ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Страница 1 из 6 1, 2, 3, 4, 5, 6  Следующий

Перейти вниз

ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Сообщение автор Dilshad Panahova в Чт Фев 22, 2018 2:16 am

SALAM, gənclər!

bu mövzu fənnimizə həsr olunubdur.

Fənn, dərslər, tapşırıqlar ilə bağlı məlumatları burada sizinlə bölüşəcəm.

Lazımı tədris materiallarını da bura qoyacam ki, hamı istədiyi anda yararlana bilsin.


UĞURLAR!


AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ
TƏRCÜMƏ VƏ MƏDƏNİYYƏTŞÜNASLIQ FAKÜLTƏSİ
ROMAN DİLLƏRİNİN TƏRCÜMƏSİ NƏZƏRİYYƏSİ VƏ PRAKTİKASI KAFEDRASI
ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT FƏNNİ ÜZRƏ SİLLABUS
(İtalyan dili, bakalavriatura səviyyəsi)




Tədris ili: 2017-2018
Semestr: II
Fənn üzrə tədris yükü: 45 saat
Kredit sayı: 3 (hər 15 saata 1 kredit)
Qrup: 161
Tələbə sayı: 15

Məsləhət saatları: cümə günləri  15.30 - 16.30 (öncədən xəbər vermək mütləqdir)

KURSUN TƏSVİRİ
Fənn İtaliya ilə bağlı ölkəşünaslıq biliklərinə giriş xarakteri daşımır, çünki italyan dilinin tədrisi zamanı istifadə olunmuş və olunacaq autentik mətnlər ölkə haqqında məlumatverici səciyyə daşıyır.   ADU-nun Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin bakalavriatura səviyyəsi üzrə bu fənn üçün II semestrdə 45 saat dərs yükü nəzərdə tutulur. Dərslər I növbədə təşkil olunur və fənnin tədrisi semestrin ilk 7 həftəsi boyunca həftədə 1 dəfə, VIII həftədən (9 aprel 2018?) başlayaraq 2 dəfə keçiriləcək. Dərs cədvəli və dərs otaqları barədə məlumat Fakültə dekanlığı tərəfindən təqdim olunur. Dərs saatlarının və ya auditoriyaların məqsədyönlü və ya üzrlü səbəblərdən dəyişdirilməsi tələbərlə və dekanlıq ilə razılaşdırma yolu ilə gerçəkləşdirilir. Fənnin tədrisi Azərbaycan dilində yerinə yetirilir. Dərsə davamiyyət nəzarət altında saxlanılacaq. Altı saat qaib (3 dərs) semestr ballarından 1 bal aparır, 12 saat qaiba (6 dərs) malik olan tələbə isə imtahana buraxılmır. Tələbələr tərəfindən fənnin və tədrisin qiymətləndirilməsi məqsədi ilə kursun əvvəlində və sonunda sorğu keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə təqdim olunacaq sorğu formasının  doldurulmasına tələbələrin məsuliyyətlə yanaşması tələb olunur. 2017-2018-ci tədris ilinin ikinci kurs tələbələri üçün cari fənn Tərcüməşünaslıq elminin fundamental nəzəriyyəsindən bəhs edən ilk kurs olduğuna görə tələbələrin aidiyyatı bilik səviyyələri sıfıra bərabər ola bilər. Fənnin tədrisi auditoriya ilə bərabər virtual məkanda (http://adu-traduzione.forum2x2.ru/t7-topic) online şəkildə də gerçəkləşdiriləcək.

KURSUN MƏQSƏDİ
Ünsiyyət qrammatik qaydalara tabe olmaqla kifayətlənmir, o sanki, cəmiyyətin ifadə vasitəsi olan dilin özündə təzahür tapan amillər sisteminin mənimsənilməsi üçün lazım olan bütün elementləri özündə daşıyır. Belə ki, dil biliyimiz ilə məhdudlaşan ünsiyyət zamanı linqvistik və ekstralinqvistik faktorlara əsaslanan qaranlıq və çox vaxt bizə naməlum qalan anlayışlar məhz mədəni biliklərə söykənir. Azərbaycan Dillər Universitetində “Ölkəşünaslıq və mədəniyyətlərarası ünsiyyət” fənninin tədrisi müxtəlif dillərin aid olduğu ölkələr və bu ölkələrin tarixi, mədəniyyəti, ədəbiyyatı, siyasəti və s. haqqında biliklərin əldə edilməsi məqsədi daşıyır. “Ölkəşünaslıq və mədəniyyətlərarası ünsiyyət” fənninin tədrisi  İtaliyanın tarixi, mədəniyyəti, musiqisi, ədəbiyyatı, incəsənəti, adət-ənənələri və milli bayramları haqqında biliklərin öyrədilməsi ilə yanaşı italyan dilinin formalaşmasında mühüm rola malik ədəbi dil və bu dildə yazan ölməz şair və yazıçıların əsərlərindən nümunələrin təhlili, ədəbi və danışıq dilinin fərqli cəhətləri və onların təzahür formaları, mədəni, kulturoloji köklərə əsaslanan nitq ünsürlərinin  öyrənilməsi baxımından mühüm aktuallıq kəsb edir. Mədəniyyətlərarası ünsiyyətin əsas mahiyyəti və müvafiq kompetensiyanın əldə olunması modelinin açılışına xüsusi yer ayrılacaq. Kursun məzmununun müfəssəl təsviri təqvim planı və cədvəlində qeyd olunmuşdur.

KURSUN TƏDRİSİNƏ DAİR TƏLƏB OLUNAN BİLİK VƏ BACARIQLAR
Sərbəst işləmək, axtarış və tədqiqat aparmaq, müqayisə etmək və nəticə çıxarmaq, həmçinin fikrini yığcam və əsaslı çatdırmaq bacarıqlarına malik olmaq və onları inkişaf etdirmək tələbələrdən tələb olunan bacarıqlar siyahısına aiddir. Tədris dili ana dilindədir, lakin italyandilli materialların istifadəsi zəruriyyətini nəzərə alaraq xarici dildə komunikasiya səviyyəsi QCER üzrə B2-dən az olmamalıdır. Cari kursun tədrisi məqsədilə öncədən tədrisi zəruri olan hər hansı bir fənn (prerekvizit) yoxdur, həmçinin bu kurs ilə eyni zamanda digər bir fənlərin tədris olunmasına (korekvizitlər) ehtiyac  yoxdur.

