ADU, LEZIONE DI TRADUZIONE
Вы хотите отреагировать на этот пост ? Создайте аккаунт всего в несколько кликов или войдите на форум.

PEŞƏKAR TƏRCÜMƏNİN ƏSASLARI 261-ci qrup 2019

Перейти вниз

PEŞƏKAR TƏRCÜMƏNİN ƏSASLARI 261-ci qrup 2019 Empty PEŞƏKAR TƏRCÜMƏNİN ƏSASLARI 261-ci qrup 2019

Сообщение автор Dilshad Panahova Пт Фев 15, 2019 9:48 pm

SALAM Very Happy

Birinci kursun I semestrindəki İxtisasa giriş fənnindən sonra biz daha da dərin və strukturlu şəkildə tərcümə prosesi və tərcümə peşəsi barədə öyrənib tədqiqatlar aparmağa başlayırıq.

Hamıya, mən daxil, uğurlar! I love you



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ
TƏRCÜMƏ VƏ MƏDƏNİYYƏTŞÜNASLIQ FAKÜLTƏSİ
ROMAN DİLLƏRİNİN TƏRCÜMƏSİ NƏZƏRİYYƏSİ VƏ PRAKTİKASI KAFEDRASI
PEŞƏKAR TƏRCÜMƏNİN ƏSASLARI FƏNNİ ÜZRƏ SİLLABUS
(İtalyan dili, bakalavriatura səviyyəsi)


Tədris ili: 2018-2019
Semestr: IV
Fənn üzrə tədris yükü: 75 saat
Kredit sayı: 5 (hər 15 saata 1 kredit)
Qrup: 261
Tələbə sayı: 15
Müəllim: baş müəllim (b./m.) Dilşad Asif qızı Pənahova
Məsləhət saatları: çərşənbə günləri 13.30 - 14.00 (öncədən xəbər vermək mütləqdir!)

KURSUN TƏSVİRİ
Fənn tərcümə nəzəriyyəsinə giriş xarakteri daşıyır və tərcüməçilik peşəsinin icrası ilə bağlı bütün nəzəri məsələləri, həmçinin onların tətbiqinə dair problemləri əhatə edir. ADU-nun Tərcümə və Mədəniyyətşünaslıq fakültəsinin bakalavriatura səviyyəsi üzrə bu fənn üçün IV semestrdə 75 saat dərs yükü nəzərdə tutulur. Dərslər II növbədə təşkil olunur və fənnin tədrisi semestrin ilk 7 həftəsi boyunca həftədə 2 dəfə, VIII həftədən başlayaraq 1 dəfə keçiriləcək. Dərs cədvəli və dərs otaqları barədə məlumat Fakültə dekanlığı tərəfindən təqdim olunur. Dərs saatlarının və ya auditoriyaların məqsədyönlü və ya üzrlü səbəblərdən dəyişdirilməsi tələbələr və dekanlıq ilə razılaşdırma yolu ilə gerçəkləşdirilir. Fənnin tədrisi Azərbaycan dilində yerinə yetirilir. Dərsə davamiyyət nəzarət altında saxlanılacaq. Səkkiz saat qaib (4 dərs) semestr ballarından 1 bal aparır, 20 saat qaiba (10 dərs) malik olan tələbə isə imtahana buraxılmır. Tələbələr tərəfindən fənnin və tədrisin qiymətləndirilməsi məqsədi ilə kursun əvvəlində və sonunda sorğu keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə təqdim olunacaq sorğu formasının doldurulmasına tələbələrin məsuliyyətlə yanaşması tələb olunur. 2017-2018-ci tədris ilinin ikinci kurs tələbələri üçün cari fənn Tərcüməşünaslıq elminin fundamental nəzəriyyəsindən bəhs edən ilk kurs deyil, bundan öncə İxtisasa giriş kursunda iştirak edərək imtahan vermişlər. Buna görə də tələbələrin aidiyyatı bilik səviyyələri müvafiq dərəcədə olmalıdır. Fənnin tədrisi auditoriya ilə bərabər virtual məkanda (https://adu-traduzione.forum2x2.ru/t12-topic) online şəkildə də gerçəkləşdiriləcək.

KURSUN MƏQSƏDİ
Peşəkar tərcümənin əsasları fənninin məqsədi aşağıdakılardır:
- tərcümənin mahiyyəti, əhəmiyyəti, tərcümənin iki böyük qolu olan yazılı və şifahi tərcümənin oxşar və fərqli cəhətləri, tərcümə prosesinin
mərhələləri, tərcümənin keyfiyyətliliyini təmin edən şərtlər, tərcüməçinin iş şəraiti, mühiti, tərcüməçinin davranış qaydaları və s. barədə
zəruri, ümumi biliklər vermək;
- tərcüməçilərin və dilmancların iş prosesində qarşılaşdıqları ümumi problemlər və tərcümə nəzəriyyəsində və praktikasında tez-tez işlədilən
spesifik terminlər haqqında məlumat vermək;
- onları peşəkar səviyyədə tərcümə zamanı ortaya çıxa biləcək çətin və həlledici məqamlarda necə davranmalı olduqlarını öyrətmək;
- Tərcüməşünaslıq və ona köməkçi olan Dilçilik elminə dair ən son elmi-praktik nəticələrin ümumi meyarları barədə tələbələrə məlumatlar
vermək;
- tələbələrin əqli qüvvələrinin, həmçinin özünütəşkil və özünütəhsil vasitələri ilə yiyələnməsi bacarıqların inkişaf etdirmək.

Kursun məzmununun müfəssəl təsviri təqvim planı və cədvəlində qeyd olunmuşdur.


KURSUN TƏDRİSİNƏ DAİR TƏLƏB OLUNAN BİLİK VƏ BACARIQLAR
Sərbəst işləmək, axtarış və tədqiqat aparmaq, müqayisə etmək və nəticə çıxarmaq, həmçinin fikrini yığcam və əsaslı çatdırmaq bacarıqlarına malik olmaq və onları inkişaf etdirmək tələbələrdən tələb olunan bacarıqlar siyahısına aiddir. Tədris dili ana dilindədir, lakin italyandilli materialların istifadəsi zəruriyyətini nəzərə alaraq xarici dildə komunikasiya səviyyəsi QCER üzrə B1-dən az olmamalıdır. Cari kursun tədrisi məqsədilə öncədən tədrisi zəruri olan (prerekvizitlər:) hər hansı bir fənn yoxdur, eyni zamanda da bu kurs ilə eyni zamanda digər bir fənlərin tədris olunmasına (korekvizitlər) ehtiyac yoxdur.




Последний раз редактировалось: Dilshad Panahova (Пт Фев 15, 2019 11:46 pm), всего редактировалось 1 раз(а)
Dilshad Panahova
Dilshad Panahova
Admin

Сообщения : 70
Дата регистрации : 2017-10-07

https://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

PEŞƏKAR TƏRCÜMƏNİN ƏSASLARI 261-ci qrup 2019 Empty Re: PEŞƏKAR TƏRCÜMƏNİN ƏSASLARI 261-ci qrup 2019

Сообщение автор Dilshad Panahova Пт Фев 15, 2019 9:51 pm

FİALƏ ABDULLAYEVA - PEŞƏKAR TƏRCÜMƏNİN ƏSASLARI

http://lib.bbu.edu.az/files/book/619.pdf


Последний раз редактировалось: Dilshad Panahova (Пт Фев 15, 2019 10:07 pm), всего редактировалось 1 раз(а)
Dilshad Panahova
Dilshad Panahova
Admin

Сообщения : 70
Дата регистрации : 2017-10-07

https://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

PEŞƏKAR TƏRCÜMƏNİN ƏSASLARI 261-ci qrup 2019 Empty Re: PEŞƏKAR TƏRCÜMƏNİN ƏSASLARI 261-ci qrup 2019

Сообщение автор Dilshad Panahova Пт Фев 15, 2019 9:56 pm

http://www.translit.az/TERCUME%20SENETI/Tercume%20nedir.htm

Tərcümə nədir?



***

- «tərcümə» ədəbi, elmi, yaxud texniki əsərin – orijinal əsərin və ya tərcümənin kitab halında, jurnalda, dövri nəşrdə, yaxud hər hansı digər formada dərc olunmaq, yaxud teatrda tamaşaya qoyulmaq, kinoda, radio verilişlərində, televiziyada və ya hər hansı digər vasitələrdə istifadə edilmək üçün nəzərdə tutulmasından asılı olmayaraq – bir dildən başqasına çevrilməsi deməkdir;



- «tərcüməçilər» ədəbi, elmi, yaxud texniki əsərlərin mütərcimləri deməkdir;



- «istifadə edən» tərcümənin istifadəsi üçün yerinə yetirildiyi fiziki, yaxud hüquqi şəxs deməkdir.



YUNESKO-nun

«Tərcüməçilərin və tərcümələrin hüquqlarının

hüquqi mühafizəsi və tərcüməçilərin

vəziyyətinin yaxşılaşdırılmasının

praktik vasitələri haqqında

tövsiyyə»sindən



Bədii tərcümə haqqında bir neçə söz





Bədii tərcümə - ədəbi yaradıcılıq növü, bir dildəki bədii əsərin başqa dilə çevrilməsidir.

Bədii tərcümə başqa tərcümələrdən orijinal bədii yaradıcıdlıqla bilavasitə bağlılığı ilə seçilir.

Bədii tərcümədə söz estetik mahiyyət kəsb edir. Buna görə də bədii tərcümə problemləri bədii yaradıcılığın spesifik qanunlarına daxildir.

Bədii tərcümə oricinal yaradıcılıqdan tərcümə obyektindən asılılığı ilə fərqlənir. Bədii tərcümənin tarixi hər ölkənin ədəbiyyat tarixinin ayrılmaz hissəsidir. Bütün xalqların qədim yazılı abidələrində tərcüməçilik fəaliyyəti nəzərə çarpır.

Qədim dövrlərdən bədii tərcüməyə baxışlarda bir-birinə zidd iki tələb (tərcümənin orijinal mətninə yaxınlığı; oxucu qavrayışına yaxınlığı) mövcud olmuşdur.

Azərbaycanda bədii tərcümənin ilk nümunələri hələ orta əsrlərdə yaranmış, XIX əsrdən geniş inkişaf etmişdir. Abbasqulu ağa Bakıxanov rus ədəbiyyatından tərcümələr etmiş, M.F.Axundov özünün «Puşkinin ölümünə Şərq poeması»nı rus dilinə çevirmişdir.

M.F.Axundovun komediyaları 1853-cü ildə Tiflisdə rus dilində nəşr olunmuş, sonralar fars və Qərbi Avropa dillərinə tərcümə edilmişdir.

XX əsrdə Azərbaycanda tərcümə işi daha geniş vüsət almış, dünya ədəbiyyatı klassiklərinin əsərləri dilimizə çevrilmiş, saysız-hesabsız tərcümə əsərləri nəşr olunmuşdur.

Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəmizdə tərcümə işinə münasibət də dəyişmiş, xüsusən orijinaldan tərcümə sahəsində uğurlu addımlar atılmışdır.



Material Azərbaycan Sovet Ensiklopediyasında (2 cild, Bakı, 1978, səh. 136) verilmiş «Bədii tərcümə» adlı məqalə əsasında hazırlanmışdır.



***



Tərcümə, geniş mənada, insanlar arasında ünsiyyət vasitəsidir. Birinin anlamadığını ona anlatmaq üçün yeganə yol məsələyə onun bildiyi anlayışlar vasitəsi ilə açar axtarmaqdan ibarətdir. Uşaq bilmədiyi bir sözün mənasını valideynindən soruşduqda valideyn yalnız uşağın bildiyi sözlər vasitəsilə onu başa sala bilər. Bu halda söz ehtiyatı böyük olan valideynin dilindən söz ehtiyatı dar olan uşaq dilinə tərcümə işi baş verir. Mənimsəmiş olduğumuz söz, ifadə və anlayışlar vasitəsilə elmi anlayışların sadə tərifini vermək də elmi dildən daha sadə dilə tərcümə etmək deməkdir. Birisi bilərəkdən, süni surətdə və ya bacarıqsızlıq uzündən anlaşılmaz ifadələrlə danışırsa - "tərcümə et, görək nə deyirsən" deyə müsahibləri onu yüngülcə qınayır. Dilimizdə işlətdiyimiz "Tarixi-Nadiri yarıya kimi oxumuşam, amma sənin nə danışdığını başa düşmürəm" kimi ifadələr də, bəzən doğma dil içində də tərcüməyə ehtiyac olduğuna işarədir. Beləliklə, bir dildə danışanlar da öz aralarında arasıkəsilmədən tərcümə fəaliyyətindədirlər.



