TRADUZIONE MEDICA

Перейти вниз

TRADUZIONE MEDICA

Сообщение автор Dilshad Panahova в Ср Окт 24, 2018 3:19 pm

Si parte con un nuovo tema dedicato al nostro corso di traduzione medica.
avatar
Dilshad Panahova
Admin

Сообщения : 133
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

Re: TRADUZIONE MEDICA

Сообщение автор Dilshad Panahova в Ср Окт 24, 2018 3:24 pm


KURSUN TƏSVİRİ
ADU-nun Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin bakalavriatura səviyyəsi üzrə bu fənn üçün I semestrdə 75 saat dərs yükü nəzərdə tutulur. Dərslər I növbədə təşkil olunur və fənnin tədrisi noyabr ayının ilk 10 gününə qədər həftədə 1 dəfə, sonra isə 2 dəfə keçiriləcək. Dərs cədvəli və dərs otaqları barədə məlumat Fakültə dekanlığı tərəfindən təqdim olunur. Dərs saatlarının və ya auditoriyaların məqsədyönlü və ya üzrlü səbəblərdən dəyişdirilməsi tələbərlə və dekanlıq ilə razılaşdırma yolu ilə gerçəkləşdirilir. Fənnin tədrisi Azərbaycan dilində yerinə yetirilir. Lakin ixtisas nəzərə alınaraq italyan dilində tədris və qiymətləndirilmə qaçılmazdır. Dərsə davamiyyət nəzarət altında saxlanılacaq. Dörd saat qaib (2 dərs) semestr ballarından 1 bal aparır, 8 saat qaiba (4 dərs) malik olan tələbə isə imtahana buraxılmır.

KURSUN MƏQSƏDİ

Tərcümə 3 – Tibbi mətnlərin tərcüməsi fənninin məqsədi ondan ibarətdir ki, tələbələr kurs ərzində tibbi tərcümə ilə bağlı əldə etdikləri nəzəri və fon biliklərin dən bəhrələnərək praktik tibbi tərcümə işlərini dəqiq və düzgün formada yerinə yetirmək bacarıqlarına malik olsunlar. Fənnin vəzifəsi odur ki, tələbələr tibbi mətnlərlə işləmək metodikası haqqında, həmçinin belə mətnlərin tərcüməsində müraciət olunacaq üsul və vasitələr barədə məlumatlandırılsınlar və tələbələrə nəzəri biliklərin praktik tərcüməyə tətbiq olunması bacarıqları aşılansın. Çünki gələcəyin tərcüməçi kadrları tibbi tərcümənin bütün incəliklərinə yiyələnməli və iş prosesində onları tətbiq etmək səriştəsinə malik olmalıdırlar. Seçilmiş mətnlər əsasında tələbələrdə tibb elmi ilə bağlı fon biliyinin formalaşdırılması, sahələr üzrə fərdi tibbi terminlər bazasının yaradılması və onlarla işləmə vərdişlərinin aşılanması da qarşıya qoyulan məqsədlər sırasına daxildir.
Kursun məzmununun müfəssəl təsviri təqvim planı və cədvəlində qeyd olunmuşdur.

KURSUN TƏDRİSİNƏ DAİR TƏLƏB OLUNAN BİLİK VƏ BACARIQLAR

Sərbəst işləmək, axtarış və tədqiqat aparmaq, müqayisə etmək və nəticə çıxarmaq, həmçinin fikrini yığcam və əsaslı çatdırmaq bacarıqlarına malik olmaq və onları inkişaf etdirmək tələbələrdən tələb olunan bacarıqlar siyahısına aiddir. İtalyan dilində komunikasiya səviyyəsi QCER üzrə B2-dən az olmamalıdır. Cari kursun tədrisi məqsədilə öncədən tədrisi zəruri olan (prerekvizitlər) fənn Peşəkar tərcümənin əsasları, Tərcümə nəzəriyyəsidir. Bu kurs ilə eyni zamanda digər bir fənlərin tədris olunmasına (korekvizitlər) ehtiyac yoxdur.