ƏDƏBİYYAT:
Fənnə dair ədəbiyyat müxtəlif kitablardan götürülərək toplu şəklində tələbələrə təqdim ediləcək.. Fənnin tədrisinin Azərbaycan dilində olunmasına baxmayaraq italyandilli materiallardan istifadə alqışlanır. Digər maraqlı oxu materialları müəllimin fərdi forumunda kursa həsr olunmuş movzuda yerləşdiriləcək. Mədəniyyətə, incəsənətə, İtaliya üzrə müxtəlif səpkili məlumatlara, mədəniyyətlərarası ünsiyyətə dair mövcud olan kitablardan köməkçi oxu kimi istifadə oluna bilər.
1. Donatella Pagnottini Sebastiani, Orietta Rossi Giacobbi, “Civiltà italiana”, Guerra Edizione, Perugia 2004, 189 p.
2. Paolo E. Balboni, Mario Cardona, “Storia e testi della letteratura italiana”, Guerra Edizione, Perugia 2002, 239 p.
3. Paolo E. Balboni, “La communicazione interculturale”, Marsilio Editori, Venezia 2007, 154 p.
4. T. Marin, S. Magnelli, “Progetto italiano 3”, Edilingua, Atene 2002, 192 p.
5. Giovanna Stefancich “Cose d’İtalia”, Bonacci Editore, Roma 1998, 94 p.
6. C.Məmmədov,T.Gərayzadə “Qərbi Avropa dövlətləri”, Bakı, Çaşıoğlu 2013, 384 səh.
7. A.Şükürov "Kulturologiya", Bakı, Adiloğlu 2003
8. N. Həsənzadə "Kulturologiya", Bakı, 2013

AÇAR SÖZLƏR
Qeyd olunan açar sözlər müxtəlif axtarış sistemlərinin vasitəsi ilə genişləndirilməlidir. Bunun üçün Google və digər sistemlərdə qeyd olunan açar sözlər həm italyan, həm də Azərbaycan dilində axtarışa verilməli və ən azı nəticə kimi üzə çıxan 5 səhifədəki mənbələr tələbələr tərəfindən nəzərdən keçirilməlidir. Nəzərdən keçirməklə kifayətlənmədən xahiş və tələb olunur ki, maraqlı, zəngin və diskussiyaya səbəb ola biləcək materiallar, mənbələri göstərilməklə elektron və ya kağız formatında qeydə alınsın və bütün qrup tərəfindən müzakirə məqsədi ilə müəllimə təqdim edilsin. Həmçinin kurs boyunca toplanılan məlumatlardan yaradılan toplu tələbələrin semestr sonundakı yekun hazırlığı üçün qiymətli materialdır. Bu məqsədlə fayllardan ibarət papkalardan yararlanmaq olar. Əldə olunan məlumatların mənbələrini göstərmək üçün mətnin adı, müəllifi və yerləşdiyi saytın linki qeyd edilməlidir. Mənbə kitab olduğu halda müəllif, ad, nəşriyyat evi və ili göstərilməlidir (Abdullayeva F., Peşəkar tərcümənin əsasları. UniPrint, Bakı 2010). Hər mövzuya dair açar sözlər ev tapşırığı kimi tələbələrə təqdim olunacaq. Bəzi hallarda bu tapşırıqlar sərbəst iş kimi qiymətləndiriləcək.
Kursa dair ən əsas 5 açar söz aşağıdakılardır:
İtaliya tarixi, İtaliya mədəniyyəti, mədəniyyət(cultura) və düşüncə tərzi (civiltà), mədənniyyətlərarası ünsiyyət bacarığı və tərcümə, İtaliya ədəbiyyatı

TƏDRİS VƏ TƏLİM METODLARI
Kurs məqsəd və hədəflərinə uyğun olaraq aktiv tədris metodlarından geniş istifadə nəzərdə tutulur.  Tədris zamanı dərketmə fəaliyyətinə töhfə məqsədilə izahlı-illüstrativ, reproduktiv, problemli şərh, qismən axtarış və evristik tədqiqatçılıq metodlarına müraciət olunacaq. İstifadəsi nəzərə tutulan təlim və tədris metodları aşağıdakılardır:
 Mühazirə və sinifdə fəaliyyət
 Qrup işi
 Mütaliə
 Ev tapşırıqları
 Seminar
 Sərbəst işlərin yazılması

TƏLİM RESURSLARI
Proyektor vasitəsilə PPT slayd təqdimatlarının nümayişi nəzərdə tutulur. İstifadə olunacaq resurslara eyni zamanda müəllimin fərdi forumunda (http://adu-traduzione.forum2x2.ru/t7-topic) yaradılmış ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-Cİ QRUP mövzusu (http://adu-traduzione.forum2x2.ru/t8-topic) da daxildir. Forum eksperiment xarakteri daşıdığı üçün iştirak ilə bağlı öncədən müəyyənləşdirilmiş konkret tələblər yoxdur. Lakin müəllim tərəfindən forumda bölüşülən oxu mətnləri keçirilən mövzulara dair həm əsas, həm də köməkçi məlumat daşıyıcıları olduğuna görə hər bir tələbənin gündəlik olaraq forumu izləməsi və orada müəllim tərəfindən qeyd edilmiş tapşırıqları yerinə yetirməsi MÜTLƏQDİR! Online şəkildə forumda tələb olunanlar, canlı dərslərdəki tələblərdən qətiyyən qüvvə azlığına malik deyillər və tələbələrin forumda iştirakı da onların semestr qiymətləndirilməsinə təsir edir.

AUDİTORİYA PLUS
Bu layihə çərçivəsində tələbələrin ümumi biliklərini möhkəmləndirmək, imtahanlara hazırlıq və qeyri-ixtisas dillərini inkişaf etdirmək məqsədilə universitet səviyyəsində əlavə dərslər təşkil olunacaq. Mümkün olduğu hallarda cari kurs ilə bağlı mövzulara dair də belə görüşlərin ayda bir dəfə təşkili nəzərdə tutulur. Bunun üçün tələbələrin iştirakı mütləqdir.