***

Tərcümə həm böyük coğrafi məkanda, ölkələr və xalqlar arasında, həm də keçmişlə bu gün arasında əsas ünsiyyət vasitəsidir, gediş-gəlişi təmin edən körpüdür. Tərcümə bir yerdə və ya bir dövrdə əldə olunmuş məlumatları, elmi-texnoloji nailiyyətləri, bədii gözəllikləri başqa yerə və ya başqa dövrə daşıyan zəhmətkeşdir. Puşkin gözəl demişdir: "tərcüməçilər maarifin poçt atlarıdır".



***

Elmi-ədəbi aləmdə tərcümə termini, əsasən bir dildə danışılanların və ya o dildə yazılmış əsərlərin başqa dilə çevrilməsini izah etmək üçün işlədilir. Azərbaycanca bunu bir tərcümə (və ya, bəzən, onunla eynigüclü hesab olunan çevirmə ) sözü ilə ifadə edirlər, sadəcə iki növ tərcüməni fərqləndirmək üçün yazılı tərcümə və şifahi tərcümə ifadələrini də işlədirlər. Geniş yayılmasa da, şifahi tərcümə edənə dilmanc, sifahi tərcümə işinə isə dilmanclıq da deyirlər.

Ruscada "perevod" sözü oxşar mənada və formalarda tətbiq edilir, yazılı və şifahi tərcümə uyğun olaraq "ustnıy perevod" və "pismennıy perevod" ifadələri ilə verilir.

İngiliscə, almanca və fransızcada isə yazılı və şifahi tərcümə üçün nəzərdə tutulmuş iki ayrı söz, uyğun olaraq "translation", "traduction" və "interpretation" terminləri mövcuddur.



***

Əsər hansı dildən tərcümə olunursa, yəni orijinal hansı dildə isə ona qaynaq (mənbə, resurs) dil, tərcümə hansı dilə edilirsə ona hədəf və ya alan (reseptor) dil deyilir.





Hamlet İsaxanlı (şair-tərcüməçi)

“Poetik tərcümə. Məhdud çərçivələr içində

xoş ahəng və gözəllik axtarışı” adlı məqaləsindən

(“Poetik tərcümələr. 1-ci toplu”

Xəzər Universitəsi Nəşriyyatı, Bakı, 2005)
Dilshad Panahova
Dilshad Panahova
Admin

Сообщения : 70
Дата регистрации : 2017-10-07

https://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

PEŞƏKAR TƏRCÜMƏNİN ƏSASLARI 261-ci qrup 2019 Empty Re: PEŞƏKAR TƏRCÜMƏNİN ƏSASLARI 261-ci qrup 2019

Сообщение автор Dilshad Panahova Пт Фев 15, 2019 10:01 pm

FÜZULİ ƏSGƏRLİ           BƏDİİ TƏRCÜMƏ PRİNSİPLƏRİ

http://anl.az/el/alf7/ef_btp.pdf


Последний раз редактировалось: Dilshad Panahova (Пт Фев 15, 2019 10:14 pm), всего редактировалось 1 раз(а)
Dilshad Panahova
Dilshad Panahova
Admin

Сообщения : 70
Дата регистрации : 2017-10-07

https://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

PEŞƏKAR TƏRCÜMƏNİN ƏSASLARI 261-ci qrup 2019 Empty Re: PEŞƏKAR TƏRCÜMƏNİN ƏSASLARI 261-ci qrup 2019

Сообщение автор Dilshad Panahova Пт Фев 15, 2019 10:05 pm

ŞƏHLA NAĞIYEVA BƏDİİ TƏRCÜMƏ: NƏZƏRİYYƏ VƏ PRAKTİKA



http://www.kitabxana.net/files/books/file/1411919779.pdf



MÜNDƏRİCAT
Ön söz
Giriş
I Fəsil. ―Kitabi-Dədə Qorqud" dastanının xarici dillərə
tərcüməsi.
1.1. Dastandakı xüsusi adların ingilİs dilinə transliterasiyası
1.2. ġəxs adları ingilis dilində
www.elmler.net - Virtual İnternet Resurs Mərkəzi
ġəhla Nağıyeva. Bədii tərcümə: nəzəriyyə və praktika
246
1.3. Toponimlərin ―köçürülməsi‖
II Fəsil. Azərbaycan poeziyasının ingilis dilinə tərcüməsi
2.1. Poetik tərcümənin bəzi problemləri
2.2. Qəzəllərin ingilis dilinə tərcüməsi
2.3. Müəllifin fərdi üslubu tərcümədə (S.Vurğun poeziyasının
ingilis dilinə tərcümələri əsasında)
2.4. Bəxtiyar Vahabzadə Ģeirlərinin tərcüməsi
III Fəsil. Müasir Azərbaycan poeziyasının ingilis dilinə
tərcüməsində milli koloritin saxlanılması
3.1. Tərcümədə poetik forma
3.2. Xüsusi adlar
3.3. Frazeoloji birləĢmələr
3.4. Realiyalar və onların tərcüməsi
3.5. Poetik tərcümədə məna təhrifləri


Dilshad Panahova
Dilshad Panahova
Admin

Сообщения : 70
Дата регистрации : 2017-10-07

https://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

PEŞƏKAR TƏRCÜMƏNİN ƏSASLARI 261-ci qrup 2019 Empty Re: PEŞƏKAR TƏRCÜMƏNİN ƏSASLARI 261-ci qrup 2019

Сообщение автор Dilshad Panahova Пт Фев 15, 2019 10:06 pm

https://www.aydinyol.az/newsview/349/Tercumeshunasliq-nezeriyyesine-bir-baxish


Tərcüməşünaslıq nəzəriyyəsinə bir baxış
Bölmə: ƏDƏBIYYAT 02.05.2016

Tərcümə nəzəriyyəsinə dair mənbələrdə tərcüməşünaslığın ekvivalentlik, janr-üslub, praqmatika, konvensional normaları kimi normativ tələbləri diqqətə alınmaqla aşağıdakı əsas kateqoriyalarından bəhs olunur:

ekvivalentlik kateqoriyası. Bu kateqoriyanın uyğunluq tipləri ekvivalent tərcümə, variant uyğunluğu və mətn uyğunluğudur.
adekvatlıq - qeyri-adekvatlıq kateqoriyası. Bu kateqoriya ekvivalentlik kateqoriyasına oxşasa da, tam eyniyyət təşkil etmir. Belə ki, ekvivalentlik mətnin (orijinalın) tam, mükəmməl (tamdəyərli) tərcüməsi deməkdir. Adekvatlıq isə orijinala ən yaxın, orijinalın məzmununu kifayət dərəcədə ifadə edən tərcümə variantlarından biri mənasına gəlir.
variantlıq - invariantlıq kateqoriyası. Eyni bir mətnin orijinalla tamdəyərli, yaxud adekvat olan tərcümə variantlarıdır.
orijinal mətnin (informasiyanın) dəyərliliyi, praqmatikliyi kateqoriyası. Bu, mətnin tərcüməsi zamanı saxlanması zəruri olan (relevant) və çıxarılması mümkün olan (qeyri-relevant) informasiya deməkdir.
orijinal mətnin (informasiyanın) tərcümə üsulu kateqoriyası. Orijinal mətnin strukturu dəyişilmədən (cümlə quruluşu, janr tipi və s.) tərcümə edilir, yaxud da tamdəyərli tərcümə işi orijinalın strukturu ilə başqa şəkillərə transformasiya edilərək (şeir nəsrlə, mürəkkəb cümlə iki sadə cümlə ilə və s.) həyata keçirilir.
tərcümənin keyfiyyəti kateqoriyası. Tərcümə işi tamamlandıqdan sonra ortaya çıxan nəticənin (tərcümənin) keyfiyyəti onun bir neçə əlamətinə görə müəyyənləşdirilir: orijinalın və tərcümənin məna yaxınlığına görə; janr-üslub ekvivalentliyinə görə; praqmatik faktorlara görə (məsələn, bədii tərcümə ədəbi dəyərinə, texniki tərcümə terminoloji ekvivalentliyə, reklam tərcüməsi onun effektlilik dərəcəsinə görə qiymətləndirilir).


Tərcümə prosesi



Tərcüməyə (tərcümə prosesinə) verilən müxtəlif təriflər içərisində ən yığcam olanı budur ki, tərcümə - bir dildə ifadə olunanın başqa bir dilin imkan və vasitələri ilə ifadə edilməsidir. Bu isə yalnız o zaman mümkün olur ki, mütərcim hər iki dili ən dərin incəliklərinəcən bilir. Söhbət bədii tərcümədən gedirsə, mütərcim eyni zamanda çevirdiyi əsərin müəllifinin yaradıcılıq üslubuna, yazı tərzinə, yazıçının ölkəsinin adət-ənənələrinə, coğrafiyasına, ictimai-siyasi şəraitinə, o dilin dialektlərinə dərindən bələd olmalıdır. Mütərcim iki dildən birini yaxşı, digərini zəif bilirsə, tərcümənin sönük çıxacağı şübhəsizdir. Tərcüməçi xüsusilə öz ana dilini kamil bilməlidir. Qəribə görünsə də, əcnəbi dildən ciddi əsəri tərcümə etməkdən ötrü həmin xarici dildən daha çox ana dilini yüksək səviyyədə bilmək lazımdır ki, onu xalis xalq dilində tələbkar oxucuya çatdıra biləsən.

Tərcümə prosesi (texnikası) praktikada üç əsas mərhələdən keçir:

orijinal mətnlə tanışlıq və tərcümə tipinin (növünün) seçilməsi (şifahi tərcümədirsə, dinləmə, xüsusən mövzu əvvəlcədən bəllidirsə, o sahəyə aid ədəbiyyatla tanış olma; yazılı mətndirsə, oxuyub lazımi qeydlər aparma və s.);
orijinal mətni orijinalın öz dilində analiz və tərcümə dilində sintezetmə yoluyla “özününküləşdirmə”, yadda saxlama; tərcüməyə başlamadan əvvəlki hazırlıq işlərini tamamlama – lüğət(lər) və xüsusi ədəbiyyat üzərində iş (texniki tərcümədirsə, lazımi elmi-texniki materialla tanışolma, bədii mətn tərcüməsidirsə, əsər müəllifinin həyat və yaradıcılığı, xüsusən üslubu ilə tanışlıq və s.);
orijinal mətni tərcümə – yadda saxlanan orijinal mətni başqa bir dilin imkan və vasitələrilə əslinə adekvat şəkildə yenidən yaratmaq ( dil-üslub, orfoqrafik redaktə işi və s. bu mərhələdə həyata keçirilir). Tərcümənin ekvivalentliyinə (adekvatlığına) nail olmaq üçün prosesin bu mərhələsində leksik-qrammatik transformasiyalar həyata keçirilir.
Bu zaman baş verən “itkilər” yeri tərcümə dilinin imkanları ilə doldurulur (kompensasiya edilir).
Görkəmli rus tərcüməşünası V.N.Komissarov qeyd edir ki, tərcümə prosesində tərcüməçi iki bilik növündən – pozitiv (epistemik), yəni artıq onun yaddaşında olan biliklər və evristik (yeni informasiyanın əldə edilməsi qabiliyyəti) - istifadə edir.

Bunu da qeyd etmək lazımdır ki, yazılı tərcümə prosesində çox sayda informasiya mənbələrindən istifadə olunur. Bunların başında ikidilli və izahlı lüğətlər, sahəvi və xüsusi lüğətlər (terminlər lüğəti, orfoqrafiya lüğəti, qısaltmalar lüğəti və s. və i.a.), ensiklopediyalar, tərcümə mətni ilə əlaqədar xüsusi ədəbiyyat, mütəxəssis məsləhətləri və s. dayanır.