ƏDƏBİYYAT:
Kurs müddətində əsasən Daniela Forapaninin Italiano per medici dərsliyi istifadə olunacaq.
1. Osimo B., Manuale del traduttore. Hoepli, Milano 2010,
2. Osimo B., Propeudica della traduzione. Hoepli, Milano 2010, 179 səh.
3. Scarpa F., La traduzione specializzata. Hoepli, Milano 2008

TƏDRİS VƏ TƏLİM METODLARI
Kurs məqsəd və hədəflərinə uyğun olaraq aktiv tədris metodlarından geniş istifadə nəzərdə tutulur. Tədris zamanı dərketmə fəaliyyətinə töhfə məqsədilə izahlı-illüstrativ, reproduktiv, problemli şərh, qismən axtarış və evristik tədqiqatçılıq metodlarına müraciət olunacaq. İstifadəsi nəzərə tutulan təlim və tədris metodları aşağıdakılardır:
 Mühazirə və sinifdə fəaliyyət
 Qrup işi
 Mütaliə
 Ev tapşırıqları
 Seminar
 Sərbəst işlərin yazılması

TƏLİM RESURSLARI
Proyektor vasitəsilə PPT slayd təqdimatlarının nümayişi nəzərdə tutulur. Forum eksperiment xarakteri daşıdığı üçün iştirak ilə bağlı öncədən müəyyənləşdirilmiş konkret tələblər yoxdur.


DAVRANIŞ VƏ DAVAMİYYƏTƏ VERİLƏN TƏLƏBLƏR:
Mobil telefondan istifadə etmək, gecikmək, başqalarının diqqətini yayındırmaq, dərs zamanı auditoriyadan səbəbsiz çıxmaq və bunun kimi digər dərs gedişatına mane olan hallar qadağandır. Tələbə müəllim və tələbə yoldaşları ilə mədəni davranmalı, ictimai nəzakət qaydalarına əməl etməli və universitetə maddi ziyan vurmamalıdır. Hər hansı bir sual və ya problem olduğu halda Dekanlığa müraciət edə bilər.
Dərslərdə müntəzəm iştirak etmək mütləqdir. Tələbənin dərs yükünü yerinə yetirməsi, həmçinin imtahan suallarına hazırlığı onun dərslərə davamiyyəti ilə sıx bağlıdır. Çünki fənnin tədrisi zamanı müəllimin təqdim etdiyi şifahi izahat və göstərişlər müvəffəqiyyət nəticələri ilə düz mütanasibdir. Tələbənin zəngdən sonra maksimum 5 dəqiqə ərzində auditoriyada olması MÜTLƏQDİR! Əks halda qrup jurnalında dərsdə iştirak etməməyə dair müvafiq qeyd-qaib yazılacaqdır. Dərslərdə iştirak etməmək niyyətiniz olduğu halda tələb olunur ki, xahiş və ya başqa formada qaibin qeydə alınmaması üçün müəllimə müraciət edilməsin. Buna dair üzrlü səbəblər yalnız dekanlıq tərəfindən rəsmi şəkildə müəllimə bildirilməlidir. Digər hallarda müəllimə müraciət etməməyiniz xahiş və tələb olunur. Tələbələrin dərsdə iştirakı onların həm bilik səviyyələrini, həm insani keyfiyyətlərini, eyni zamanda psixoloji durumlarını əks etdirdiyinə görə müəllimin bu meyara daha çox diqqət yetirməsi, lazımı hallarda müdaxilə edərək tələbələri düzgün istiqamətləndirməsi əsas şərtlərdən biridir. Dərs zamanı tələbə mənəvi qaydaları pozmadan tam sərbəst şəkildə öz fikrini ifadə edə bilər. Eyni zamanda, kursun proqramı ilə bağlı arzu və təkliflərini həm şifahi, həm də yazılı formada müəllimə təqdim etməkdən çəkinməməlidir.