DAVRANIŞ VƏ DAVAMİYYƏTƏ VERİLƏN TƏLƏBLƏR:

Mobil telefondan istifadə etmək, gecikmək, başqalarının diqqətini yayındırmaq, dərs zamanı auditoriyadan səbəbsiz çıxmaq və bunun kimi digər dərs gedişatına mane olan hallar qadağandır. Tələbə müəllim və tələbə yoldaşları ilə mədəni davranmalı, ictimai nəzakət qaydalarına əməl etməli və universitetə maddi ziyan vurmamalıdır. Hər hansı bir sual və ya problem olduğu halda Dekanlığa müraciət edə bilər.
Dərslərdə müntəzəm iştirak etmək mütləqdir. Tələbənin dərs yükünü yerinə yetirməsi, həmçinin imtahan suallarına hazırlığı onun dərslərə davamiyyəti ilə sıx bağlıdır. Çünki fənnin tədrisi zamanı müəllimin təqdim etdiyi şifahi izahat və göstərişlər müvəffəqiyyət nəticələri ilə düz mütanasibdir. Tələbənin zəngdən sonra maksimum 5 dəqiqə ərzində auditoriyada olması MÜTLƏQDİR! Əks halda qrup jurnalında dərsdə iştirak etməməyə dair müvafiq qeyd-qaib yazılacaqdır. Dərslərdə iştirak etməmək niyyətiniz olduğu  halda tələb olunur ki, xahiş və ya başqa formada qaibin qeydə alınmaması üçün müəllimə müraciət edilməsin. Buna dair üzrlü səbəblər yalnız dekanlıq tərəfindən rəsmi şəkildə müəllimə bildirilməlidir. Digər hallarda müəllimə müraciət etməməyiniz xahiş və tələb olunur. Tələbələrin dərsdə iştirakı onların həm bilik səviyyələrini, həm insani keyfiyyətlərini, eyni zamanda psixoloji durumlarını əks etdirdiyinə görə müəllimin bu meyara daha çox diqqət yetirməsi, lazımı hallarda müdaxilə edərək tələbələri düzgün istiqamətləndirməsi əsas şərtlərdən biridir. Dərs zamanı tələbə mənəvi qaydaları pozmadan tam sərbəst şəkildə öz fikrini ifadə edə bilər. Eyni zamanda, kursun proqramı ilə bağlı arzu və təkliflərini həm şifahi, həm də yazılı formada müəllimə təqdim etməkdən çəkinməməlidir.

QİYMƏTLƏNDİRMƏNİN MEYAR VƏ PROSEDURLARI
ADU-da qiymətləndirmə 100 ballı sistem üzrə aparılır. 50/50 prinsipinə  uyğun olaraq semestr və imtahan ballarına bölünür və onların cəmi 50 baldan aşağı olduğu halda qiymətləndirmə “qeyri-kafi” hesab olunur.
Semestr ərzində toplanmalı 50 seminar balının komponentləri aşağıdakı kimidir:
Semestr ərzində 3 dəfə yazılı formada yoxlama/sınaq yazı işi keçirilir. Hər sınaqda cavab 10 ballıq sistemlə qiymətləndirilərək jurnalda qeyd olunur. Yoxlama işi 3 və daha artıq nəzəri və/və ya praktik  sualın yazılı cavablandırılmasından ibarətdir. Tələbənin dərs prosesində mövzu ilə bağlı olan müzakirələrdə iştirakı, suallara verdiyi cavabların qənaətbəxşliyi və elmi məsələlərə öz münasibətini bildirməsi əlavə qiymət kimi jurnala qeyd olunur. Sərbəst işə görə tələbənin qazandığı qiymət 10 ballıq sistemlə qrup jurnalında yalnız bir dəfə öz əksini tapır. Qeyd etmək lazımdır ki, tələbələrin çalışqanlığı və səyləri qiymətləndirmədən kənar qalmayacaq. Evə verilmiş yazı  tapşırıqları müəllimin göstərişlərinə uyğun, onun rəhbərliyi altında sərbəst şəkildə tələbə tərəfindən əl yazısı və ya elektron variantda yerinə yetirilməlidir. Ev tapşırıqları əksər hallarda tələbələrin sərbəst işləri  kimi qiymətləndirilir. Tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsi gündəlik qiymətləndirməyə təsir edir, ev tapşırıqları, yazı işləri vaxtında təhvil verilmədikdə “0” bal ilə qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, hər bir kursun tədrisi zəncirvari şəkildə bir-birinə bağlı olan, öncədən müəyyənləşdirilmiş məqsədyönlü bir strateji xətt üzərində qurulmuş mövzulardan ibarətdir. Kursun bir auditoriya dərsinin tələbləri yerinə yetirilmədikdə növbəti mövzunun mənimsənilməsi üçün problemlər yarana bilər. Eyni problemi yaradan hal verilmiş tapşırıqların yerinə yetirilməməsidir.

Biliklərin qiymətləndirilməsi meyarları aşağıdakılardır:
10 bal - tələbə keçilmiş materialı dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir. Fərdi şəkildə mövzuya dair tapdığı əlavə oxu materialları ilə də öz fikrini əsaslandırır;
9 bal - tələbə keçilmiş materialı tam başa düşür, cavabı dəqiqdir və mövzunun məzmununu aça bilir;
8 bal - tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
7 bal - tələbə keçilmiş materialı yaxşı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandıra bilmir;
6 bal - tələbənin cavabı əsasən düzgündür;
5 bal - tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir;
4 bal - tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir;
3 bal - tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırmağı bacarmır;
1-2 bal - tələbənin mövzudan qismən xəbəri var;
0 bal - suala cavab yoxdur.
Tələbənin imtahandan topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semestr ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur. Tələbələrin imtahan-yazı işləri fənnin tədrisi başa çatdıqdan sonra bir semestr saxlanılır.
Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbələrin biliyi aşağıdakı kimi qiymətləndirilir:
51 baldan aşağı        –   “qeyri-kafi”        -  F
51-60 bal                 –   “qənaətbəxş”     -  E
61-70 bal                 –   “kafi”                -  D
71-80 bal                 –   “yaxşı”              -  C
81-90 bal                 –   “çox yaxşı”        -  B
91-100 bal               –   “əla”                 -  A