Leksik-qrammatik tərcümə transformasiyaları



Tərcümə zamanı tərəf-müqabil dillərin konstruksiyalarının məna funksiyası, leksik dolğunluğu, üslubi-ekspressiv vəzifəsi və digər özəllikləri nəzərə alınaraq, məzmun və ifadə planında üç cür transformasiya həyata keçirilir: leksik, leksik-qrammatik və qrammatik transformasiyalar.

a) leksik transformasiya çeşidləri

transkripsiya (orijinal leksik vahidin səs formasını tərcümə dilində ifadəetmə);
transliterasiya (orijinal leksik vahidin qrafik-hərf formasını tərcümə dilinin hərfləri ilə ifadəetmə);
kalka yaratma (orijinal leksik vahidinin quruluşu əsasında tərcümə dilində yeni leksik vahid – morfem, söz birləşməsi və s. düzəltmə);
leksik-semantik əvəzləmələr: mənaların konkretləşdirilməsi, ümumiləşdirilməsi, dolğunlaşdırılması, fikrin tam başqa sözlərlə açılması;
əlavələr (orijinalda olmayan bir elementin, leksik vahidin və s. tərcümə mətninə əlavə edilməsi yoluyla mənanın tam çatdırılması);
atımlar (tərcümə prosesində orijinal mətnin məna təhrifinə yol açmadan, mətnin tərcümə edildiyi dilin normalarını pozmadan mətnin əslindəki bəzi leksik vahidlərin atılması – tərcümə edilməməsi)


b) leksik-qrammatik transformasiya çeşidləri

antonimik tərcümə (orijinaldakı təsdiq formasının tərcümə dilində inkar formasında, yaxud əksinə işlədilməsi yolu ilə eyni mənanı ifadəetmə);
eksplikasiya (tərcümə prosesində orijinal mətnin leksik vahidinin (texniki termin, ictimai-siyasi həyata, yaxud məişətə dair realiyalar və s.) tərcümə dilində təsviri yolla dolayı şəkildə tərcüməsi);
əvəzləmələr (tərcümə prosesində orijinal mətnin saxlanması mümkün olmayan leksik vahidinin tərcümə dilində başqa bir ifadə vasitəsilə kompensasiya edilməsi, “itkilərin” yerinin doldurulması);


c) qrammatik transformasiya çeşidləri

orijinaldakı və tərcümə dilindəki qrammatik modellərin sintaktik uyğunluğu (hərfi tərcümə);
yerdəyişmələr və qrammatik çevirimlər: söz sırasının dəyişdirilməsi, cümlə quruluşunun dəyişdirilməsi, cümlənin kommunikativ əvəzlənməsi və s.;
qrammatik əvəzləmələr: sözün formasının (morfoloji əlamətlərinin) dəyişdirilməsi, cümlə üzvlərinin və nitq hissələrinin qrammatik əvəzlənməsi, cümlə quruluşunun dəyişdirilməsi və s.


Əsgər RƏSULOV,
Filologiya elmləri doktoru, professor
Dilshad Panahova
Dilshad Panahova
Admin

Сообщения : 70
Дата регистрации : 2017-10-07

https://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

PEŞƏKAR TƏRCÜMƏNİN ƏSASLARI 261-ci qrup 2019 Empty Re: PEŞƏKAR TƏRCÜMƏNİN ƏSASLARI 261-ci qrup 2019

Сообщение автор Dilshad Panahova Пт Фев 15, 2019 10:11 pm

Fəlsəfi mətnlərin tərcümə problemləri https://aztc.gov.az/az/posts/id:102
Tərcümə mətinlərinin müqayisəli təhlili https://aztc.gov.az/az/posts/id:95
İkinci dildən tərcümə problemləri https://aztc.gov.az/az/posts/id:92
Poeziya nümunələrinin tərcümə çətinlikləri   https://aztc.gov.az/az/posts/id:100
Türk dilindən tərcümə lazımdırmı? https://aztc.gov.az/az/posts/id:86
Dilshad Panahova
Dilshad Panahova
Admin

Сообщения : 70
Дата регистрации : 2017-10-07

https://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

PEŞƏKAR TƏRCÜMƏNİN ƏSASLARI 261-ci qrup 2019 Empty Re: PEŞƏKAR TƏRCÜMƏNİN ƏSASLARI 261-ci qrup 2019

Сообщение автор Dilshad Panahova Пт Фев 15, 2019 10:14 pm

SKOPOS NƏZƏRİYYƏSİ


http://artkaspi.az/az/skopos-nezeriyyesi/#.XGb7zqIzaUl
Dilshad Panahova
Dilshad Panahova
Admin

Сообщения : 70
Дата регистрации : 2017-10-07

https://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

PEŞƏKAR TƏRCÜMƏNİN ƏSASLARI 261-ci qrup 2019 Empty Re: PEŞƏKAR TƏRCÜMƏNİN ƏSASLARI 261-ci qrup 2019

Сообщение автор Dilshad Panahova Пт Фев 15, 2019 10:16 pm

İTALYAN DİLİNİN İZAHLI ONLİNE LÜĞƏTLƏRİ

http://dizionari.repubblica.it/italiano.php
http://dizionari.corriere.it/dizionario_italiano/
http://www.garzantilinguistica.it/

ENSİKLOPEDİK LÜĞƏT http://www.treccani.it/

CORRİERE DELLA SERA-YA AİD DİGƏR LÜĞƏTLƏR
http://dizionari.corriere.it/
Dilshad Panahova
Dilshad Panahova
Admin

Сообщения : 70
Дата регистрации : 2017-10-07

https://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

PEŞƏKAR TƏRCÜMƏNİN ƏSASLARI 261-ci qrup 2019 Empty Re: PEŞƏKAR TƏRCÜMƏNİN ƏSASLARI 261-ci qrup 2019

Сообщение автор Dilshad Panahova Пт Фев 15, 2019 10:20 pm

AZƏRAYCAN DİLİNİN İZAHLI LÜĞƏTİ
https://azerdict.com/az/izahli-luget/guideline
http://obastan.com/az/dict/exp

Lüğətdən istifadə qaydalarına aid mətni oxumaq lazımdır

Dilshad Panahova
Dilshad Panahova
Admin

Сообщения : 70
Дата регистрации : 2017-10-07

https://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

PEŞƏKAR TƏRCÜMƏNİN ƏSASLARI 261-ci qrup 2019 Empty Re: PEŞƏKAR TƏRCÜMƏNİN ƏSASLARI 261-ci qrup 2019

Сообщение автор Dilshad Panahova Пт Фев 15, 2019 10:27 pm

Abbas Səhhət:

Avropalıların öz ədəbiyyatı o qədər vase olduğu halda, yenə ərəb və farsın məşhur ədib və şairlərinin əsərlərini öz dillərinə tamamən tərcümə etmişlər. Belə olan surətdə biz nə üçün avropalıların əsərini öz lisanımıza tərcümə etməyək? Bilmədiyimizi nə üçün öyrənməyək?



M.F.Axundov:


“...Tərcümənin ...əsas şərti budur ki, onda orijinaldan nə artıq, nə də əskik bir şey olsun”.



Səməd Vurğun:

Axıtdım alnımın inci tərini

Yanmadım ömrümün iki ilinə.

Rusiya şerinin şah əsərini

Çevirdim Vaqifin şirin dilinə.



Yohann Volfanq Göte:

Tərcüməçilik işinin qeyri-qənaətbəxş olması haqqında nə desələr də, o, kainatı bütövləşdirib bir yerə yığan işlərin ən vaciblərindən və ən layiqlilərindəndir.
Dilshad Panahova
Dilshad Panahova
Admin

Сообщения : 70
Дата регистрации : 2017-10-07

https://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

PEŞƏKAR TƏRCÜMƏNİN ƏSASLARI 261-ci qrup 2019 Empty Re: PEŞƏKAR TƏRCÜMƏNİN ƏSASLARI 261-ci qrup 2019

Сообщение автор Dilshad Panahova Пт Фев 15, 2019 10:28 pm

Rafiq Manaf oğlu Novruzov BƏDİİ TƏRCÜMƏNİN NƏZƏRİYYƏSİ VƏ TƏCRÜBƏSİ

https://vdocuments.mx/rafiq-novruzov-bdii-trcuemnin-nzriyysi-v-tcruebsipdf.html
Dilshad Panahova
Dilshad Panahova
Admin

Сообщения : 70
Дата регистрации : 2017-10-07

https://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

PEŞƏKAR TƏRCÜMƏNİN ƏSASLARI 261-ci qrup 2019 Empty Re: PEŞƏKAR TƏRCÜMƏNİN ƏSASLARI 261-ci qrup 2019

Сообщение автор Dilshad Panahova Пт Фев 15, 2019 10:37 pm

İZAHLI TƏRCÜMƏŞÜNASLIQ TERMİNLƏRİ LÜĞƏTİ

https://ebooks.azlibnet.az/book/23saf030418.pdf

Dilshad Panahova
Dilshad Panahova
Admin

Сообщения : 70
Дата регистрации : 2017-10-07

https://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

PEŞƏKAR TƏRCÜMƏNİN ƏSASLARI 261-ci qrup 2019 Empty Re: PEŞƏKAR TƏRCÜMƏNİN ƏSASLARI 261-ci qrup 2019

Сообщение автор Dilshad Panahova Пт Фев 15, 2019 10:46 pm

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında ƏSASNAMƏ



I. Ümumi müddəalar

1.1 Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyası Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsi və koordinasiya edilməsini həyata keçirən, o cümlədən dilin lüğət tərkibinin zənginləşdirilməsini reqlamentləşdirən, yeni elmi-ədəbi anlayış və ifadələrin dildə işlədilməsininin mümkünlüyünü müəyyənləşdirən, elmi-ədəbi dili təkmilləşdirmək məqsədi ilə KİV-lər, mətbuat orqanları və dərsliklərdə yeni termin və anlayışların dilin normalarına müvafiq qaydada işlədilməsinə nəzarət funksiyalarına malik olan elmi təşkilatdır.

1.2 Terminologiya Komissiyası 1922-ci il dekabrında N. Nərimanovun təşəbbüsü ilə respublikada terminoloji işi və orfoqrafiya problemlərini qaydaya salmaq üçün Azərbaycan Xalq Komissarlar Şurası yanında yaradılmış İstilah Komissiyası , 1928-ci ildə terminologiya və orfoqrafiyi məsələsini praktik şəkildə və elmi əsaslar üzrə həll etmək üçün Baş Elmi İdarələr Müəssisəsi Dövlət Terminologiya Komitəsi, 1948-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Rəyasət Heyəti yanında Terminologiya Komitəsinin ( 2000-ci ildə AMEA RH yanında Terminologiya Komissiyası adlandırılmışdır) elmi –mənəvi varisidir.
1.3. Terminologiya Komissiyası öz fəaliyyətini Azərbaycan respublikası Təhsil, Ədliyyə, Rabitə və İT nazirlikləri, TQDK və digər müvafiq ali icra orqanları ilə sıx əməkdaşlıq şəraitində qurur. Terminologiya Komissiyasının fəaliyyətinə elmi metodoloji rəhbərlik AMEA tərəfindən həyata keçirilir.

II. Terminologiya Komissiyasının funksiyaları

2.1. Elm və texnikanın, iqtisadiyyat və mədəniyyətin ayrı-ayrı sahələri üzrə izahlı, dialektoloji, ensiklopedik, iki və çoxdilli terminoloji, orfoqrafik lüğətlərin hazırlanmasına elmi metodoloji rəhbərliyin həyata keçirilməsi və nəşrinə icazə verilməsi.
2.2. Terminlərin dövri mətbuatda, televiziya və radioda, orta və ali məktəblərin dərsliklərində, idarə və müəssisələrin kargüzarlıq işlərində düzgün istifadəsinə nəzarətin aparılması.
2.3. Terminologiyanın dilçilik problemlərinin tədqiqinin və müvafiq kadr hazırlığının təşkili və koordinasiyası.
2.4. Azərbaycan dilinə yeni daxil edilən termin və anlayışların təsdiqi və ifadə formalarının müəyyənləşdirilməsi.
2.5. Respublikada elmin, mədəniyyətin, ictimai-siyasi həyatın bütün sahələri ilə bağlı baş verən dəyişikliklər nəzərə almaqla elmi-ədəbi dilin və terminologiyanın inkişaf etdirilməsi və təkmilləşdirilməsi istiqamətlərinin müəyyənləşdirilməsi.
2.6. Azərbaycan dilinin lüğət tərkibində baş verən dəyişmələr, cəmiyyətin həyatının müxtəlif sahələrində, o cümlədən, elmi-texniki inkişaf, ictimai-siyasi həyatda baş verən prosesləri özündə əks etdirən yeni yaradılan söz və terminlərin istifadəsində vahid metodoloji prinsiplərə riayət edilməsi məqsədi ilə AMEA-nın elmi bölmələri, universitetlər və digər elm-təhsil və yaradıcılıq təşkilatları nəzdində sahəvi terminoloji fəaliyyət strukturlarının yaradılmasını və onlara metodoloji rəhbərliyin həyata keçirilməsi.
2.7. Müxtəlif elm sahələrini birləşdirən, dünya sivilizasiyasının, ictimai həyatın əksi olan, ayrı-ayrı dillərin fonetik, leksik, qrammatik xüsusiyyətlərini də özündə birləşdirən terminoloji lüğətlərin tərkibi kimi Azərbaycan dilinə daxil edilən alınmaların tənzimlənməsi, dilimizin tələblərinə uyğunlaşdırılması prinsiplərinin müəyyənləşdirilməsi.
2.8. Azərbaycan elmi-ədəbi dilində dərslik, monoqrafiya, bədii, publisistik əsərlərdə, o cümlədən kütləvi informasiya vasitələrində, TV-lərdə, radiolarda, nəşriyyatlarda, reklamlarda, idarə və müəssisələrdə, məktəblərdə terminlərin istifadəsində mövcud qaydalara əməl edilməsinə nəzarətin təşkil edilməsi məqsədi ilə Azərbaycan respublikası Mülki qanunvericiliyinə müvafiq normaların daxil edilməsi haqqında təkliflərin hazırlanması.
2.9. Elmi-texniki tərəqqi, ictimai-siyasi həyatın inkişafı nəticəsində terminoloji sistemlərin fasiləsiz olaraq dəyişməsinı və inkişafını nəzərə alaraq qanunvericilik aktlarında, məhkəmə sənədlərində, normativ-hüquqi aktlarda terminlərin düzgün işlənməsinə nəzarət məqsədi ilə onların qəbulu mərhələsində terminologi ekspertizasının təşkil edilməsi.
2.10. Müasir qlobalaşma şəraitində Azərbaycan dilində müxtəlif dillərdən alınan beynəlxalq terminlərin sayının sürətlə çoxalmasını nəzərə alaraq, dilimizin milli köklərinin daha yaxşı qorunması və zənginləşdirilməsinin davam etdirilməsi məqsədi ilə, eyni tarixi –mənəvi kökə malik türk xalqlarının ortaq terminoloji bazasının yaradılması, müvafiq termin yaradıcılığının unifikasiyası normaları və metodoloji prinsiplərinin müəyyənləşdiriməsi.
2.11.Dilə daxil olan yeni terminlərin orfoqrafiyada verilmə prinsiplərinin müəyyənləşdirilməsi
2.12. Terminologiya Komissiyası Azərbaycanda yaradılan terminoloji saytların beynəlxalq səviyyədə dillərarası terminoloji lüğətlərin toplanması istiqamətində fəaliyyət göstərən , YUNESKO-nun egidası altda təşkil olunmuş Beynəlxalq terminologiya mərkəzi –TermNet şəbəkəsinə qoşulmasını təmin etməsi.

