2018
7 Bəzi idiomatik ifadələrin italyan dilinə və əksinə  tərcüməsi 12.05.2018
8 Tərcüməşünaslıq terminləri lüğəti üzərində iş 12.05.2018
9 Tərcüməşünaslıq terminləri lüğəti üzərində yekun iş və təhvili 19.05.2018
10 Sərbəst mövzular 19.05.2018

Qeyd:
Sərbəst işlər qeyd olunmuş son təhvil tarixindən gec olmayaraq müəllimin elektron ünvanına göndərilməlidir.
Sərbəst iş formasının ən son variantını dekanatlıqdan əldə edə bilərsiniz.


Последний раз редактировалось: Dilshad Panahova (Пн Мар 12, 2018 4:24 am), всего редактировалось 1 раз(а)
avatar
Dilshad Panahova
Admin

Сообщения : 101
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

Re: PTƏ Peşəkar tərcümənin əsasları 268-ci qrup 2018

Сообщение автор Dilshad Panahova в Пн Мар 12, 2018 4:05 am

Yazıda səhvlər gördükdə mənə xəbər verin zəhmət olmasa. I love you
avatar
Dilshad Panahova
Admin

Сообщения : 101
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

Re: PTƏ Peşəkar tərcümənin əsasları 268-ci qrup 2018

Сообщение автор Dilshad Panahova в Пн Мар 12, 2018 4:09 am

Mövzular
Peşəkar tərcümənin əsasları fənninin obyekti və predmeti
Ünsiyyət və tərcümə. Yazılı və şifahi ünsiyyət
Tərcümə peşəsi və onun mahiyyəti
Peşəkar tərcüməçi və tərcüməçinin etikası
Mətnə görə tərcümənin növləri
Dilçilik və Tərcümə
Bədii və elmi-texniki tərcümə
Tərcümənin müasir problemləri
Ermenevtik qövs və tərcümə.
Mətn dilçiliyi və tərcümə
Mətni anlama
Tərcümə və mətn
Tərcümə və diskurs
Cümlə səviyyəsində tərcümə
Azərbaycan və italyan dillərində bağlayıcı, ədat, modal sözlər, nida və digər nitq hissələrin tərcüməsi
Şifahi ünsiyyət və şifahi tərcümə
Yazılı nitq və yazılı tərcümə
Şifahi tərcümə vs Yazılı tərcümə
Dil və mədəniyyət. Etnilinqvistika, Sosiolinqvistika.
Tərcümə və mədəniyyətlərarası ünsiyyət
Realilərin tərcüməsi
Bədii tərcümə
Bədii təsvir vasitələri
Leksikalogiya və tərcümə
Tərcüməçinin köməkçi vasitələri
İKT və tərcümə. CAT Tools (Traduzione assistita)
Leksikoqrafiya
Transliterasiya
Transliterasiyada tarixi prinsip
Azərbaycan və italyan dillərində durğu işarələri
Tərcümə və üslubiyyat
Azərbaycan və italyan dilində üslublar
Elmi –texniki tərcümə
Tərcüməçinin yalançı dostları
Tərcümə mərkəzləri
Tərcümə assossasiyaları, təşkilatları
Tərcüməşünaslığın terminləri.
Tərcüməşünaslıq elminin açar sözləri
Yekunlaşdırıcı dərs
avatar
Dilshad Panahova
Admin

Сообщения : 101
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

Re: PTƏ Peşəkar tərcümənin əsasları 268-ci qrup 2018

Сообщение автор Dilshad Panahova в Пт Мар 23, 2018 1:55 pm

flower Salam, ragazzi! sunny


Spero che abbiate cominciato a leggere il materiale riguardante la linguistica testuale study study study
avatar
Dilshad Panahova
Admin

Сообщения : 101
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

Re: PTƏ Peşəkar tərcümənin əsasları 268-ci qrup 2018

Сообщение автор Ilaha в Пт Мар 23, 2018 2:05 pm

avatar
Ilaha

Сообщения : 1
Дата регистрации : 2018-03-03
Возраст : 30

Посмотреть профиль

Вернуться к началу Перейти вниз

Re: PTƏ Peşəkar tərcümənin əsasları 268-ci qrup 2018

Сообщение автор Спонсируемый контент


Спонсируемый контент


Вернуться к началу Перейти вниз

Вернуться к началу

- Похожие темы

 
Права доступа к этому форуму:
Вы не можете отвечать на сообщения