SƏTBƏST İŞLƏR  

ÖNCƏDƏN DEYİM Kİ, NƏ SUALLARINIZ YARANSA MƏNƏ YAZIN, BİLSƏM CAVABLANDIRIM  Smile

Müəllimin rəhbərliyi ilə tələbənin sərbəst işi fənnin tədrisindəki mürəkkəb məsələlərin həlli, ev tapşırıqları, kurs işləri (layihələri), yoxlama işlərinin yerinə yetirilməsi, hesabatların tərtib edilməsindən və s. ibarət olub xüsusi tərtib edilmiş cədvəllə həyata keçirilir və dərs cədvəlinə daxil edilmir. Tələbə semestr ərzində 10 sərbəst iş yerinə yetirməlidir. Yerinə yetirilmiş hər bir iş 1 balla qiymətləndirilir. Sərbəst iş müəyyən edilmiş vaxtda yerinə yetirilmədiyi təqdirdə qəbul edilmir və həmin işə görə tələbəyə bal verilmir. Sərbəst işlərin nəticələri  semestrin sonunda 10 ballıq sistemlə jurnalda qeyd edilir. Sərbəst işlərin məzmununa dair qoyulan əsas tələb ondan ibarətdir ki, hər bir işin yerinə yetirilməsi zamanı həm italyan, həm də Azərbaycan mənbələrinə müraciət edilməlidir. İtalyandilli mənbələrə müraciət edilmədən təhvil verilmiş işlərin qiymətləndirilməsi müvafiq formada aşağı qiymətləndiriləcək.
Tərtib qaydaları: titul vərəqindən  əlavə 1 və ya 2 səhifəlik həcmdə Times New Roman və şrift 12 ilə yığılmış Word və ya PDF  formatı. Müəllim tərəfindən öncədən qeyd etməklə bəzi hallarda sərbəst işlərin İKT vasitəsilə təqdimat edilməsi nəzərdə tutulur. Tələbə sayını və eyni mövzunun hamı tərəfindən araşdırılmasının məhsuldar olmadığını nəzərə alaraq sərbəst işlər qrup şəklində yerinə yetiriləcək. Hər qrup 3 nəfərdən ibarət olacaq. Qrupların bölgüsü müəllim tərəfindən məqsədyönlü şəkildə müəyyənləşdirilmədikdə, tələbələrin öz istək və arzularına uyğun olaraq sərbəst şəkildə yerinə yetirilir. Yəni tələbələr özləri birgə işləmək istədikləri 2 qrup yoldaşını seçə bilərlər.  Sərbəst işlərin təqvim planında hər xana üçün 5 mövzu tədqim olunubdur və seçim tələbələrin üzərinə düşür.
QEYD: Sərbəst işlərdə, ev tapşırıqlarında, həmçinin imtahan yazı işlərində plagiat işlər “0” bal ilə qiymətləndiriləcək. Plagiatlıq nədir?  Merriam – Webster Online Dictionary:
- digərlərinin ideyalarını özününkü kimi verilməsi;
- mənbəyə istinad etmədən ideyalardan, məhsullardan istifadə edilməsi yolu ilə ədəbi əsərlərin özününküləşdirilməsi;
- məlum olan mənbədən götürülmüş ideyanın yeni və orijinal ideya kimi verilməsidir.


МÖVZULAR və TƏHVİLİN SON TARİXİ (Sərbəst işlər qeyd olunmuş son təhvil tarixindən gec olmayaraq müəllimin elektron ünvanına göndərilməlidir)
1
- İtaliyanın ən qədim sakinləri: latınlar, yunanlar, etrusklar.
- Romanın yaranması əfsanəsi. Roma sivilizasiyası, Yuli Sezar, Oktavian Avqust, Siseron.
- XVI əsr şəhər dövlətləri. İspan və ərəb istilaları.
- İtaliya krallıq dövru. Cüzeppe Qaribaldi hərəkatı və İtaliyanın birləşdirilməsi.
- İtaliya II Dünya Müharibəsindən sonra 31.03.2018
2
İtaliya, onun coğrafi mövqeyi, əhalisi, kənd təsərrüfatı, sənayesi:
- Alp regionları və sərhəd zolaqları
- San Marino Respublikası və Vatikan dövləti
- Dəniz respubblikaları: Venesiya, Genuya, Pisa
- İtaliyanın regionları və adaları: Siciliya və Sardenya
- Pompey şəhəri və onun qalıqları 31.03.2018
3
- İtalyan ədəbiyyatının yaranması. XII əsr Siciliya və Toskana məktəbləri.
- Dante Aligyeri və italyan dili. “Dolce stil nuovo” “İlahi komediya” əsəri: Cəhənnəm, Əraf, Cənnət
- Françesko Petrarka və Ciovanni Bokkaççio.
- XVIII əsrdə italyan dili problemi, Alessandro Manzoni   və onun “Promessi sposi” əsərinin müasir italyan dilinin formalaşmasına təsiri
- Dialektlər və linqvistik azlıqlar 14.04.2018
4
- İtalyan kəşfiyyatçıları və onların ixtiraları
- İtaliyanın Nobel mükafatçıları
- Mühacirlik. İtalyanların Amerikaya kütləvi axını
- Genuya və Çinkueterre. Xristofor Kolumb
- İntellektuallar və inkvizisiya kilsəsi. Qallileo Qalliley 14.03.2018
5
- Rəssamlıq, incəsənət, teatr və barokko üslubu haqqında məlumat
- İntibah dövrünün rəssamları: Leonardo da Vinçi, Mikelancelo Buonarotti, Raffaello, Tiziano, Bottiçelli
- Antonio de Curtis (Toto’)
- Neapol xalq teatrı: Pulçinelladan De Filippoya qədərki dövr 28.04.2018
6
- İtalyan jestləri və ifadələri.
- Paglio di Siena.
- Dini bayramlar.
- Venesiya karnavalı.
- Parmiggiano Reggiano, Chianti, pizza, panettone və s. kimi məhsullar  və onların aid olduğu regionlar. 28.04.2018
7
- İtalyan musiqisi, operası və filmləri haqqında məlumat.
- İtaliyanın dövlət himni “Fratelli d’İtalia”, Qoffredo Mameli.
- Cüzeppe Verdi (“Aida”), Ciakomo Puççini (“Boheme”, “Toska”).
- Lucio Battisti, Domeniko Modunyo və s. kimi musiqiçilər və Sanremo festivalı.
- Roberto Benini “Həyat gözəldir” filmi; F.Fellini, M.Troisi, G.Muççino və s. kimi rejissorlar və Marçello Mastroianni, Sofia Loren və s. kimi aktyorlar haqqında. 12.05.2018
8
- İtalyada “campanilismo” (yerlibazlıq).
- Futbol italyanların ehtirası kimi.
- İtaliya və moda fəlsəfəsi.
- İtaliya televiziyası, məşhur seriallar, verilişlər və s.
- İtaliyada reklam. Maraqlı reklam çarxları və mədəniyyət 12.05.2018
9
- Mafia, Camorra, ‘Ndrangheta, Cosa nostra
- Mafia ədəbiyyatda
- Mafia kinoda 19.05.2018   (Bu sərbsət iş bölgüsü 5 nəfərlik 3 qrup üçün nəzərdə tutulub. )

10
Sərbəst mövzular 19.05.2018


Последний раз редактировалось: Dilshad Panahova (Пт Мар 30, 2018 6:17 pm), всего редактировалось 2 раз(а)
avatar
Dilshad Panahova
Admin

Сообщения : 101
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

Re: ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Сообщение автор Dilshad Panahova в Чт Фев 22, 2018 2:21 am

Görün nə maraqlı kitab tapmışam.
ALMANİYA VƏ İTALİYANIN
ƏN YENİ TARİXİ (1918-2010-cu illər) - http://anl.az/el/Kitab/azf-269277.pdf


İnciməyin, amma İtaliya tarixini buradan da oxuyub öyrənəcəyik. 2 Mart tarixli dərsimiz üçün bu ev tapşırığıdır. İndidən başlayın oxumağa.