III. Terminologiya Komissiyasının strukturu

3.1. Terminologiya Komissiyası elmin, iqtisadiyyatın və dövlət idarəetmə sisteminin müxtəlif sahələrində fəaliyyət göstərən nüfuzlu alim və mütəxəssisləri özündə birləşdirir.
3.2. Terminologiya Komissiyası Rəyasət heyəti ( sədr, müavinlər, məsul katib),büro üzvləri, icra aparatı və sahə bölmələrindən ibarətdir.
3.3 Terminologiya Komissiyasının Rəyasət heyəti, icra aparatının
təqdimatı ilə Terminologiya Komissiyasının illik iş planın layihəsini
formalaşdırır və təsdiq etmək üçün AR NK təqdim edir.
3.4 İcra aparatı TK Əsasnaməsi və iş planına müvafiq olaraq
Komisssiyanın işini təşkil edir, müvafiq qaydada öz fəaliyyəti haqqında
hesabat verir.
3.5 Terminologiya Komissiyasının aşağıdakı sahə bölmələri vardır: fizika, riyaziyyat; mexanika və texnika elmləri bölməsi; kimya bölməsi; geologiya bölməsi; coğrafiya bölməsi; biologiya və kənd təsərrüfatı elmləri bölməsi; tarix bölməsi; iqtisadiyyat bölməsi; fəlsəfə bölməsi; hüquqşünaslıq bölməsi; dilçilik bölməsi; ədəbiyyatşünaslıq bölməsi; orfoqrafiya bölməsi; memarlıq, musiqişünaslıq, teatrşünaslıq və dekorativ – tətbiqi sənət bölməsi; tibb elmləri bölməsi; pedaqogika, psixologiya və fənlərin tədrisi metodikası bölməsi; bədən tərbiyəsi və idman bölməsi.

IV. Terminologiya Komissiyasının hüquqları.

4.1. Terminologiya Komissiyasında dillərarası əlaqələrin genişlənməsinin təzahürü kimi Azərbaycan dili leksikasında terminlərin xüsusi çəkisinin artmasını nəzərə alaraq, qəbul etdiyi terminlərin geniş ictimaiyyətə çatdırılması, təklif edilən yeni terminlərin dildə düzgün qarşılıqlarının müəyyənləşdirilməsi, dilə daxil olan yeni terminlərin müzakirəsinin təmin edilməsi məqsədi ilə “Yeni terminlər “ bülleteni nəşr edilir.
4.2. Ölkədə terminoloji mühitin nəzarətdə saxlanılması məqsədi ilə müntəzəm monitorinqlər aparır və nəticələri elan edir .
4.3. Dilin terminoloji bazasının yad təsirlərdən qorunması, inkişaf etdirilməsi, dünya azərbaycanlılarının müraciət imkanı olan on-layn resurs bazasının yaradılması və bütövlükdə yeni terminlərin yaradılması prosesində virtual məkanın imkanlarından istifadə edilməsi, o cümlədən, interaktiv forumlar vasitəsi ilə bu prosesə geniş ictimaiyyətin cəlb edilməsini təşkil edir.
4.4. Müxtəlif elm sahələrinə aid terminoloji lüğətlərin elektron variantlarının virtual məkanda yerləşdirilməsini həyata keçirir.
4.5. Terminologiya Komissiyası rəsmi orqan statusunda “Terminologiya məsələləri” elmi jurnalının nəşrini həyata keçirir. Jurnalda elmin müxtəlif sahələri ilə bağlı yaranan terminlərin dildə sabitləşməsı, terminologiyanın nəzəri məsələləri, terminoloji lüğətlərin tərtibi prinsipləri və TK-nın qəbul etdiyi terminlər öz əksini tapır.
4.6. Termin yaradıcılığının nəzəri problemlərinə həsr edilmiş monoqrafiya, dərslik və dərs vəsaitlərinin nəşri, həmçinin terminologiyanın nəzəri və sahəvi problemlərinə həsr edilən dissertasiyaların mövzularının təsdiqi Terminologiya Komissiyasının rəyi nəzərə alınmaqla təmin edilir.
4.7. Terminologiya Komissiyası bir qayda olaraq filologiya üzrə fəlsəfə və elmlərı doktoru elmi dərəcələrin verilməsi üçün dissertasiya işlərinin müdafiəsində müvafiq qaydada aparıcı təşkilat qismində iştirak edir.
4.8. Terminologiya Komissiyası Azərbaycan dilində termin yaradıcılığı prosesini, eləcə də terminologiyanın inkişafının nəzəri metodoloji məsələrinini əhatə edən “Terminologiya məsələləri” toplusunun müntəzəm dövrü nəşrini həyata keçirir.
4.9. Azərbaycan elmi dilinin dərsliklərdə və mətbuatda düzgün əksi üçün orfoqrafiya prinsiplərinin təkmilləşdirilməsi üçün təkliflər hazırlayır.
4.10. Azərbaycan dilinin terminoloji arealının müasir metodlarla zənginləşməsini, mövcud terminoloji lüğətlərin vahid mərkəzdə toplanılması, terminlərin izahı və müxtəlif dillərdə qarşılığının tapılması, həmçinin termin yaradıcılığına cəmiyyətin müxtəlif təbəqələri, o cümlədən xaricdə yaşayan soydaşlarımızın cəlb edilməsi məqsədlərinə xidmət edən Azərbaycan terminologiyası veb portalının (www “Aztermin.az”) fəaliyyətini təmin edir.
4.11. Virtual məkanda Azərbaycan dilli kontentlərdə (veb-saytlarda, e-dərsliklərdə, e-qəzetlərdə və s.) yad sözləri operativ olaraq aşkar etmək, kontent sahiblərini və ictimaiyyəti məlumatlandırmaq, statistika toplamaq, dilin terminoloji tələblərinə əməl etmə göstəricilərinə görə reytinqlər təşkil etmək, onları stimullaşdırmaq, terminoloji bazaya daxil ediləcək yeni terminləri müəyyənləşdirmək və s. məqsədlərlə on-layn terminoloji nəzarət sisteminin (E-Terminoloji monitorinq) yaradılmasını müvafiq qaydada təmin edir.
4.12. Terminologiya Komissiyası öz missiyası daxilində elmi müzakirələri, simpozium və konfransları təşkil edir, ölkə daxilində və xarici ölkələrdə müvafiq tədbirlərdə təmsil olunur.

V. Terminologiya Komissiyasının fəaliyyətinin təşkili

5.1 Terminologiya Komissiyası Rəyasət heyəti və sahə bölmələrinin fərdi tərkibi AMEA və Təhsil Nazirlikləri ilə razılaşdırılmaqla Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
5.2 İcra aparatı Terminologiya Komissiyasının fəaliyyətinə bilavasitə rəhbərliyi həyata keçirir və öz fəaliyyəti haqqında AR NK-ya illik hesabat verir. İcra aparatının ştat vahidlərinin sayı 10 nəfər təşkil edir. TK icra aparatının strukturu TK Rəyasət Heyəti tərəfindən təsdiq edilir.
5.3 Terminologiya Komissiyası icra aparatının rəhbəri AMEA RH təqdimatı ilə AR NK tərəfindən vəzifəyə təyin və azad edilir. TK icra aparatının rəhbəri Komissiyanın fəaliyyətinə rəhbərlik edir, ölkədə və xaricdə TK təmsil edir.
5.4 Terminologiya Komissiyası İcra aparatının maliyyələşdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən aparılır. TK icra aparatı əməkdaşlarının əmək haqları və digər sosial təminatları AMEA Rəyasət heyətinin elmi bölmələri səviyyəsində müəyyənləşdirilir. 1952-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı ilə Azərbaycan dilində terminologiya yaradılmasını qaydaya salmaq, respublikamızın elmi-tədqiqat müəssisələrində və ali məktəblərdə aparılan terminoloji işlərə rəhbərlik etmək məqsədilə Azərbaycan SSR Elmlər Akademiyasının Rəyasət Heyəti yanında Terminologiya Komitəsi yaradıldı. Komitənin tapşırığı ilə elmi-tədqiqat institutları öz sahələrinə aid lüğətlər tərtib etməyə başladı. Kommunist qəzeti lüğətlərin nəşr olunması yolları prinsipləri haqqında dilçilər tərəfindən mühüm təkliflər irəli sürülürdü.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının fəaliyyətinin təşkili barədə

“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 may tarixli 2236 nömrəli Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti 26 noyabr 2012-ci il tarixində 277 nömrəli qərarla "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə"ni və həmin tarixli 312 nömrəli sərəncamla "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının tərkibini təsdiq etmişdir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsini və koordinasiya edilməsini, həmçinin dilin lüğət tərkibinin zənginləşdirilməsini, yeni anlayış və ifadələrin dildə işlədilməsi mümkünlüyünün müəyyənləşdirilməsini, elmi-ədəbi dili təkmilləşdirmək məqsədi ilə kütləvi informasiya vasitələrində, dərsliklərdə və digər tədris vəsaitlərində yeni termin və anlayışların dilin normalarına müvafiq qaydada işlədilməsinə nəzarət funksiyalarını həyata keçirir.
Qeyd olunan qərarın icrasını təmin etmək məqsədi ilə AMEA Rəyasət Heyəti Qərara alır:
1. "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 26 noyabr 2012-ci il tarixində, 277 nömrəli qərarı (əlavə olunur) və "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında 26 noyabr 2012-ci il tarixli 312 nömrəli sərəncamı (əlavə olunur) AMEA strukturları tərəfindən rəhbərlik və icra üçün nəzərə alınsın.
2. AMEA Nəsimi adına Dilçilik İstitutunun Terminologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Sayalı Allahverdi qızı Sadıqova Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini təyin edilsin.
3.1. Terminologiya Komissiyasına (sədr müavini prof.S.Sadıqova) tapşırılsın :Azərbaycan dilinin lüğət tərkibinə daxil olan yeni terminlərin geniş ictimaiyyətə çatdırılması və onların müzakirəsinin təmin edilməsi məqsədi ilə Terminologiya Komissiyasının bülleteni təsis edilsin.
3.2. Komissiyanın rəsmi orqanı kimi elmin müxtəlif sahələri ilə bağlı yaranan terminlərin dildə sabitləşməsi, terminologiyanın nəzəri məsələlərini, terminoloji lüğətlərin tərtibi prinsiplərini və Komissiyanın təsdiq etdiyi terminləri işıqlandıran, "Terminologiya məsələləri" elmi jurnalının müntəzəm nəşri təmin edilsin.
3.3.Dünya svilizasiyasının, ictimai həyatın əksi olan terminoloji lüğətlərin tərkibi müxtəlif elm sahələrini birləşdirdiyi kimi, ayrı-ayrı dillərin fonetik, leksik, qrammatik xüsusiyyətlərini də özündə birləşdirir. Ona görə də dilə daxil olan alınmaların tənzimlənməsi, dilimizin tələblərinə uyğunlaşdırılması prinsipləri terminoloqlar tərəfindən müəyyənləşdirilsin. Bununla bağlı nəzəri tədqiqatlar genişləndirilsin.
3.4. Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətlənməsi, Azərbaycan dilinin terminoloji arealının müasir metodlarla zənginləşməsi, «elektron hökumət» erasına hazırlığın güclənməsi mərhələsində dilimizdə işlənən, eləcə də yeni yaranan terminlərin toplanması, aprobasiyası və tətbiqinin sürətləndirilməsi, onları sistemləşdirən terminoloji lüğətlərin elektron variantlarının yerləşdirilməsi üçün Terminologiya Komissiyasının «WEB portalı»nın yaradılması sürətləndirilsin.
4. Sərəncamın icrasına nəzarət AMEA-nın birinci vitse-prezidenti, akademik A. Həşimova həvalə edilsin.