QİYMƏTLƏNDİRMƏNİN MEYAR VƏ PROSEDURLARI
ADU-da qiymətləndirmə 100 ballı sistem üzrə aparılır. 50/50 prinsipinə uyğun olaraq semestr və imtahan ballarına bölünür və onların cəmi 50 baldan aşağı olduğu halda qiymətləndirmə “qeyri-kafi” hesab olunur.
Semestr ərzində toplanmalı 50 seminar balının komponentləri aşağıdakı kimidir:
Semestr ərzində 3 dəfə yazılı formada yoxlama/sınaq yazı işi keçirilir. Hər sınaqda cavab 10 ballıq sistemlə qiymətləndirilərək jurnalda qeyd olunur. Yoxlama işi 3 və daha artıq nəzəri və/və ya praktik sualın yazılı cavablandırılmasından ibarətdir. Tələbənin dərs prosesində mövzu ilə bağlı olan müzakirələrdə iştirakı, suallara verdiyi cavabların qənaətbəxşliyi və elmi məsələlərə öz münasibətini bildirməsi əlavə qiymət kimi jurnala qeyd olunur. Sərbəst işə görə tələbənin qazandığı qiymət 10 ballıq sistemlə qrup jurnalında yalnız bir dəfə öz əksini tapır. Qeyd etmək lazımdır ki, tələbələrin çalışqanlığı və səyləri qiymətləndirmədən kənar qalmayacaq. Evə verilmiş yazı tapşırıqları müəllimin göstərişlərinə uyğun, onun rəhbərliyi altında sərbəst şəkildə tələbə tərəfindən əl yazısı və ya elektron variantda yerinə yetirilməlidir. Ev tapşırıqları əksər hallarda tələbələrin sərbəst işləri kimi qiymətləndirilir. Tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsi gündəlik qiymətləndirməyə təsir edir, ev tapşırıqları, yazı işləri vaxtında təhvil verilmədikdə “0” bal ilə qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, hər bir kursun tədrisi zəncirvari şəkildə bir-birinə bağlı olan, öncədən müəyyənləşdirilmiş məqsədyönlü bir strateji xətt üzərində qurulmuş mövzulardan ibarətdir. Kursun bir auditoriya dərsinin tələbləri yerinə yetirilmədikdə növbəti mövzunun mənimsənilməsi üçün problemlər yarana bilər. Eyni problemi yaradan hal verilmiş tapşırıqların yerinə yetirilməməsidir.
Biliklərin qiymətləndirilməsi meyarları aşağıdakılardır:
10 bal - tələbə keçilmiş materialı dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir. Fərdi şəkildə mövzuya dair tapdığı əlavə oxu materialları ilə də öz fikrini əsaslandırır;
9 bal - tələbə keçilmiş materialı tam başa düşür, cavabı dəqiqdir və mövzunun məzmununu aça bilir;
8 bal - tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
7 bal - tələbə keçilmiş materialı yaxşı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandıra bilmir;
6 bal - tələbənin cavabı əsasən düzgündür;
5 bal - tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir;
4 bal - tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir;
3 bal - tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırmağı bacarmır;
1-2 bal - tələbənin mövzudan qismən xəbəri var;
0 bal - suala cavab yoxdur.
Tələbənin imtahandan topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semestr ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur. Tələbələrin imtahan-yazı işləri fənnin tədrisi başa çatdıqdan sonra bir semestr saxlanılır.
Fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə tələbələrin biliyi aşağıdakı kimi qiymətləndirilir:
51 baldan aşağı – “qeyri-kafi” - F
51-60 bal – “qənaətbəxş” - E
61-70 bal – “kafi” - D
71-80 bal – “yaxşı” - C
81-90 bal – “çox yaxşı” - B
91-100 bal – “əla” - A
avatar
Dilshad Panahova
Admin

Сообщения : 133
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

Re: TRADUZIONE MEDICA

Сообщение автор Dilshad Panahova в Ср Окт 24, 2018 3:25 pm

SƏTBƏST İŞLƏR
Müəllimin rəhbərliyi ilə tələbənin sərbəst işi fənnin tədrisindəki mürəkkəb məsələlərin həlli, ev tapşırıqları, kurs işləri (layihələri), yoxlama işlərinin yerinə yetirilməsi, hesabatların tərtib edilməsindən və s. ibarət olub xüsusi tərtib edilmiş cədvəllə həyata keçirilir və dərs cədvəlinə daxil edilmir. Tələbə semestr ərzində 10 sərbəst iş yerinə yetirməlidir. Yerinə yetirilmiş hər bir iş 1 balla qiymətləndirilir. Sərbəst iş müəyyən edilmiş vaxtda yerinə yetirilmədiyi təqdirdə qəbul edilmir və həmin işə görə tələbəyə bal verilmir. Sərbəst işlərin nəticələri semestrin sonunda 10 ballıq sistemlə jurnalda qeyd edilir. Sərbəst işlərin məzmununa dair qoyulan əsas tələb ondan ibarətdir ki, hər bir işin yerinə yetirilməsi zamanı həm italyan, həm də Azərbaycan mənbələrinə müraciət edilməlidir. İtalyandilli mənbələrə müraciət edilmədən təhvil verilmiş işlərin qiymətləndirilməsi müvafiq formada aşağı qiymətləndiriləcək.
Tərtib qaydaları: titul vərəqindən əlavə 1 və ya 2 səhifəlik həcmdə Times New Roman və şrift 12 ilə yığılmış Word və ya PDF formatı.
QEYD: Sərbəst işlərdə, ev tapşırıqlarında, həmçinin imtahan yazı işlərində plagiat işlər “0” bal ilə qiymətləndiriləcək. Plagiatlıq nədir? Merriam – Webster Online Dictionary:
- digərlərinin ideyalarını özününkü kimi verilməsi;
- mənbəyə istinad etmədən ideyalardan, məhsullardan istifadə edilməsi yolu ilə ədəbi əsərlərin özününküləşdirilməsi;
- məlum olan mənbədən götürülmüş ideyanın yeni və orijinal ideya kimi verilməsidir.
avatar
Dilshad Panahova
Admin