Uğurlar!
avatar
Dilshad Panahova
Admin

Сообщения : 101
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

Re: ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Сообщение автор Dilshad Panahova в Чт Фев 22, 2018 11:08 am

İtaliya tarixinə dair mövzuları Sizin üçün bura yazıram ki, gələcəkdə də oxumaq lazım olan əsas məqamları biləsiniz. Mövzuları Avropa və Amerika tarixi üçün hazırlanmış proqramdan götürmüşəm. - http://unec.edu.az/application/uploads/2015/07/Avropa-Amerika-2015.pdf



İTALİYANIN TARİXİNİ AVROPA TARİXİNİ BİLMƏDƏN ANLAMAQ MÜMKÜN DEYİL. BUNU UNUTMAYIN!


Qeyd edim ki, Qədim Romaya aid mövzuları məktəbdən yaxşı bilirsiz. Fənnimiz üçün bunlar önəmlidir, amma mən sizin əvvəlki biliklərinizi nəzərə alaraq daha çox başqa mövzuların dərinləşdirilməsini istəyirəm. Bundan sonra "istəyirəm" sözünü həmişə "tələb edirəm" kimi anlayın  Razz

İşlətdiyim Exclamation - işarəsi diqqətinizi çəkmək üçündür!

Bu aşağıdakı mövzular isə çox mühümdür. İtaliya mədəniyyətini, düşüncəsini anlamaq
üçün vacib tarixi hadisələrin baş verdiyi dövrdür

Erkən orta əsrlərdə katolik kilsəsi və Papalıq (V-XI əsrlər). Papalıq təsisatının yaranması. Roma ilə Konstantinopol arasında ziddiyyətlər. Ümumdünya kilsə məclisi. Exclamation  
VI-VIII əsrlərdə katolik kilsəsinin yaradılması. Roma Papasının seçilmə qaydası və onun təkamülü. Exclamation  X əsrin sonu-XI əsrin birinci yarısında Papalığın siyasi cəhətdən güclənməsi. Kilsənin iqtisadi qüdrətinin artması. Kilsənin mərkəzləşdirmə siyasəti. Alman imperatorları ilə münaqişənin başlaması. VII Qriqori və onun investitura uğrunda mübarizəsi. Vorm konkordatı. Exclamation
Klassik orta əsrlərdə Papalıq və katolik kilsəsi (XII-XV əsrlər). XIV-XV əsrlərdə papalığ alığın iqtisadi və siyasi vəziyyəti. Papalıq katolik irticasının dayağı kimi. Son orta əsrlərdə Papalığın beynəlxalq münasibətlərdə istifadə etdiyi siyasi üsullar. Yezuitlər ordeni(cəmiyyəti). Səlib yürüşləri. Orta əsrlərdə səlibçi hərəkatı anlayışı. Səlib yürüşlərinin müxtəlif növləri. Başqa cür düşünən və digər dinlərə sitayiş edənlərə qarşı səlib yürüşləri. Müsəlmanlara qarşı səlib yürüşləri. XI əsrdə Papalığın Şərq siyasəti. Müsəlmanlara qarşı yürüşlərin məqsədi. İlk səlib yürüşləri. Klermon kilsəsi. Səlib istilalarının sabit olmamasının səbəbləri. IV səlib yürüşü səlib hərəkatının tənəzzül göstəricisi kimi. Konstantinopolun ələ keçirilməsi və Bizans dövlətinin bölüşdürülməsi. XIII əsrdə səlib hərəkatının zəifləməsi. Müsəlman Şərqinə səlib yürüşlərinin başlıca nəticələri və tarixi əhəmiyyəti.


Orta əsrlərə aid təsəvvürləriniz az-çox var, amma yenə də bilmədiyiniz məqamları öyrənin  Wink

İtaliya IX-XI əsrlərdə. IX əsrin əvvəllərinə doğru Appennin yarımadasının siyasi
xəritəsi. Şimali və Mərkəzi İtaliya, Cənubi İtaliya və Siciliya. Regionlarda siyasi birliyin
olmaması səbəbləri. Şimali və Mərkəzi İtaliyada feodalizmin formalaşma xüsusiyyətləri.
Cənubi İtaliyada feodalizm genezisinin ləngiməsi.
İtaliya XIII-XV əsrlərdə. XIII əsrdə Appennin yarımadasının siyasi xəritəsi. XIII
əsrin ikinci yarısı-XV əsrdə Neapol krallığının iqtisadi və siyasi inkişafı. Papalıq vilayəti
və Roma: siyasi inkişafın xüsusiyyətləri. Genuya–ticarət respublikası. Genuya və
Venesiyanın Şərqin Aralıq dənizi bazarları uğrunda mübarizəsi. Genuyanın zəifləmə
səbəbləri. XII-XV əsrlərdə Venesiyanın siyasi quruluşu. Milan. Sforsa. Florensiya.
Florensiya XIV əsrdə. Mediçi. XV əsrin sonunda İtaliyanın siyasi xəritəsi.
İtaliya XVI-XVII əsrin birinci yarısında. Şimali-İtalya iqtisadiyyatının inkişafı.
Cənubi və Şimali İtaliya. Sosial fərqlər. XVI əsrin birinci yarısında Appenin
yarımadasının siyasi xəritəsi. Onun dağınıqlığının azaldılması. Ayrı-ayrı dövlətlərin:
Florensiya (sonralar – Toskan hersoqluğu) Exclamation , Savoy hersoqluğu Exclamation , Neapol krallığının və
Papalığın siyasi tarixi. Bu dövlətlərdə idarəolunmanın təşkili. Knyazlıqda mütləqiyyətin
inkişafı. XVI-XVII əsrlərdə ictimai hərəkatlar.