KOMİSSİYA HAQQINDA

XX əsrin əvvəlləri Azərbaycan xalqının tarixində mürəkkəb ictimai-siyasi və mədəni hadisələrlə zəngin olan bir dövrdür. Azərbaycanda ana dilində elmin inkişafı, elmi-kütləvi ədəbiyyatların, dərsliklərin çap edilib yayılması, xüsusilə elmi üslubun formalaşması bu dövrlə bağlıdır. Yeni ictimai – siyasi görüşlər, elm və mədəniyyətin sürətli inkişafı, orta və ali məktəblərin, elmi-tədqiqat müəssisələrinin təşkili, mətbuatın sayının artması, dərsliklərin, elm əsərlərin Azərbaycan dilində yazılması dilin ictimai funksiyasının genişlənməsinə təkan verirdi. Lakin, dövrün tələblərinə uyğun Azərbaycan dilində müəyyənləşmiş sistemli elmi dil yox idi. Buna görə də elmi əsərlərdə, dərsliklərdə və terminoloji lüğətlərdə terminləri ifadə etmək üçün ərəb və fars dillərinə məxsus o qədər söz və tərkiblər işlədilirdi ki, onları başa düşmək üçün xüsusi izahlar tələb olunurdu.

Dövrün tələbləri nəzərə alınaraq N.Nərimanovun və S.Ağamalıoğlunun təşəbbüsü ilə respublikada Azərbaycan dilində elmi dili formalaşdırmaq, tədris üçün dərsliklərin yaradılması və terminoloji işə rəhbərlik etmək, ədəbi dili inkişaf etdirmək üçün xüsusi orqan - Azərbaycan Xalq Komissarları Şurası yanında İstilah Komissiyası təşkil olundu. Komissiyanın sədri Tağı Şahbazi təyin edildi. Lakin Komissiyanın tələbləri ilə Tağı Şahbazinin prinsipləri uyğun gəlmədiyinə görə o istefa verdi. Qafur Rəşad, Tağı Şahbazi dilə daxil olan sözlərin demək olar ki, hamısı üçün, hətta beynəlmiləl terminlər üçün də qarşılıq yaratmağa çalışırdılar. (kommunist – ümumiçilik, demokrat-xalq tərəfdarı, aviasiya – havada uçmaq, anarxiya – hökumətsizlik) 1923-ci ildə Terminologiya Komissiyası Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanına köçürüldü və Səmədağa Ağamalıoğlunun sədrliyi ilə fəaliyyətini davam etdirməyə başladı. İstilah Komissiyasında həmin dövrdə lazımi ehtiyacları ödəmək məqsədi ilə müxtəlif sahələrə- riyaziyyat, coğrafiya, kimya, iqtisadiyyata aid bir sıra terminlər lüğəti hazırlanıb nəşr edildi. Bu lüğətlərin hazırlanıb nəşr olunması ilə bağlı «Yeni yol» qəzeti yazırdı ki, İstilah Komissiyasının fəaliyyəti nəticə verməyə başlayır. Bu istilahların varlığı kitab yazanların və tərcümə edənlərin sürətlə işə girişməsinə yol olacaqdır.

İstilah Komissiyasının hazırladığı lüğətlərdə rusca terminlər əvvəlcə, sonra isə həmin terminlərin o dövrdə Azərbaycan dilində işlənən qarşılığı və Komissiya tərəfindən təklif edilən yeni terminlər verilmişdir. Bu lüğətlər o dövr üçün əhəmiyyətli idi. Lakin Azərbaycan dilində terminlərin yaranma prinsipləri, terminologiyanı təkmilləşdirmək yollarını düzgün müəyyənləş¬diril-mə¬mişdir. Buna görə də Azərbaycan dilinin terminologiyasını yalnız bu dilin öz ehtiyatı əsasında inkişaf etdirmək, zənginləşdirmək kimi yanlış bir prinsipdən istifadə edilərək, qondarma terminlərə daha çox üstünlük verilirdi. Komissiyanın üzvləri beynəlxalq terminlərin dildə işlədilməsinə qarşı çıxaraq, əvəzində anlaşılmayan terminlər yaradırdılar. Xüsusilə , Sami Kamalın «Saybil terminləri lüğəti»ndə» verilən qondarma terminlər oxucuların işini daha da çətinləşdirmişdir. Müəllif tərəfindən təklif edilən terminlərin bir qismi ehtiyac olmadan süni sözlərlə əvəz edilmişdir. Məsələn, həndəsə//biçimbil, aksioma-özübəlli, nöqtə//bənək, rəqəm//sayac, pərgar//fırlaq, mənfi//tərs, düstur//ceşni, plyus//topaq» və s. Eləcə də C.Cəbrayılbəylinin, Qafur Rəşadın lüğətlərində heç bir ehtiyac olmadığı halda maddə//nəşnək, təbiət//varış, sənaye//törədiş, metal /yayxan, okean//mühit, rəsədxana//faxovilax ilə əvəz edilmişdir. Bu prinsip elmin, texnikanın bütün sahələrinə aid tərtib edilmiş lüğətlərdə öz əksini tapmışdır. Həmin dövrdə Azərbaycan dilini ərəb-fars mənşəli sözlərdən təmizləmək üçün prinsiplər hazırlanırdı. Belə ki, onlar terminologiyanın nöqsanlarını aradan qaldırmağın əsas yolunu bütün terminlərin əvvəlini, yaxud axırının Azərbaycan dilinin qrammatik qanunlarına uyğun bir formaya salınmasında görürdülər. Odur ki, terminologiyada işlənən ərəb-fars sözlərinin yerinə «azərbaycanca sözlər»in qoyulması prinsipini əsas götürürdülər. Nəticədə lüğətlərdə Azərbaycan dilində çoxdan işlənən elmi-texniki terminlər süni-mənası dərk edilməyən sözlərlə əvəz olunmuşdur.

Bunun nəticəsi idi ki, keçən əsrin 20-ci illərində Azərbaycan dilində ictimai-siyasi, elmi-техniki və s. terminlər yaradılarkən purizmə yol verilmişdir. Onlar ədəbi dilin lüğət tərkibini, xüsusən də terminologiyanı ərəb və fars sözlərindən təmizləməyi, ədəbi dili xalq danışıq dilinə yaxınlaşdırmağı və onun əsasında inkişaf etdirməyi qarşılarına məqsəd qoymuşdular. Eyni zamanda termin yaradıcılığı prosesində ayrı-ayrı məfhumların funksiyası nəzərə alınaraq adlandırılması üsulundan da geniş istifadə edirdilər. Bununla belə, onlar (puristlər) dilimizdə olan hər cür alınma terminlərə qarşı çıxır, ehtiyac duyulan terminlərin hamısını Azərbaycan dilinin daxili imkanları əsasında yaratmağa çalışırdılar. Əgər xalq dilində nəzərdə tutulan anlayışların ifadəsi üçün terminlər yoxdursa, onları xalq dilinə məxsus söz kökləri əsasında süni yolla yaratmaq prinsiplərini əsas götürdüklərinə görə belə terminlər (Qırılğan, baxovibax, nəsnək, naçılıq) lüğətlərdə olsa da dildə, terminologiyada özünə yer tapa bilmədi. Purizm meylilərinin əmələ gəlməsi ilə əlaqədar mətbuatda termin yaradıcılığı məsələləri geniş müzakirə olunmağa başlandı.

1923-cü ildə «Kommunist» qəzetində həftədə bir dəfə «Dilimizin istilahı» adı ilə xüsusi vərəqə nəşr edilmişdir. Məqalələrdən aydın olur ki, müəlliflər tərəfindən termin yaradıcılığında ifrata varmamaq, yalnız çətin anlaşılan ərəb və fars sözlərini dildən çıxartmaq təklif edilirdi. «Yaratmaqmı, düzəltməkmi və necə? adlı məqalədə yazılırdı:» «vəzifə yaratmaq deyil, düzəltməkdir, toplayıb hazırlamaqdır». «Dil bəlası» adlı məqalədə – burada (terminologiyada-S.S.) qurtaracaq və azad olacaq bir yol varsa, o da yeni dil yaratmaq olmayıb, yaranmış, dirilmiş, yapılı olan əsas dilimizdə yalnız bir takım islahatlar aparmaqdır. Bütün bu müzakirələrdən sonra İstilah Komissiyasında yeni termin yaradıcılığı prinsipləri müəyyənləşdirildi. Bu dövrdə terminologiyanın yaranmasında 2 cəhət diqqəti cəlb edir: 1) bütün terminləri xalq dilində axtarmaq, xalq dilində müvafiq terminlər olmadıqda isə onları dildə olan söz kökləri əsasında yaratmaq; 2) terminologiyada alınma terminləri olduğu kimi işlətmək.

Terminologiya Komissiyasının fəaliyyəti 1926-cı ildə keçirilmiş I Ümumitifaq Turkoloji qurultayından sonra daha da güclənmişdi. Qurultayda tarix, etnoqrafiya, əlifba, orfoqrafiya ,dil tarixi və bir sıra mühüm məsələlərlə yanaşı türk dillərində terminologiya yaradılması məsələsi geniş müzakirə olunmuşdur. Qurultayda terminologiya ilə bağlı beş məruzə dinlənilmişdir. Bu məruzələrdən H.B.Zeynallının «Türk dillərinin elmi terminologiyasının sistemi haqqında» məruzəsi diqqəti cəlb edir. Məruzənin əsasını türk dillərində, o cümlədən də Azərbaycan dilində elmi-texniki terminlər yaradılması və başqa dillərdən terminlər alınması prinsipləri təşkil edirdi.

H.Zeynallı tərəfindən irəli sürülmüş prinsiplər, əsasən düzgündür, lakin ayrı-ayrı terminlərin mənsub olduqları dillərdə işlənən formasını götürmək fikri özünü doğrultmadı. O dövrdə nəşr olunmuş bir sıra lüğətlər bu prinsipə uyğun tərtib edilmişdir. Məsələn, santimetro-santimetro, manometro-manometro, ampermetro-ampermetro, tempo-tempo və s.
B.V.Çobanzadə terminologiya yaradılmasında yerli dillərə və bu dillərin tələffüzünə və morfoloji xüsusiyyətlərinə əsaslanmağı təklif edirdi.
Türkoloji qurultayda bir sıra mübahisələr həll edilsə də , Azərbaycan dilinin terminologiyasının inkişafı düzgün müəyyənləşdirilə bilmədi. Bu nəzərə alınaraq 1928-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığı yanında Baş Elmi Müəssisələr İdarəsi yaradılmış və terminologiya ilə bağlı məsələlər həmin idarəyə tapşırılmışdı. 1929-cu ildə Baş Elmi Müəssisələr İdarəsi yanında Dövlət Terminologiya Komitəsi təşkil olundu. Terminologiya Komitəsi bir sıra praktik məsələləri həll etdikdən sonra 1930-cu ilin əvvəllərində Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun yanına köçürülmüş, burada terminologiyanın inkişafı və orfoqrafiya lüğətinin hazırlanması üçün elmi prinsiplərin müəyyənləşdirilməsi üzrə iş aparılmağa başlanılmışdır. Bu məqsədlə də Komitə respublikanın ali məktəblərində çalışan mütəxəssisləri də bu işə cəlb etdi. Terminologiya Komitəsi üç bölmədən və bir bürodan ibarət idi. Terminologiya ilə sıx əlaqədar olan, Azərbaycan məktəbləri və mətbuatı üçün həlledici əhəmiyyət kəsb edən orfoqrafiya məsələləri də o zaman Terminologiya Komitəsinə həvalə edilmişdi. Komitədə daimi işçilərdən əlavə, xüsusi məsləhətçilər və termin toplayan işçi qrupları da yaradılmışdır.

Terminlər əvvəlcə müvafiq bölmələrdə müzakirə olunur, sonra isə Terminologiya Komitəsinin təsdiqinə verilirdi. Həmin dövrdə Terminologiya Komitəsi hazırladığı on minə qədər sözdən ibarət terminləri müxtəlif elm sahələri üzrə bülletenlərdə nəşr etdirmişdir. Terminologiya Komitəsinin qarşısına aşağıdakı vəzifələr qoyulmuşdur.

Terminlər yaratmaqla bərabər, elmi-ədəbi dili də təkmilləşdirmək. Bununla əlaqədar isə aşağıdakı problemləri həll etmək:
1. Azərbaycan ədəbi dilinin əsasını təşkil edən dialektləri müəyyənləşdirmək.
2. Azərbaycan dilində terminlər yaradılarkən üç mənbəyə əsaslanmaq;
a) bilavasitə Azərbaycan dilinin daxili imkanlarına əsaslanmaq;
b) Avropa dillərinə;
c) ərəb və fars dillərinə.