Сообщения : 133
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

Re: TRADUZIONE MEDICA

Сообщение автор Dilshad Panahova в Пн Ноя 19, 2018 10:25 am


Məzmun və tədris materialı
(mövzular və mətnlər)

• Introduzione alla materia; Teoria della traduzione medica
• Traduzione corpo umano; Traduttore del campo medico
• Ospedale; La cellula e il tessuto
• L’organizzazione cellulare
• La circolazione
• Il sangue
• Gli esami del sangue
• L’anatomia del cuore; Le tecniche di controllo dell’apparato circolatorio
• L’apparato digerente
• Qida, həzm sistemi
• Qara ciyər – Pancreas
• Il fegato e l’intestino
• Ağız boşlüğunda həzm
• L’apparato respiratorio
• Tənəffüs sistemi
• Bayram günü
• Ağciyər
• Tibbi tərcüməyə dair nəzəri biliklər
• Tibbi terminologiya
• L’asma bronchiale
• Tənəffüs sisteminin xəstəlikləri
• Il sistema muscolare
• Il sistema scheletrico
• Dayaq və hərəkət sistemi
• Il sistema endocrino
• La regolazione della glicemia
• Endokrin sistem
• Struttura e funzione del neurone
• Lencefalo
• La malattia di Alzheimer e la sua evoluzione
• Sinir sisteminin xəstəlikləri
• Il sistema immunitario
• İmmun sistemi
• AIDS
• L-apparato uro-genitale
• Glossari üzərində iş
• Glossari üzərində iş və yekun dərs
avatar
Dilshad Panahova
Admin

Сообщения : 133
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

Re: TRADUZIONE MEDICA

Сообщение автор Dilshad Panahova в Ср Ноя 21, 2018 2:37 pm

avatar
Dilshad Panahova
Admin

Сообщения : 133
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

Re: TRADUZIONE MEDICA

Сообщение автор Dilshad Panahova в Чт Ноя 22, 2018 10:37 pm

avatar
Dilshad Panahova
Admin

Сообщения : 133
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

Re: TRADUZIONE MEDICA

Сообщение автор Namiq0 в Вс Ноя 25, 2018 3:21 am

İtalyanların çoxu üçün bara getmək, gündəlik planlarının bir hissəsini təşkil edir. Onlar səhər yeməyində kapuçino ilə kornet, nahar vaxtında bir sendiviç yeyə, nahardan sonra yaxşı bir kofe ilə şirin bir şey içə bilərlər, və ya axşam dostlarla nəsə içirlər.
Vilayət barları rahat və qonaqpərvərdir və bura bütün yaşda olan insanlar üçün bir görüş yeridir: həmçinin
onlar burada qəzet oxuya, siyasət və idmanı müzakirə edə, və kart oynaya bilərlər.
İtalyan Hava gözəl olanda bara gedir meydanda stullarda oturur və ya sadəcə səkidə otururağ günəşdən zövq alır, qəzet oxuyur, bir fincan kofe ətrafında dostlarla söhbət edirlər. Məşhur, məsələn, Venesiyadakı Piazza San Marco barları, əfsanəvi Florian kimi.Məhz meydan onların danışa, zarafat edə, gəzə, dondurma yeyə biləcəyi bir görüş yeridir.
Tipik nümunələr: İspaniya meydanı, Romada Navona meydnı və Milanda Duomo meydanı.
avatar
Namiq0