Bu aşağıdakı mövzulara xüsusi diqqət yetirin

İtaliya 1789-1815-ci illərdə. Fransa inqilabının İtaliyaya təsiri. 90-cı illərdə siyasi
mübarizə və milli etirazlarlar, onların növləri. Respublikaçı-demokratlar hərəkatı.
Risorcimento. İtalyan respublikaları. İctimai dəyişikliklər. Fransız işğalı. 1799-ci il
üsyanları, onların xarakteri. İtaliyada Napoleonun hökmranlığı. Milli azadlıq hərəkatı.
Karbonarilər.
İtaliya 1815-1848-ci illərdə. İtaliyanın iqtisadi inkişafı. Manufaktura istehsalının
artımı. Sənaye inqilabının ilk addımları. Kənd təsərrüfatında kapitalist münasibətləri;
zadəganların bir hissəsinin burjualaşması. XIX əsrin 20-ci ilində inqilabın
yatırılmasından sonra İtaliyada irtica. 1831-ci ildə Mərkəzi İtaliyada yeni inqilabi
yüksəliş. Milli hərəkatda demokratik istiqamət. D.Madzini və “Gənc İtaliya”, onun
proqramı. 30- 40-cı illərdə çıxışlar və sui-qəsdlər. Azadlıq hərəkatında liberal-monarxist
cərəyan, onun məqsədləri. 40-cı illərin ikinci yarısında ictimai tərəqqi. İtaliyada 1848-
1849-cu illər inqilabı

Exclamation  Exclamation  Exclamation MÜTLƏQ OXU  Exclamation  Exclamation  Exclamation    
Bilirəm, yaman çox mütləq oxunası mövzular var Embarassed  Rolling Eyes  Shocked  cyclops  pale

İtaliyanın birləşdirilməsini yaxşı bilməlisiz
XIX əsrin 50-60-cı illər. 1848-1849-cu il inqilabından
sonra İtaliyanın siyasi-iqtisadi vəziyyəti. Digər İtalya dövlətləri arasında Sardiniya
(Pyemont) krallığının yeri. İqtisadi tərəqqi, kapitalizmin inkişafı, K.Kavur. Exclamation  Respublikaçı-
demokratlar düşərgəsində. D.Manin və “Xalq Cəmiyyəti”nin yaradılması. Liberalmonarxist
istiqamətin güclənməsi. Pyemontun Fransa ilə ittifaqı. 1859-cu ildə Fransa-İtalya-Avstriya
müharibəsi. Mərkəzi İtaliyada milli hərəkat. Plebisitlər 1860-cı ildə.
Sicilyada inqilabi hərəkat. Demokratların təşəbbüsü ələ alması. C.Harribaldinin
ekspedisiyası (“minlər”in yürüşü) Exclamation . Demokratlarla liberal monarxistlərin mübarizəsi.
İtaliya krallığının yaradılması. 60-cı illərdə onun dövlət quruluşu, daxili vəziyyəti və
xarici siyasəti. Papalığın mövqeyi. Fəhlə hərəkati. Cənubda kəndli üsyanı. Ölkənin
birləşdirilməsini başa çatdırmaq uğrunda mübarizə. Venesiyanın birləşdirilməsi. Fransa Prussiya
müharibəsi və İtaliyanın birləşməsinin başa çatması. İtaliyanın milli birlik prosesinin tarixi xüsusiyyətləri, onun nəticələri və əhəmiyyəti. İtaliyanın birləşməsinin
tarixşünaslığı.
Risorcimento dövründə mədəniyyət.
İtaliya 1870-1900-cu illərdə. İtaliya milli birlikdən sonra. Siyasi quruluşu.
Kapitalizmin inkişafının sürətlənməsi. Cənub məsələsi. “Sağlar” və “sollar”. Exclamation  “Roma
məsələsi” və kilsə ilə dövlət arasında münaqişə. Exclamation  70-80-ci illərdə İtaliyanın xarici siyasəti.
Fransa ilə münasibətlərin gərginləşməsi. Almaniya və Avstriya-Macarıstan (Üçlər
ittifaqı) ilə ittifaq. İtaliyanın ilk müstəmləkə işğalları. Exclamation  Afrikada İtaliya koloniyaları.
F.Krispinın siyasəti. 90-cı illərin “qanlı onilliklər”i və irticanın məğlubiyyəti.
İtaliya 1900-1914-cü illərdə. XX əsrin əvvəllərində liberalizmə qayıdış. Colittinin
“Yeni kursu”. İnhisarçı kapitalizm və onun İtaliyada xüsusiyyətləri. XX əsrin
əvvəllərində İtaliyanın xarici siyasəti. Ekspansionist tendensiyaların güclənməsi. Millətçi
hərəkatların yaranması. İtaliyanın xarici siyasət oriyentasiyasının tədricən dəyişməsi.
İtaliya-Türkiyə müharibəsi və onun siyasi vəziyyətə təsiri. “Yeni kursu”n iflası və onun
iflas səbəbləri. “Qızıl həftə”.



I Dünya Müharibəsi və İtaliya
Müharibənin əvvəllərində bitərəflik. Müharibəyə münasibət məsələsində
iqtidar(hakim) düşərgəsində parçalanma (neytralistlər və interventistlər). Müharibə edən
koalisiyalarla danışıqlar. 1915-ci il London sazişi və İtaliyanın müharibəyə qoşulması.
Sosialistlər və müharibə. Antimüharibə əhval-ruhiyyəsinin artması. Turin üsyanı.
Kaporettonun dövründə hərbi fəlakət. Siyasi böhranın yetişməsi.

I Dünya müharibəsi və II Dünya müharibəsi arasında İtaliya

İtaliya. I Dünya müharibəsinin İtaliya üçün nəticələri. Müharibə və liberal
parlamentli dövlətin böhranı. Müharibədən sonrakı ictimai-iqtisadi problemlər.
Millətçilik. Faşist hərəkatının yaranması. İtalyan faşizminin xüsusiyyətləri.  Exclamation Faşizmin
hücuma keçməsi. Liberal siyasi dairələrin faşizmə münasibəti və faşizmin fəhlə
partiyaları tərəfindən qiymətləndirilməsi. Kütləvi antifaşist fəaliyyəti. 1922-ci ildə siyasi
böhranın artması. “Roma üzərinə yürüş”. Faşizmin hakimiyyətə gəlməsi. İtaliyada
faşizminin qələbə çalmasının səbəbləri.


Kapitalizmin sabitləşməsi (1924-1929).
İtaliya. Dövlətin faşistləşdirilməsi prosesinin başlanması və onun xüsusiyyətləri.
Faşizmin ictimai-iqtisadi siyasəti. Faşizmə qarşı müxalifətin güclənməsi. “Mateotti
böhranı” Exclamation . Antifaşist partiyaların fəaliyyəti. Aventin bloku. Antifaşist müxalifətin
məğlubiyyəti. 20-ci illərin ikinci yarısında faşist rejiminin təkamülü. 1926-cı ilin
fövqəladə qanunları. Korporativ faşizm doktrinasının elan olunması. Siyasi
nümayəndəliyin islahatına dair 1928-ci il qanunları. Vatikanla qarşılıqlı əlaqələr və 1929-
cu il Lateran müqaviləsi.
1929-1933-cu illərdəki İtaliya böhranının xüsusiyyətləri. Böhranın sosial
nəticələri. Dövlət tənzimləməsinin güclənməsi. Korporativ sistemin yaradılması. Böhran
illərində antifaşist hərəkatın vəziyyəti. Antifaşist partiyalar gizli fəaliyyətdə və
mühacirətdə. Antifaşist qüvvələrin bir-birilə əlaqəsinin olmaması.