Birinci mənbə - Azərbaycan dilinin lüğət tərkibi əsasında terminlər yaratmaq üçün respublikanın müxtəlif yerlərinə xüsusi ekspedisiyalar göndərmək yolu ilə material toplayıb, tədqiq etmək.
Avropa dillərindən bir mənbə kimi istifadə edərkən onların qarşılıqlarını yalnız canlı danışıq dilində işlənən sözlərlə ifadə etmək, yeni terminlər götürməmək.

3. Terminlərin düzgün yazılışı böyük əhəmiyyət kəsb etdiyi üçün onların orfoqrafiyasına diqqət yetirmək.

4. Vaxtı ilə İstilah Komissiyası tərəfindən toplanmış terminoloji materialları yenidən öyrənmək; bütün mətbuat işçilərinin və tərcüməçilərin fəaliyyətini Komitənin işinə cəlb etmək.

Bu dövr Azərbaycan dili, eləcə də terminologiyanın inkişafı tarixində yeni bir mərhələ idi. Komitənin qarşısına aşağıdakı vəzifələr qoyulmuşdu.

1. Azərbaycan dilində terminlərin yaradılma mənbələri müəyyənləşdirilsin.

2.Dərsliklərin dili ədəbi dilə uyğunlaşdırılsın .

Terminologiya Komitəsinin əsaslandığı prinsiplər həmin dövrdə nəşr edilmiş ayrı-ayrı lüğətlərdə - «Nəzəri mexanikadan istilah lüğəti», «Riyaziyyat terminləri», «Elektrotexnika istilahları»nda öz əksini tapmışdı. Belə ki, Azərbaycan dilində qarşılığı olan ərəb terminlərinin əvvəlki kimi ərəbcəsi deyil, azərbaycancası götürülmüşdür; Məsələn, təqsim yerinə bölmə, cəm yerinə toplama, zaviyə yerinə bucaq, mühit yerinə çevrə, müsəlləs qaimətuzaviyə mütəsavissüsaqey yerinə ikizilli müsavi düz üçbucaq, cərayani-mütənasib yerinə dəyişən cərəyan, hərəkəti-intiqalə yerinə irəliləmə hərəkəti, qüvveyi-məzdəvcə yerinə qoşa qüvvələr və s.

Azərbaycan dilində müvafiq qarşılığı olmayan terminlərin o vaxta qədər işlədilmiş formaları saxlanılmışdır; məsələn, zil, qüvvət, cərəyan, sürət, təcil, qanun, zaman, məsafə, hesab və s.

Beynəlxalq hüquq qazanmış terminlər olduğu kimi qəbul edilmişdir; diaqonal, telefon, teleqraf, induksiya, operator, element, operasiya, piramida, funksiya, konus və s.

Bütün bunlar göstərir ki, lüğətlərin tərtibində elmi prinsiplər əsas götürülmüşdür. Bununla belə lüğətlərdə müəyyən nöqsanlara da yol verilmişdir. Belə ki, lüğətlərdə terminlərin bir neçə variantda işlənməsi, terminləri başqa dillərdən tərcüməsiz Azərbaycan dilinin orfoqrafiyasına uyğunlaşdırılması meyili üstünlük təşkil edirdi. Terminologiya Komitəsində “Fəlsəfə terminləri “ lüğəti nəşr olunduqdan sonra Azərbaycan KP-nın XIII-cü qurultayında kəskin tənqid olundu və 1944-cü ildə Azərbaycan Xalq Komissarlar Sovetinin yanına köçürülərək fəaliyyətini davam etdirməyə başladı.

Təəssüf ki, nəşr olunmuş lüğətlər günün tələbini ödəmirdi. Bu dövrdə terminologiyada aşağıdakı nöqsanlar diqqəti cəlb edir: 1) Azərbaycan dilində alınma terminlərin işlədilməsində müəyyən elmi prinsip gözlənilməmişdir. 2) Heç bir ehtiyac olmadığı halda, ərəb və fars terminləri dilə qaytarılmışdır. 3) Terminlər yaradılarkən onun birmənalı olmasına fikir verilməmişdir. 4) Bir çox hallarda konkret termin əvəzinə onun izahı verilmişdir. 5) Bəzən eyni məfhumu ifadə etmək üçün müxtəlif terminlər işlədilmişdir. Bunların aradan qaldırılması üçün 1948-cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı ilə Azərbaycan dilində terminologiya yaradılmasını qaydaya salmaq, bu sahədəki hərc-mərcliyi aradan qaldırmaq, elmi-tədqiqat müəssisələrində və ali məktəblərdə aparılan terminoloji işlərə rəhbərlik etmək məqsədi ilə Azərbaycan SSR Elmlər Akademiyasının Rəyasət Heyəti yanında Terminologiya Komitəsi yaradıldı. Həmin ildə Terminologiya Komitəsinin vəzifələrinin müəyyənləşdirilməsi üçün Azərbaycan Mərkəzi Komitəsi ilə birlikdə Akademiyada konfrans keçirildi. Terminologiyanın nizama salınmasında Bakıda çağırılmış dil konfranslarının da müəyyən rolu olmuşdur. Prof. M.Ş.Şirəliyevin məruzəsində terminologiyaya ehtiyac olmadan əcnəbi sözlərin gətirilməsi prinsipi zərərli bir prinsip kimi tənqid edilərək yazılırdı ki, Azərbaycan dilinin ruhuna uyğun olmayan, ehtiyac hiss edilməyən əcnəbi sözləri dilimizdən təmizləmək lazımdır.

Konfransda termin yaradıcılığı məsələsi müzakirə edilərkən prof. M.Ş.Şirəliyev üç mənbədən istifadə etməyi təklif etmişdir: 1) xalq dilindən; 2) ərəb və fars dillərindən; 3) rus və Avropa dillərindən.

Bu konfrans termin yaradıcılığında bir sıra prinsiplərin əsas götürülməsini qərara almışdır: 1) elmi terminlər ən əvvəl xalq dilinə tərcümə edilsin. 2) beynəlmiləl terminlər eynilə qəbul edilsin. 3) elmdə əvvəllər işlənilən terminlər olduğu kimi dildə saxlanılsın.

Termin yaradıcılığında bu prinsiplərin əsas götürülməsi rus və beynəlmiləl terminlərə elmi dildə geniş yer verilməsinə imkan yaratmışdır. Bu illərdə Terminologiya Komitəsinin tapşırığı ilə respublikamızın bütün elmi-tədqiqat institutları və ali məktəbləri öz sahələrinə aid lüğətlər tərtib etməyə başladılar. Elmin müxtəlif sahələrinə aid rusca – azərbaycanca 200-ə qədər terminoloji lüğət nəşr edilmişdir .
Müstəqillik illərində ölkəmizdə aparılan uğurlu islahatlar, quruculuq işləri, yüksək iqtisadi artım, milli elmi inkişaf konsepsiyamızın davamlı həyata keçirilməsi Azərbaycan elminin inkişaf səviyyəsinin yüksəlməsini şərtləndirmişdir. Elm sahələrinin inteqrasiyası, elmi biliklərin müxtəlif istiqamətlərdə inkişafı, xarici dövlətlərlə ictimai-siyasi əlaqələrin güclənməsi, elm sahələrində terminoloji bazanın da inkişafına təsir göstərmişdir. Azərbaycan dilində işlənən, o cümlədən yeni yaranan terminlərin toplanması, aprobasiyası və tətbiqinin sürətləndirilməsi dilimizdəki elmi-texniki anlayışların vahid sistem əsasında təkmilləşdirilməsini həyata keçirmək dövrün tələbidir.

2000-ci ildə AMEA RH yanında Terminologiya Komitəsi Terminologiya Komissiyası adlandırılmışdır. Bu illərdə terminologiyanın inkişafı istiqamətində mühüm işlər görülmüşdür. Belə ki, elm və texnikanın, iqtisadiyyatın, mədəniyyətin bir çox sahələrinin Azərbaycan dilində terminologiyasının formalaşması, eləcə də texnikanın yeni yaranan-informatika, elektron təhsil ,aviasiya, avtomatlaşdırma və s. sahələrdə terminlərin yaranması istiqamətində mühüm işlər görülmüşdür. Azərbaycanın dövlət müstəqilliyinə, sosial-iqtisadi və milli-mənəvi inkişafına, bu prosesdə maddi-mənəvi dəyərlərin qorunmasına xidmət edən elmin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir.

Dilimizin qorunması və inkişafı istiqamətində mövcud olan problemlərdən başlıcası dilimizdə terminologiyanın yaranma mənbələrində baş verən dəyişiklikləri nəzərə alaraq, onun inkişafını düzgün istiqamətləndirməkdir. Azərbaycan MEA RH yanında Terminologiya Komissiyasının fəaliyyəti bu vəzifələr nəzərə alınmaqla qurulmuşdur. Dilimizin qorunması, saflığının təmin olunması və inkişaf etdirilməsi istiqamətində qarşıda duran vəzifələrin həyata keçirilməsində Terminologiya Komissiyası mühüm missiya daşıyır. Azərbaycan dilində işlənən, o cümlədən yeni yaranan terminlərin toplanması, yaranması və tətbiqinin sürətləndirilməsi, dildəki anlayışların vahid sistem əsasında təkmilləşdirilməsi dövrün tələbidir. Xüsusilə, ölkədə aparılan iqtisadi islahatlar bank-maliyyə fəaliyyətinin inkişaf xüsusiyyətlərinə və terminoloji bazanın fasiləsiz dəyişməsinə təsir edir. Elm və texnikanın inkişafı ilə yanaşı, ictimai-siyasi həyatda baş verən dəyişikliklərlə bağlı (lobbi, tender, menecer, menecmet, birja, kompensasiya, mediya, diaspor, sammit) yeni-yeni terminlər dilə daxil olmaqdadır. Bu isə dil əlaqələrinin təsiri ilə bağlıdır. Buna görə də dilimizdəki elmi-texniki anlayışların vahid sistem və prinsiplər əsasında qurulması vacibdir. Bəzən Azərbaycan dilində elmi terminlərin yaranma prosesi başqa dillərə, xüsusən rus, ingilis dilinə məxsus ayrı-ayrı terminlər üçün qarşılıq müəyyənləşdirilməsi kimi izah edilir. Əslində isə terminlərin yaradılması hər bir dilin özünəməxsus olan söz yaradıcılığı prosesidir. Bunun üçün terminologiyanın təkmilləşdirilməsi yollarından ən səmərəlisi müxtəlif sahələr üzrə çoxdilli, izahlı terminoloji lüğətlərin tərtib olunmasıdır.

Lüğətlər tərtib edən zaman nəzərə alınmışdır ki, ingilis dili dünya miqyasında geniş yayılmış beynəlxalq ünsiyyət vasitəsidir. Eyni zamanda respublikada indiyə qədər elm və texnikanın müxtəlif sahələrinin inkişafında rus dilinin rolunun (Azərbaycan-ingilis-rus) nəzərə alınması vacibdir. Bu baxımdan terminoloji lüğətlər tərtib edən zaman türk dilinin də cəlb olunması mühüm əhəmiyyət kəsb edir. Demək, Azərbaycanca, ingiliscə, rusca, türkcə terminoloji lüğətlərin tərtibi günün tələbidir. Bu nəzərə alınaraq Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin yanında Terminologiya Komissiyasının qərarı ilə son illərdə terminologiyanı inkişaf etdirmək və təkmilləşdirmək məqsədilə doxsana qədər terminoloji lüğət nəşr edilmişdir .

Terminologiya Komissiyasının fəaliyyətinin mühüm bir sahəsini terminlərin kütləvi informasiya vasitələrində, nəşriyyatlarda, idarə və müəssisələrdə, məktəblərdə düzgün tətbiqinə nəzarət təşkil etmişdir. Komissiyada məktubla müraciət olunan bir sıra mübahisəli sayılan, müxtəlif variantlarda işlədilən terminlərin optimal variantı seçilib müzakirə yolu ilə dəqiqləşdirilmişdir.
Terminologiya Komissiyasının qərarı ilə «Terminologiya məsələləri» toplusu da 2000-ci ildən nəşr olunmuşdur. Topluda Terminologiya Komissiyasının qəbul etdiyi terminlər və terminologiyanın nəzəri məsələləri linqvistik təhlilini tapmışdır.