Сообщения : 3
Дата регистрации : 2018-11-21

Посмотреть профиль

Вернуться к началу Перейти вниз

Re: TRADUZIONE MEDICA

Сообщение автор Namiq0 в Вт Ноя 27, 2018 6:51 pm

Yığıncaq-Hər hansı bir məsələni və ya məsələləri müzakirə etmək üçün çağırılan ümumi iclas deməkdir. Yığıncaqda iştirak etmək . Yığıncaq keçirmək deməkdir
Şənlik-Şadlıq, sevinc, fərəh deməkdir.Təntənə, şadlıq məclisi, şadyanalıq, çalıb-çağırma, bayram deməkdir.
Qonaqlıq-Bir münasibətlə tanışları evinə və ya başqa yerə dəvət edib, onları yedirib-içirmə; ziyafət deməkdir. Qonaqlıq düzəltmək. Qonaqlığa getmək. Qonaqlıq eləmək.
Bayram-Hər hansı bir tarixi və sairə hadisə şərəfinə keçirilən şadlıq günü; təntənə deməkdir.Şadlıq, şənlik, xoşbəxtlik, səadət mənasında. Kütləvi oyunlar, əyləncələr və sairə keçirilən gün.
Ziyafət-Təntənəli qonaqlıq deməkdir.
avatar
Namiq0

Сообщения : 3
Дата регистрации : 2018-11-21

Посмотреть профиль

Вернуться к началу Перейти вниз

Re: TRADUZIONE MEDICA

Сообщение автор Irade Ibrahim в Вт Ноя 27, 2018 8:42 pm

Ziyafət- təntənəli qonaqlıq.
Şənlik- şadlıq məclisi.
Yığıncaq- Hər hansı bir məsələni və ya məsələləri müzakirə etmək üçün çağırılan ümumi iclas. 
Qonaqlıq-  Bir münasibətlə tanışları evinə və ya başqa yerə dəvət edib, onları yedirib-içirmə.
Bayram- Hər hansı bir tarixi və s. hadisə şərəfinə keçirilən şadlıq günü.

Отправлено через Topic'it
avatar
Irade Ibrahim

Сообщения : 3
Дата регистрации : 2018-11-21

Посмотреть профиль

Вернуться к началу Перейти вниз

Re: TRADUZIONE MEDICA

Сообщение автор Dilshad Panahova в Ср Дек 12, 2018 7:24 pm

Namiq0 пишет:Yığıncaq-Hər hansı bir məsələni və ya məsələləri müzakirə etmək üçün çağırılan ümumi iclas deməkdir. Yığıncaqda iştirak etmək . Yığıncaq keçirmək deməkdir
Şənlik-Şadlıq, sevinc, fərəh deməkdir.Təntənə, şadlıq məclisi, şadyanalıq, çalıb-çağırma, bayram deməkdir.
Qonaqlıq-Bir münasibətlə tanışları evinə və ya başqa yerə dəvət edib, onları yedirib-içirmə; ziyafət deməkdir. Qonaqlıq düzəltmək. Qonaqlığa getmək. Qonaqlıq eləmək.
Bayram-Hər hansı bir tarixi və sairə hadisə şərəfinə keçirilən şadlıq günü; təntənə deməkdir.Şadlıq, şənlik, xoşbəxtlik, səadət mənasında. Kütləvi oyunlar, əyləncələr və sairə keçirilən gün.
Ziyafət-Təntənəli qonaqlıq deməkdir.

Mövzunu səhv seçmisiz!
avatar
Dilshad Panahova
Admin

Сообщения : 133
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

Re: TRADUZIONE MEDICA

Сообщение автор Dilshad Panahova в Ср Дек 12, 2018 7:24 pm

Irade Ibrahim пишет:Ziyafət- təntənəli qonaqlıq.
Şənlik- şadlıq məclisi.
Yığıncaq- Hər hansı bir məsələni və ya məsələləri müzakirə etmək üçün çağırılan ümumi iclas. 
Qonaqlıq-  Bir münasibətlə tanışları evinə və ya başqa yerə dəvət edib, onları yedirib-içirmə.
Bayram- Hər hansı bir tarixi və s. hadisə şərəfinə keçirilən şadlıq günü.

Отправлено через Topic'it

Mövzu səhvdir
avatar
Dilshad Panahova
Admin

Сообщения : 133
Дата регистрации : 2017-10-07

Посмотреть профиль http://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

Re: TRADUZIONE MEDICA

Сообщение автор Спонсируемый контент


Спонсируемый контент


Вернуться к началу Перейти вниз

Вернуться к началу


 
Права доступа к этому форуму:
Вы не можете отвечать на сообщения