İtaliyada faşist rejiminin təkamülü. İtalyan faşizminin müharibəyə hazırlaşması.
İqtisadiyyatın hərbiləşdirilməsi. Avtarkiya siyasəti. Faşist dövlət tənzimlənməsi
sisteminin formalaşmasının başa çatması və onun xüsusiyyətləri. İtalyan faşizmi totalitar
diktatura kimi. Kütləvi faşist təşkilatları. Rejimin ideoloji fəaliyyətinin xarakteri və
başlıca istiqamətləri. Efiopiyaya və imperiyanın elan olunması. İtaliya antifaşist hərəkatı.
Müxtəlif istiqamətli antifaşist fəaliyyət birliyi istiqamətində ilk addımlar. Antifaşist
partiyaların yaxınlaşması. 30-cu illərin sonlarında antifaşist hərəkatının inkişafında
çətinliklər. İtalyan faşizminin tarixşünaslığı.  Exclamation


II Dünya müharibəsi və İtaliya Exclamation

İtaliya II Dünya müharibəsi dövründə və sonra. Müqavimət hərəkatının nəticələri.
Antifaşist koalisiya hakimiyyət başında. Dövlət quruluşu problemi. Referendum və Təsis
konfransına seçkilər. 1947-ci il Konstitusiyası. Antifaşist birliyin dağılması. 1948-ci il
Parlament seçkiləri. A. De Qasperi hökumətinin daxili və xarici siyasəti. Aqrar islahat.
“Saxta qanun”. 1953-cü il Parlament seçkiləri. Mərkəzçi(sentrist) koalisiyanın yaranması.
“Mərkəzçilik” anlayışı. İtaliyanın “iqtisadi möcüzə”si. Onun mənbələri və sosial
nəticələri. İtaliya AİB-də. Əsas siyasi partiyaların strategiyalarında dəyişikliklər. İSP-nin
inkişafı. XDP-nin sol mərkəzçiliyə üz tutması.
İtaliya 50-ci illərin II yarısı-60-cı illərin axırlarında. Exclamation
İtaliyada iqtisadi inkişaf, elmi-texniki tərəqqi.  Exclamation “Tambroni böhranı”. Sol mərkəzçi koalisiyanın hakimiyyət başına
gəlməsi, onun tərkibi və proqramı. İSP-nin təkamülü. 60-cı illərdə sol mərkəzçi
hökumətlərin siyasəti. İctimai gərginliyin artması. 1967-1968-ci illərdə tələbə hərəkatı.
1969-cu ilin “İsti payız”ı. 70-ci illərin əvvəllərində sol mərkəzçiliyin nəticələri.
İtaliya 70-90-cı illərdə. Sol mərkəzçiliyin sonu. Neofaşizm və “gərginlik
strategiyası”. 70-ci illərin ortalarında iqtisadi böhran və onun nəticələri. 1976-cı il
Parlament seçkiləri. “Milli həmrəylik” siyasəti. PDP-nin və “bitərəflər koalisiyası”nın
hakimiyyəti . A. Moronun öldürülməsi. Sol ekstremizm və terrorizmə qarşı mübarizənin
güclənməsi. B.Kraksi və İSP-nin yeni siyasəti. 1979-ci il parlament seçkilərinin
nəticələri. B.Kraksi kabinetinin fəaliyyəti. İtaliyada neoconservatizmin xüsusiyyətləri.
İSP-nin təkamülü. Demokratik Sol Qüvvələr İttifaqının yaradılması. Beşpartiyalı
koalisiya və onun siyasəti. İtaliyada siyasi qeyri-sabitliyin səbəbləri. Senat seçki
sisteminin dəyişdirilməsi. 90-cı illərdə korrupsiyaya qarşı mübarizə. 1994-cü il seçkiləri.
“Azadlıq qütbü”nün sağ blokunun qələbəsi. 1996-cı il seçkiləri. Solların “Zeytun”
ittifaqının qələbə qazanması. R.Prodi hökumətinin fəaliyyəti.
avatar
Dilshad Panahova
Admin

Сообщения : 101
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

Re: ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Сообщение автор Dilshad Panahova в Чт Фев 22, 2018 11:11 am

avatar
Dilshad Panahova
Admin

Сообщения : 101
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

Re: ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Сообщение автор Dilshad Panahova в Пт Фев 23, 2018 5:04 pm

Gənclər,

gələn dəfə üçün Sizə belə bir sual verirəm. Zəhmət olmasa yazılı şəkildə gələn dərs üçün mənə təhvil verin.

Sizcə Azərbaycan və italyandilli insanlar arasındakı komunikasiya zamanı mədəniyyət dəyərləri ilə bağlı hansı ünsiyyət problemləri əmələ gələ bilər? (Problemi di comunicazione dovuti a valori culturali tra gli azeri e gli italiani)

Dərsdə zaman, ictimai/şəxsi, iyerarxiya, hörmət, status, ailə, sadiqlik, fair play (Bu sözün mənasını axtarın!!!) dəyərləri barədə qısaca dedim Sizə. İndi Siz fikirləşin ki, bizdə hansı növ problemlər yarana bilər. Netdə italyanlar haqqında oxuyun fərqlərə diqqət edin.
avatar
Dilshad Panahova
Admin

Сообщения : 101
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

Re: ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Сообщение автор Dilshad Panahova в Пт Фев 23, 2018 5:05 pm

avatar
Dilshad Panahova
Admin

Сообщения : 101
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

Re: ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Сообщение автор Dilshad Panahova в Вс Фев 25, 2018 1:23 am

Xorxe Luis Borxes
DANTE HAQQINDA DOQQUZ ESSE study


http://www.kitabxana.net/files/books/file/1457193960.pdf


Последний раз редактировалось: Dilshad Panahova (Вс Фев 25, 2018 1:39 am), всего редактировалось 1 раз(а)
avatar
Dilshad Panahova
Admin

Сообщения : 101
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

Re: ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Сообщение автор Dilshad Panahova в Вс Фев 25, 2018 1:26 am

İtalyanca necə sevgi Embarassed dilinə çevrilib?  http://www.bbc.com/azeri/vert-tra-40973469