Azərbaycan dilinin dövlət dili statusu alması müstəqil və yeni təhsil sisteminin yaradılması, bazar iqtisadiyyatına keçid, qloballaşma prosesində Terminologiya Komissiyasının vəzifələri daha da artmışdır. Təəssüflər olsun ki, elm və texnikanın bütün sahələri üzrə hələ də belə terminoloji lüğətlərin hazırlanmasına böyük ehtiyac var. Lakin son vaxtlar nəşr olunan lüğətlərin bir qismi Terminologiya Komissiyasının ayrı-ayrı bölmələrində müzakirə olunmadan, elmi prinsiplər nəzərə alınmadan nəşr olunur və təbii ki, onlar lüğətlərin tərtibinə verilən tələblərə cavab vermir. Bu nəzərə alınaraq lüğətlərin tərtibi üçün nəzəri prinsiplər müəyyənləşdirilməlidir. Dilin qorunmasında və zənginləşməsində mövcud olan problemlərdən başlıcası dilin terminologiyasının inkişafını düzgün istiqamətləndirməkdir. Bu nəzərə alınaraq 2012-ci il 29 mayda Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsi və koordinasiya edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası yaradılmışdır. Eyni zamanda “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 may tarixli 2236 nömrəli Sərəncamında uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti 26 noyabr 2012-ci il tarixində , 277 nömrəli qərarla "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə"si təsdiq edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsini və koordinasiya edilməsini, həmçinin dilin lüğət tərkibinin zənginləşdirilməsini, yeni anlayış və ifadələrin dildə işlədilməsi mümkünlüyünün müəyyənləşdirilməsini, elmi-ədəbi dili təkmilləşdirmək məqsədi ilə kütləvi informasiya vasitələrində, dərsliklərdə və digər tədris vəsaitlərində yeni termin və anlayışların dilin normalarına müvafiq qaydada işlədilməsinə nəzarət funksiyasını yerinə yetirir.

Bununla yanaşı Terminologiya Komissiyasında təkcə respublikada deyil, respublikadan kənarda Azərbaycan dilinin qorunması istiqamətində də mühüm işlər aparılır. Terminologiya Komissiyasına Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının katibliyindən daxil olmuş məlumata əsasən Türk dillərinin vahid terminologiyasının yaradılması sahəsində Ekspertlər Komitəsinin İstanbul şəhərində 16 noyabr 2012-ci il tarixində ilk iclasında iştirak edilmişdir .Bu toplantıda türk dillərinin Ortak Terminoloji Kurulun üzvləri seçilmiş, türk dillərinin ortaq əlifbası qəbul edilmiş və terminologiyanın yaradılması prinsipləri müəyyənləşdirilmişdir.
5 sentyabr 2013-cü ildə Türki kenesi Terminologiya Komitəsinin təşkilatçılığı ilə Qazaxıstanda yaranan Türki Akademiyasında Türk dillərinin Terminologiya məsələləri – termin yaradıcılığı prosesi ilə bağlı seminar keçirilmişdir. Seminarda Türkdilli respublikalarda terminologiyanın müasir vəziyyəti, gələcək inkişafı müzakirə olunmuşdur. Türk dillərinin ortaq terminologiyasının yaradılması əsas problem kimi geniş şəkildə müzakirə olunmuşdur. Türk dilləri üçün ortaq terminoloji lüğətlərin hazırlanması məqsədəuyğun hesab edilmişdir.

Hazırda elmlər ümumi xarakter kəsb etməklə müəyyən sahələrə bölünür. Onları ayıran və elmlərin bu şəkildə bölünməsinə səbəb olan amillər, həmçinin onların hər birinə məxsus olan anlayışlar sisteminin müxtəlifliyi hər bir elm sahəsinə aid müəyyən terminlər sisteminin yaranmasına səbəb olur. Ayrı-ayrı elm sahələrinə aid terminlərə xas olan xüsusiyyətlərin ümumi cəhətləri xüsusi olaraq, yəni müstəqil şəkildə öyrənilməsini tələb edir. Bununla yanaşı yeni nəzəri baxışların, konsepsiyaların inkişafı, inteqrasiya, qarşılıqlı əlaqələrin güclənməsi elm sahələrində terminoloji bazanın dinamikliyinə təsir göstərir. Cəmiyyətin bir çox fəaliyyət sahələrinə nüfuz edən qloballaşmanın dilə birbaşa təsiri nəticəsində leksikanın əsasını təşkil edən terminologiya dəyişir, yeniləşir.

Dilin inkişaf səviyyəsi, zənginləşməsi daha çox elm sahələrində baş verən yeniliklərlə bağlıdır. Belə ki, elmi-texniki tərəqqi, ictimai-siyasi həyatın inkişafı terminoloji sistemlərin fasiləsiz olaraq dəyişməsi dilin inkişafına təsir göstərir. Son zamanlar ölkəmizin iqtisadi-siyasi həyatında, ictimai fikrində baş verən proseslər, yeniliklər dilin lüğət tərkibində köklü dəyişmələrə səbəb olmuşdur. Belə ki, əvvəllər ölkəmizdə terminoloji mühiti dövlət və ictimaiyyət tərəfindən nəzarətdə saxlamaq mümkün idi. Çünki həmin vaxtlar xarici dillərdən tərcümə olunan materialların həcmi böyük deyildi, tərcümə prosesinə ciddi nəzarət olunurdu və informasiya vasitələrində verilən materiallar digər tələblərlə yanaşı, ölkə daxilində çap materialları, xüsusi ilə dərslik və dərs vəsaitləri, müxtəlif səviyyəli ekspertiza mərhələlərindən keçirdi.

Digər tərəfdən, TV-lər, radiolar və digər kütləvi informasiya vasitələri müəyyən tələblərə cavab verməli idi. Ancaq son zamanlar ölkəmizdə xarici KİV-lərin fəaliyyətinin genişlənməsi, internetin cəmiyyətin bütün həyatına nüfuz etməsi, insanların müxtəlif bilik sahələrinə aid məlumatları xarici dillərdən birbaşa qəbul etməsinin sürətlənməsi nəticəsində ölkədə terminoloji mühiti nəzarətdə saxlamaq çətinləşmişdir. Belə şəraitdə dilin terminoloji bazasının yad təsirlərdən qorunması, inkişaf etdirilməsi, bütün dünyaya yayılmış Azərbaycanlıların müraciət etmək imkanı olan on-layn resurs bazasının yaradılması və bütövlükdə yeni terminlərin yaradılması prosesində virtual məkanın imkanlarından istifadə edilməsi, o cümlədən, interaktiv forumlar vasitəsi ilə bu prosesə geniş ictimaiyyətin cəlb edilməsi mühüm vəzifələrdən hesab edilir. Bütün bunlar göstərir ki, qloballaşma şəraitində zamanın tələblərinə uyğun Azərbaycan dilinin qorunması və inkişafı prosesində Terminologiya Komissiyasının vəzifələri daha da artmışdır. Respublikasının prezidenti cənab İ.Əliyevin ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmış fərmanı da məhz bu nəcib işə xidmət edir.
Dilshad Panahova
Dilshad Panahova
Admin

Сообщения : 70
Дата регистрации : 2017-10-07

https://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

PEŞƏKAR TƏRCÜMƏNİN ƏSASLARI 261-ci qrup 2019 Empty Re: PEŞƏKAR TƏRCÜMƏNİN ƏSASLARI 261-ci qrup 2019

Сообщение автор Dilshad Panahova Сб Фев 16, 2019 12:07 am

Ünsiyyət haqqında anlayış

Ünsiyyətin tərifi, məzmunu, məqsəd və vəzifələri. İnsanlar birgə yaşayış və birgə fəaliyyət zamanı daima bir-biri ilə informasiya mübadiləsi aparır, bir-birinə qarşılıqlı təsir göstərir və ya bir-birini qavrayır və anlayırlar. Başqa sözlə ünsiyyətə girirlər. İnsanın hər cür fəaliyyətində ünsiyyət zəruri şərt kimi özünü göstərir. Ünsiyyət olmadan insanların birgə fəaliyyəti həyata keçirməsi mümkün deyildir.
Ünsiyyət insanlar arasında təmasın yaranması və inkişafı prosesi kimi meydana çıxır. Heç bir insan birliyi oradakı adamlar arasında təmas yaradılmadan birgə fəaliyyəti həyata keçirə bilməz və onların arasında qarşılıqlı anlama baş verməz. Ünsiyyət insanlar arasında birgə fəaliyyət təlabatından doğan təmasın çoxplanlı inkişaf prosesidir. Başqa sözlə, insanların öz münasibətlərini aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndiməyə və birləşdirməyə yönəldilmiş qarşılıqlı təsirinə ünsiyyət deyilir.
Ümumipsixoloji baxımdan nəzərdən keçirdikdə, əvvəla, ünsiyyət iki və daha çox şəxs arasında baş verir; ikincisi, həmin proses az-çox dərk edilmiş olur; üçüncüsü, ünsiyyət insanlar arasında informasiya mübadiləsi olmaqla bərabər qarşılıqlı təsir prosesi, real gerçəkliyi əks etdirmək vasitəsidir; dördüncüsü, ünsiyyət dinamik prosesdir, onun müxtəlif forma və vasitələri vardır. Deməli, ümumipsixoloji baxımdan ünsiyyəti fəaliyyətin xüsusi bir növü hesab etmək olar. Ünsiyyət prosesində insanlar arasında fikir, bilik, rəy, təcrübə və hisslər mübadiləsi gedir, onlar bir-birinin inam və əqidəsinə təsiri olan müxtəlif tipli məlumatları əsasən başqaları ilə ünsiyyət prosesində əldə edir, öz bilik və təsəv¬vürlərini başqalarına aşılayırlar. Aydındır ki, ünsiyyət həyat tələbatlarından doğur və demək olar ki, insanın ictimai həyatının gedişini tənzim edir. Təsadüfi deyildir ki, tədqiqatçılar ünsiyyəti insanların bir-birini anlaması başa düşməsi prosesi (S.L.Rubinşteyn), fikirlərin təəssüratların başqalarına verilməsi prosesi (L.S.Vıqotski), insanların başqalarına olan tələbatı (Y.L.Kolo¬¬minski) və s. hesab etmişlər.
Ünsiyyət prosesində insanlar nəinki mühit haqqında məlumat əldə edir, eyni zamanda müxtəlif adət və vərdişlərə yiyələnir ki, bunlar da real varlığın dərk edilməsinə xüsusi istiqamət verir. Deməli, ünsiyyət, hər şeydən əvvəl, obyektiv varlığın dərk edilməsini təmin edən əsas şərtdir.
Həyati faktlar göstərir ki, ünsiyyət eyni zamanda psixi proseslərin təzahüründə özünəməxsus tərzdə iştirak edir. Ünsiyyət psixi proseslərin dinamikasına, təzahürünə təsir göstərir və onları daha da mütəhərrik edir.
Ünsiyyət eyni zamanda şəxsiyyətin formalaşmasına da müəyyən tərzdə istiqamət verir. Demək olar ki, şəxsiyyətin təşəkkülü müəyyən mənada ünsiyyət prosesinin məhluludur.
Ümumi psixologiya baxımından ünsiyyət probleminin maraqlı cəhətlərindən biri də ondan ibarətdir ki, insanın özünü dərk etməsi, öz məninə nəzər salması, özünü başqaları ilə müqayisə edərək qiymətləndirməsi belə ünsiyyət prosesinin məhlulu kimi qəbul edilə bilir. İnsan yalnız başqaları ilə ünsiyyət prosesində onları dərk edir.
Müasir sosial psixologiyada ünsiyyətin üç mühüm tərəfi, cəhəti qeyd olunur:
1) ünsiyyət informasiya mübadiləsi kimi və yaxud ün¬siy¬yətin kommunikativ tərəfi;
2) ünsiyyət qarşılıqlı təsir prosesi kimi və ya ünsiyyətin interaktiv tərəfi;
3) ünsiyyət insanların bir-birini qavraması, anlaması kimi və yaxud ünsiyyətin perseptiv tərəfi.
Ünsiyyətin özünəməxsus məzmunu, məqsədi və vasitələri mövcud¬¬dur (R.S.Nemov).
Ünsiyyətin məzmunu dedikdə fərdi təmas zamanı bir insandan digərinə ötürülən inıormasiya nəzərdə tutulur. Məhz öz məzmunundan asılı olaraq insanların ünsiyyəti müx¬təlif xarakter daşıya və fərqlənə bilir.
Ünsiyyətin məzmununu, hər şeydən əvvəl, insanın daxili motivasiya və emosianal vəziyyəti haqqında məlumat təşkil edə bilər. Bu zaman insanlar bir-birinə mövcud tələbatları, emosional vəziyyətləri (razılıq, narazılıq, sevinc, kədər, qəm, əzab və s.) haqqında məlumatları çatdırır ki, bu cür informasiyalar bir adamdan başqalarına ötürülməklə şəxsiyyətlərarası tənzim rolunu oynaya bilər.
Ünsiyyətin məzmunu ətraf mühit, orada baş verən hadisələr haq¬qında məlumatlardan da ibarət ola bilər. Bu zaman ünsiyyətdə olan insanlar bir-birlərinə mövcud təhlükə, həyati əhəmiyyətə malik olan amillər haqqında məlumat verə bilərlər. Ünsiyyətin məqsədinə gəldikdə, insanda müvafiq fəallığın nə üçün, nəyin xatirinə həyata keçirilməsindən ibarətdir. Bu baxımdan insanların ünsiyyətə girməsinin məqsədi geniş və çox sahəlidir. İnsanların ünsiyyətə girmə məqsədinə onların dünya, təlim və tərbiyə, şəxsi və işgüzar qarşılıqlı əlaqələrin yaradılması və s. haqqında obyektiv məlumatın verilməsi və ya alınmasını daxil edirlər (R.S.Nemov).
İnsanda ünsiyyətin vasitələri ünsiyyət zamanı ötürülən informa¬siyaların kodlaşdırılmasında, ötürülməsində, işləmə və açılmasında özünü gös¬tə¬rir.
İnformasiyaların kodlaşdırılması onun bir canlı varlıqdan digərinə ötürülmə tərzindən ibarətdir. İnformasiya insanlar tərəfindən müəyyən məsafədən, hiss üzvləri vasitəsilə ötürülə və qavranıla bilir. İnsanda dil və başqa işarələr sistemi vasitəsilə informasiya mübadiləsinə daha çox yer verilir.
Ünsiyyətin növləri. Ünsiyyət çoxcəhətli, çoxplanlı bir prosesdir. Onun özünəməxsus növləri də vardır. Hər şeydən əvvəl, psixoloji ədəbiyyatda məzmunu, məqsədi və vasitələrindən asılı olaraq ünsiyyətin bir sıra növləri qeyd olunur.
Məzmunundan asılı olaraq ünsiyyətin aşağıdakı növlə¬rini göstərə bilərik: maddi ünsiyyət (əşyalar və fəaliyyət məhsullarının mübadiləsi yolu ilə); koqnitiv ünsiyyət (bilik mübadiləsi); kondision ünsiyyət (psixi və fizioloji vəziyyətin mübadiləsi); motivlərlə bağlı ünsiyyət (təhriklərin, motivlərin, maraqların, tələbatların mübadiləsi); işgüzar fəaliyyətlə bağlı ünsiyyət (iş, əməliyyat, bacarıq və vərdişlərin mübadiləsi).
Məqsəddən asılı olaraq psixoloqlar ünsiyyətin bioloji və sosial növlərini qeyd edirlər. Bioloji ünsiyyət orqanizmi mühafizə etmək, qorumaq, saxlamaq və inkişaf etdirməklə bağlı ünsiyyətdir. Sosial ünsiyyətə gəldikdə o, şəxsiyyətlərarası təması, münasibətləri yaratmaq və inkişaf etdirmək, fərdin şəxsi yüksəlişini genişləndirmək və möhkəmləndirmək məqsədi güdür. Ünsiyyətin vasitələrindən asılı olaraq vasitəsiz və vasitəli növlərini qeyd etmək olar.
Vasitəsiz ünsiyyət heç bir kənar təhrik və istiqamət olmadan şəxsi təması və ünsiyyətdə olan adamların bir-birini bilavasitə ünsiyyət aktında qavramasını nəzərdə tutur.
Vasitəli ünsiyyətə gəldikdə o, vasitəçilərin köməyi ilə həyata keçirilən ünsiyyətdir. Adətən,¬¬ çox vaxt partnyorlar zaman və məkanca bir-birlərindən təcrid olunduqda vasitəli ünsiyyət özünə yer edir. Bu zaman ünsiyyət aləti kimi partnyorlar arasında onları bir-biri ilə əlaqələndirən vasitəçidən istifadə olunur. Bunlara əşyaları, qeydləri, kitabları, mədəniyyət obyektlərini, vasitəçilik edən üçüncü şəxsi, mümkün olan hər hansı vasitəni: telefonu, radionu, televizoru, kompyüteri və s. aid etmək olar. Elmi-texniki tərəqqi bu cür vasitələrin daha mütərəqqi formalarının aşkara çıxmasına səbəb olmuşdur. Məsələn, qlobal internet sistemi istədiyin adamla əlaqə yaratmağa, maraqlandığın mövzuda məlumatları əldə etmək üçün ünsiyyətə girməyə imkan verir. Müasir texniki ünsiyyət vasitələri ictimai həyatın bir çox sahələrində müvafiq məsələləri daha səmərəli şəkildə həll etmək imkanı yaradır.
Ünsiyyət vasitələrindən asılı olaraq ünsiyyətin verbal və qeyri verbal növləri xüsusilə diqqəti cəlb edir (bunlar barədə sonrakı bölmədə bəhs olunacaqdır).
Ünsiyyətin funksiyaları. Ünsiyyət bir sıra mühüm funksiyaları həyata keçirir. Psixoloji ədəbiyyatda ünsiyyətin funksiyalarını müxtəlif əsaslar üzrə təsnif edirlər. L.A.Kar¬penko ünsiyyətin məqsədindən asılı olaraq 8 funksiyasını qeyd etmişdir:
Təmas funksiyası. Bu funksiyanın məqsədi ünsiy¬yətdə olan tərəflərin informasiya mübadiləsi üçün qarşılıqlı əlaqəni gözləməklə bağlı təmas yaratmaqdan ibarətdir.
• İnformasiya funksiyası. Bu funksiyanın məqsədi mə¬lumat mübadiləsindən, daha doğrusu, sorğuya qarşı fikir mübadiləsindən ibarət¬dir.
• Təhrikedici funksiya. Bu funksiyanın məqsədi ünsiyyət tərəf müqabilini bu və ya digər işi yerinə yetirməklə bağlı fəallığa yönəltməkdən ibarətdir.
• Əlaqələndirmə funksiyası. Bu funksiyanın məqsədi birgə fəaliyyətin təşkili zamanı yerinə yetiriləcək işlərin qarşılıqlı əlaqəsinin yaradılmasından ibarətdir.
• Anlama funksiyası. Bu funksiyanın məqsədi təkcə məlumatın mənasının adekvat qavranılması və anlaşılması deyil, tərəf müqabillərin bir-birini (məqsədlərini, yönəlişliklərini, həyəcanlarını, vəziyyətlərini və s.) anlamalarından ibarətdir.
• Amotiv funksiya. Bu funksiyanın məqsədi tərəf müqa¬bilində emosional təəssürat yaratmaq, eyni zamanda bunun köməyi ilə özünün həyəcan və vəziyyətini dəyişdirməkdən ibarətdir («emosiyaların mübadiləsi»).
• Münasibətlərin yaradılması funksiyası. Bu funksiyanın məqsədi rol, işgüzar, şəxsiyyətlərarası əlaqələr sistemində özünün yerini dərk etməkdən ibarətdir.
• Təsir göstərmək funksiyası. Bu funksiyanın məqsədi tərəf müqabilinin vəziyyətini, davranışını, eləcə də onun niyyətini, fikrini, təsəvvürünü, tələbatlarını, fəallığını və s. dəyişdirməkdən ibarətdir.
Ünsiyyət sahəsində tədqiqat aparmış digər psixoloqlar da onun funksiyalarını ətraflı şərh etmişlər. Bu baxımdan B.F.Lomovun irəli sürdüyü fikirlər xüsusilə diqqəti cəlb edir . B.F.Lomov ünsiyyətin funksiyalarını üç qrupda birləşdirir: məlumati - kommunikativ, tənzimedici- kommunikativ, affek¬tiv- kommunikativ.
Göründüyü kimi, B.F.Lomova görə ünsiyyət birinci növbədə məlumatın, informasiyanın verilməsi və qəbul olunması vəzifəsini, başqa sözlə informasiya mübadiləsi funk¬siyasını yerinə yetirir. Məhz buna görə də, təsadüfi de- yildir ki, informasiya mübadiləsini ünsiyyətin əsas cəhətlərindən biri kimi qəbul edirlər.
Lakin ünsiyyət zamanı insanlar yalnız informasiya mübadiləsi ilə məhdudlaşmır, eyni zamanda bu prosesdə davranışın qarşılıqlı tənziminə də təsir göstərirlər. Bunun isə əhəmiyyəti öz-özünə aydındır. Ünsiyyət bu funksiyanı yerinə yetirməklə insanlar arasında səmərəli qarşılıqlı münasibətlərin yaranmasına, qarşılıqlı münasibətləri tənzim etməyə xidmət edir.
Ünsiyyətin affektiv-kommunikativ funksiyasının əhəmiyyəti də az deyildir. Bu funksiya insanların emosional sferasına aid olub, onlarda emosional vəziyyətin determinantı, şərti kimi özünü göstərir.
Ünsiyyət çoxcəhətli, çoxplanlı proses olduğuna görə onun digər özünəməxsus funksiyalarından da söhbət açmaq olar. Ünsiyyətin bu cür mühüm funksiyalarına birgə fəaliyyəti təşkil etmək, insanların bir-birlərini, qarşılıqlı münasibətləri formalaşdırmaq və inkişaf etdirmək və s. funksiyalarını aid etmək olar.
Ünsiyyət və fəaliyyətin vəhdəti
Ünsiyyət psixologiyasında mütəxəssislərin diqqətini cəlb edən əsas, prinsipial məsələlərdən biri ünsiyyətlə fəaliyyətin vəhdəti məsələsidir. Lakin bu məsələyə psixoloqların yanaşma tərzi müxtəlifdir. Qərb ölkələrinin bir sıra psixoloji konsepsiyalarında ünsiyyət və fəaliyyət bir-birinə qarşı qoyulur. Bu konsepsiyalarda ünsiyyət amili davranışın determinantı, şərti kimi qəbul olunsa da, bu zaman fəaliyyətin dəyişdirici rolu nəzərə alınmır. Burada sosial proses mənəvi nitq ünsiyyəti prosesi kimi götürülür. Məhz buna görə də A.N.Leontyevin fikrincə bu kimi hallarda fərd praktik şəkildə fəaliyyət göstərən varlıqdan ünsiyyətə girən varlıq kimi qəbul olunur.
Bunun əksinə olaraq bəzi psixoloqların fikrincə ün¬siyyət və fəaliyyət vəhdət təşkil edir. Belə bir nəticə məntiqi olaraq ünsiyyətin real insan münasibəti kimi başa dü-şülməsindən irəli gəlir. Bu baxışa görə hər cür ünsiyyət forması insanların birgə fəaliyyətinin spesifik formasından ibarətdir. İnsanlar sadəcə olaraq müxtəlif sosial funksiyaları yerinə yetirərkən «ünsiyyətə girmirlər». Onlar həmişə bir neçə fəaliyyət prosesində ünsiyyət saxlayırlar. Buradan isə aydın olur ki, daima işgüzar adam ünsiyyətə girir, onun fəaliyyəti həmişə başqa adamların fəaliyyəti ilə üst-üstə düşür. Lakin məhz fəaliyyətin həmin kəsişməsi işgüzar adamın təkcə öz fəaliyyətinin predmetinə deyil, başqa adamların fəaliyyətinə qarşı da müvafiq münasibət, birgə fəaliyyəti yerinə yetirən fərdlər arasında birlik yaradır. Beləliklə ünsiyyətin fəaliyyətlə vəhdəti faktı psixologiyada fəaliyyət nəzəriyyəsinə istinad edən bütün psixoloqlar tərəfindən qəbul olunur, lakin bu əlaqənin xarakteri müxtəlif şəkildə başa düşülür.
Bəzən fəaliyyət və ünsiyyətə yanaşı şəkildə mövcud olan proses kimi deyil, insanın sosial mövcudluğunun, onun həyat tərzinin iki tərəfi kimi baxırlar (B.F.Lomov). Başqa bir halda ünsiyyəti fəaliyyətin müəyyən sahəsi kimi başa düşürlər (A.N.Leontyev). Bəziləri isə ünsiyyəti fəaliyyətin xüsusi növü kimi şərh edirlər (A.A.Leontyev).
Psixoloqlar belə bir fikri əsaslandırırlar ki, ünsiyyətin köməyi ilə fəaliyyət təşkil olunur və zənginləşir. Ünsiyyətə girən tərəflər arasında birgə fəaliyyət planının tərtibi onların hər birindən fəaliyyətin məqsəd və vəzifələrini bilməyi, obyektin spesifikasını, öz imkanlarını aydınlaşdırmağı tələb edir. Ünsiyyətin bu prosesə daxil olması onun iştirakçılarının «razılıq» və ya «narazılığı» həyata keçirmələrinə imkan verir.
Bütün qeyd olunanlar ünsiyyət və fəaliyyətin bir- biri ilə üzvü şəkildə vəhdət təşkil etdiyini söyləməyə imkan verir.
Dilshad Panahova
Dilshad Panahova
Admin

Сообщения : 70
Дата регистрации : 2017-10-07

https://adu-traduzione.forum2x2.ru

Вернуться к началу Перейти вниз

Вернуться к началу


 
Права доступа к этому форуму:
Вы не можете отвечать на сообщения