Последний раз редактировалось: Dilshad Panahova (Вс Фев 25, 2018 1:38 am), всего редактировалось 1 раз(а)
avatar
Dilshad Panahova
Admin

Сообщения : 101
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

Re: ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Сообщение автор Dilshad Panahova в Вс Фев 25, 2018 1:44 am

Daha bir maraqlı mövzu  Suspect  


Yuxarıdakı smaylikə görə sizcə mövzu nədir? scratch

http://www.bbc.com/azeri/vert-fut-42885924



avatar
Dilshad Panahova
Admin

Сообщения : 101
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

Re: ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Сообщение автор Dilshad Panahova в Вс Фев 25, 2018 1:50 am

Çılpaq heykəllərin örtülməsi rüsvayçılığa döndü lol!
http://www.bbc.com/azeri/vert-fut-42885924


Yadıma salın Sizə bununla bağlı maraqlı hadisə danışacam flower
avatar
Dilshad Panahova
Admin

Сообщения : 101
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

Re: ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Сообщение автор Dilshad Panahova в Вс Фев 25, 2018 2:02 am

Dante Aligyeri  "İlahi Komediya" sunny
http://www.anl.az/el/d/da_ik.pdf   bütöv kitab

Gənclər, Danteyə həsr olunan dərs üçün kitabın ön sözü ev tapşırığı olacaq. Yəni mütləq oxudur. Mən Sizə kiril əlifbası ilə tapmışdım əvvəl, daha ona ehtiyac olmadı. Bundan oxuyarsınız. study

Sizə elephant yaddaşı arzulayıram!
avatar
Dilshad Panahova
Admin

Сообщения : 101
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

Re: ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Сообщение автор Ziyaddinli Togrul в Пн Фев 26, 2018 3:07 pm

Heç bir linke gire bilmirem müellime yeni link şeklinde görünmür sade yazıdı

Отправлено через Topic'it
avatar
Ziyaddinli Togrul

Сообщения : 7
Дата регистрации : 2017-10-11

Посмотреть профиль

Вернуться к началу Перейти вниз

Re: ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Сообщение автор Dilshad Panahova в Пн Фев 26, 2018 4:44 pm

Ziyaddinli Togrul пишет:Heç bir linke gire bilmirem müellime yeni link şeklinde görünmür sade yazıdı

Отправлено через Topic'it

Toğrul, məndə həm kompüterdən, həm də telefondan alınır. Amma mən Topic.it proqramından istifadə eləmirəm.
avatar
Dilshad Panahova
Admin

Сообщения : 101
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

Re: ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Сообщение автор Ziyaddinli Togrul в Пн Фев 26, 2018 4:46 pm

Saytdan girdim alındı müellime))

Отправлено через Topic'it
avatar
Ziyaddinli Togrul

Сообщения : 7
Дата регистрации : 2017-10-11

Посмотреть профиль

Вернуться к началу Перейти вниз

Re: ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Сообщение автор Dilshad Panahova в Вт Фев 27, 2018 11:43 am

Gənclər,

heç italyan musiqilərinə qulaq asmağa başlamısız?
avatar
Dilshad Panahova
Admin

Сообщения : 101
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

Re: ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Сообщение автор Aytac Süleymanova в Ср Фев 28, 2018 3:00 pm

Bəli müəllimə ilk gündən qulaq asıram

Aytac Süleymanova

Сообщения : 11
Дата регистрации : 2017-10-11
Возраст : 17

Посмотреть профиль

Вернуться к началу Перейти вниз

Re: ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Сообщение автор Dilshad Panahova в Чт Мар 01, 2018 11:11 am

bəyəndiyiniz musiqilərin linklərini bura qoyun flower


Последний раз редактировалось: Dilshad Panahova (Чт Мар 01, 2018 11:13 am), всего редактировалось 1 раз(а)
avatar
Dilshad Panahova
Admin

Сообщения : 101
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

Re: ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Сообщение автор Dilshad Panahova в Чт Мар 01, 2018 11:13 am

Bir dənə də sualım var
Sizcə Azərbaycan dilində İtaliya tarixi və mədəniyyəti ilə bağlı oxumaq bizə fon biliyini çoxaltmaqdən başqa nədə kömək edə bilər?

HAMIDAN BİR-BİR CAVAB GÖZLƏYİRƏM! cyclops
avatar
Dilshad Panahova
Admin

Сообщения : 101
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

Re: ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Сообщение автор Dilshad Panahova в Пн Мар 05, 2018 2:43 pm


Salam,

dərslərimizdən biri Xristian dini ilə bağlı olacaq.
Bu barədə açaq anlayışları əldə etmək üçün bu kitabı oxuyun

http://www.ebooks.az/view/shUNpGOw.pdf
study


avatar
Dilshad Panahova
Admin

Сообщения : 101
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

Re: ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Сообщение автор Aytac Süleymanova в Пн Мар 05, 2018 4:46 pm

Hamısın oxuyaq müəllimə?

Aytac Süleymanova

Сообщения : 11
Дата регистрации : 2017-10-11
Возраст : 17

Посмотреть профиль

Вернуться к началу Перейти вниз

Re: ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Сообщение автор Dilshad Panahova в Пн Мар 05, 2018 4:48 pm

Aytac пишет:Hamısın oxuyaq müəllimə?


hələ yox. Mən deyəndə qeyd edəcəm nələri oxumaq lazımdır. İstəyirsiz indidən başlayın hamısını oxuyun sunny
avatar
Dilshad Panahova
Admin

Сообщения : 101
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

Re: ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Сообщение автор Aytac Süleymanova в Пн Мар 05, 2018 5:02 pm

Aha yaxşı

Отправлено через Topic'it

Aytac Süleymanova

Сообщения : 11
Дата регистрации : 2017-10-11
Возраст : 17

Посмотреть профиль

Вернуться к началу Перейти вниз

Re: ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Сообщение автор Aytac Süleymanova в Ср Мар 07, 2018 7:51 pm


Aytac Süleymanova

Сообщения : 11
Дата регистрации : 2017-10-11
Возраст : 17

Посмотреть профиль

Вернуться к началу Перейти вниз

Re: ÖLKƏŞÜNASLIQ VƏ MƏDƏNİYYƏTLƏRARASI ÜNSİYYƏT 161-ci qrup

Сообщение автор Спонсируемый контент


Спонсируемый контент


Вернуться к началу Перейти вниз

Страница 1 из 6 1, 2, 3, 4, 5, 6  Следующий

Вернуться к началу


 
Права доступа к этому форуму:
Вы не можете отвечать на сообщения